22
Cənub-Şərqi Texasda insanların donuz qripi ilə yoluxmasının sporadik hallarını
müşahidə etmişlər.
Digər tərəfdən, A qripi virusunun səthi antigenlərinin əsaslı surətdə
dəyişilməsinin insan və heyvanlar arasında dövr edən viruslar arasında gedən
rekombinasiya prosesinin nəticəsində baş verdiyini güman etmək üçün çoxlu əsas
var. (D.К. Lvov, 1974, Kilbourne E.D., 1975).
Eksperimental surətdə göstərilmişdir ki, müxtəlif sahiblərdən ayrılan
ştammların yarımtipləri nəinki toyuq embrionlarında kultivasiya edildikdə, həm də
müxtəlif sahiblərin orqanizmində (məs., donuz, hind toyuğu) asanlıqla
çarpazlaşırlar (Easterday B.C. et al, 1969; Webster R.G., 1973).
Bu heyvanların orqanizmində əmələ gələn davamlı hibridlər özlərində hər 2
valideyn ştammlarının əlamətlərini saxlayır və virusa həssas heyvanlar vasitəsilə
yayılır (Webster R.G., Cambell H., 1974).
Esksperimentdə insan və heyvan qripi viruslarının müxtəlif səthi antigenlərə
malik rekombinantları alınmışdır (Podçernyayeva R.N., Vebster R., 1985, Sayatov
М.Х., 1986).
Bu məlumatlar müxtəlif ekoloji heyvan qruplarında dövr edən virus
populyasiyasının genofondunun epidemik ştammların formalaşmasında mənbə
rolunu oynaya biləcəyi ehtimalını təsdiq edir.
Vəhşi heyvanlar arasında virus populyasiyasının genofondunun təbii
rezervuarı kimi quşlar xüsusi rol oynayır.
Birincisi, təkamül nöqteyi-nəzərindən, bu, virusların ən qədim rezervuarıdır:
bundan başqa, müxtəlif növlərin populyasiyasının canlanması ilə gedən
23
epizootiyaların inkişafı üçün şərtdir. İnfeksion agentin təbiətdə saxlanması çox
güman ki, heyvanlarda generasiyanın çox tez dəyişməsi ilə şərtlənir. Bu isə insan
populyasiyasındakı kimi olmasa da kollektiv immunitetin köhnə ştammlara, o
cümlədən epidemik ştammlara təzyiqini təyin edir. Bu ştammlar yüksək ekoloji
plastikliyə malik mutant və rekombinantlar şəklində üzə çıxan yeni ştammlarla
yanaşı uzun müddət sirkulyasiya edirlər.
Ekoloji tədqiqatların praktikası bütün yuxarıda deyilənləri təsdiq etdi: A
qripi virusları daha çox antigen müxtəlifliyi ilə quşlar arasında geniş yayılmışdır.
Quş viruslarının dreyfi bunu daha da genişləndirir; hazırda müəyyən edilmişdir ki,
quş və insan mənşəli H1N1 qripi virusunun hemaqqlütininə qarşı spesifik olan
monoklonal antitellərin immunoloji pressinin təsiri altında quşlardan alınmış
ştammlar və onlara yaxın epidemik viruslar dreyfə eyni dərəcədə qabildirlər
(Dubova Е.А.,1985).
Səthi antigenlərin 24-dən çox kombinasiyası məlumdur, bu isə insanın A
qripi viruslarının məlum olan 4-5 antigen müxtəlifliyindən dəfələrlə çoxdur.
Nəzərə almaq lazımdır ki, quşların bəzi növləri insanın evi və ev heyvanları
ilə sıx kontaktda olmaqla sinantropdurlar.
Qışlama yerlərində və miqrasiya yollarında yuvaqurma mərhələsində ekoloji
və coğrafi cəhətdən izolə edilmiş növlər arasında kontakt yaranır. Bu dövrlərdə
müxtəlif ekosistemlərdə sirkulyasiya edən rekombinasiya prosesini aktivləşdirən
virus və ya rekombinantların mübadiləsi gedə bilər.
