18
2.
İnsan qripi virusların dəyişilməsi öncədən mutasiya olunmuş və
populyasiya immunitetinin seleksiya edici təsiri ilə dəyişilmiş insan
ştamlarının heyvan və quş ştamları ilə rekombinasiyası və ya
hibridləşməsi ilə yaranır.
Bu nəzəriyyəyə görə dreyf-variasiyalar genomun nöqtəvi zədələnməsindən
əmələ gələn mutasiyaların nəticəsidir(Palese P., 1980, Both G.W. və b., 1983). Bu
zaman hemaqqlütinində bir sıra dəyişikliklər baş verir(Laver W.G.İtal, 1980),
insan qrip virusunda şift variasiyaları isə insan və heyvan qripi viruslarının iştirakı
ilə gedən rekombinasiyaların nəticəsidir (Zhdanov V.M., Lvov D.K. və b, 1978,
Webster R.G., Gambell H.və b, 1974, Beveridge W.J., 1976,Webster R., Hinshaw
V., 1977, Lvov D.К.).
Birbaşa mutasiya nəzəriyyəsinə qarşı olan etirazlar.
1. Antigen dəyişikliyinin xarakter xüsusiyyəti- aralıq ştammlar olmadan A
qripi virusunun yeni tam formalaşmış yarımtipinin qəfil meydana çıxmasıdır.
Bu isə tək-tək mutasiyalarla əlaqədar deyil.
2. Hemaqqlütinin və neyraminidazanın xüsusiyyətlərinin radikal dəyişməsi
prosesi virusun səthində olan antigenlərin xüsusiyyətlərini kodlaşdıran RNT-nin
əsaslarının ardıcıllığında baş verən çoxlu sayda dəyişkənliklərlə əlaqədardır.
Ancaq, genetikanın məlum qanunauyğunluqlarına görə, hemaqqlütinin
və neyraminidaza üçün spesifik olan birbaşa mutasiya yolu ilə baş verən RNT
əsaslarının əsaslı surətdə eyni vaxtda dəyişilməsi ehtimalı çox azdır.
3. Hətta antigen dreyfi haqda qabaqcadan deyilənlər belə uğurlu olmadı.
Halbuki dreyfin mexanizmi məlumdur və hamı tərəfindən qəbul ediləndir.
19
Hannoun və Fazekas de St. Groth A/Гонконг/68/H3N2/ ştammını az miqdarda
antizərdab olan mühitdə əkib elə variant almışdılar ki, bu eksperiment
şəraitində bir daha antigen mutasiyalarına məruz qalmırdı(Fazekas de St. Groth,
1977). Müəlliflərin ehtimalına görə bu variant H3 serotipi sərhəddində
təkamülün son nöqtəsi idi və 1970-ci ildən sonra gözlənilən “gələcəyin” ştammı
idi.
Doğrudur, bu ehtimal ilk dəfə 1972-ci ildə alınan qripin A/İngiltərə/42/72
ştammı ilə bir il ondan əvvəl laboratoriyada alınmış ilk mutant (Fazekas de
St.Groth and Hannoun C.C.) arasındа oxşarlıqla əlaqədar təsdiq edilmişdi.
Ancaq sonrakı 1973-74-cü illərin virusları məsələn, A/Port-Çalmers/1/73 həm
A/İngiltərə/42/72, həm də süni surətdə alınmış variantdan əsaslı surətdə
fərqlənirdilər. Alınmış məlumatların əsasında belə bir nəticə çıxarıldı ki, təbii
şəraitdə dreyf ehtimal olunan istiqamətdə baş vermədi, böyük variasiyalar haqda
isə danışmağa dəyməz.
Şiftin dreyfin ardı olmadığı haqda əlavə sübut Verhoeyen Martine və b.
(1980) tədqiqatlarıdır. Müəllif klonlaşdırılmış DNT-nin nukleotid ardıcıllığı ilə
H3,H2 və HAV
₁ yarımtipi ştammının hemaqqlütinində amin turşularının
ardıcıllığının müqayisəsi əsasında qrip virusunun bir-birindən asılı olmayan
dreyf və şift tipli antigen dəyişkənliyi olduğunu molekulyar səviyyədə təsdiqini
aldı.
4. Fazekas de Sant-Qrote və Annunun fərziyyələrinin özünü doğrultmadığını
və mutasiya nəzəriyyəsinə zidd olduğunu sübut edən faktlara erkən stadiyada
20
alınmış Hongkong/68 yarımtipində olan hemaqqlyutininin Singapore/57
ştammının analoji antigenindən həm immunoloji xassələrinə görə, həm də bir
sıra amin turşuları ardıcıllıqlarına görə fərqləndiyini aydın surətdə göstərən
virusoloji tədqiqatları aid etmək olar.
Bundan
başqa,
müəyyən
edilmişdir
ki,
Hongkong/68
ştammının
hemaqqlütinini A/Equine 2/ və A/Duck/Ukraine/63/ ştammlarının hemaqqlütinini
ilə çox oxşarlığa malikdir(Coleman M.T