Ev heyvanları təbiətdə və insanlar arasında sirkulyasiya edən viruslar
arasında keçici manqa ola bilər.
24
Epidemiyalararası dövrdə ev heyvanları populyasiyası virus üçün rezervuar
rolunu oynaya bilər.
Bir sıra müəlliflərin aldığı nəticələr Honkonq qripi virusunun heç də həmişə
epidemik partlayışlarla əlaqədar olmayan dövri epizootiyalarla ev heyvanları
arasında uzun müddətli sirkulyasiyası faktını müəyyən edir.
Epidemik qrip virusları həm də vəhşi quşlardan izolyasiya edilmişdir:
A/Manacilla alba /Украина/107/74 və A/Streptopelia turtur Украина/11/74
A/England/42/72/H3N2
ilə
eynidirlər;
A/uria
aalge/i/74
A/Порт-
Чалмерс/1/75/H3N2 ilə eynidir.
Son illərin tədqiqatlarının nəticələri qrip viruslarının sirkulyasiyasının
aşağıdakı sxemini fərz etməyə imkan verir:
Köçəri quşlar quano zooplankton su quşları ağcaqanadlar
heyvanlar insan
Insan
Bu proseslərdə su kompleksinin quşlarına xüsusi əhəmiyyət verilməlidir.
Enterit kimi üzə çıxan quş qripi viruslarının patogen xüsusiyyətlərini nəzərə alaraq,
hesab etmək olar ki, quşların quanosu ilə suya düşən törədici bir qədər yaşayır, və
ola bilsin su heyvanlarının (balıqlar, zooplankton) orqanizmində persistensiya edir.
Su vasitəsilə yeni həssas sahiblərin yoluxması mümkündür.
Beləliklə, qrip virusunun epidemik ştammlarının və heyvan mənşəli
virusların eyni vaxtda sirkulyasiyası haqda məlumatlar vəhşi və ev heyvanları
orqanizmində rekombinasiya prosesinin mümkünlüyünü ehtimal etməyə əsas verir.
25
Bundan başqa, son vaxtlar toplanmış faktlar, yəni tədqiqatların nəticələri
göstərir ki, virusların sadə konservasiyası və onların dəyişilməmiş halda qayıtması
haqda söz ola bilməz.
Düyanın dialektik-materialistik cəhətdən anlaşılmasına əsaslanaraq bu
müddəanın nəzəri cəhətdən aydınlaşdırılması qanuna söykənir. Bu qanuna görə
təkamül qapalı dairə üzrə gedə bilməz, o, addımlayan spiral üzrə hərəkət edir və
spiralın hər yeni burumunda dəyişikliklər baş verir.
Mutasiya və rekombinasiya hadisələrinin əsasında dialektik materializmin
əsas tezislərindən biri olan struktur və funksiya arasındakı qarşılıqlı əlaqə
faktorlarının realizasiyası amilləri durur (A.D. Vislobokov və b. 1976).
Genotipdən və xarici mühit şəraitindən asılı olaraq virusların dəyişkənliyi və
reproduksiyası arasındakı fərqlər iki funksional sistemin: virus və hüceyrənin, bir
virus genomunun digər virus genomları ilə birliyinin, qarşılıqlı əlaqəsinin
nümunəsidir.
A qripi virusunun antigen strukturunun dəyişilməsinin güman edilən
şərtlərindən biri virus genomunun fraqmentlərə bölünmüş olmasıdır. Belə genom
sonda yeni virus variantlarının əmələ gəlməsi ilə nəticələnən rekombinasiya
prosesləri üçün zəmin yaradır. Bu zaman materializm fəlsəfəsinin kardinal
məsələsi olan qurumun və funksiyanın qarşılıqlı əlaqəsi, xariclə daxilin, genotiplə
fenotipin əlaqəsi meydana çıxır.
Qrip virusunun fraqmentar genomunun olması insan və heyvan qripi
viruslarının rekombinasiyasının mümkünlüyünü təmin edir.
Dostları ilə paylaş: |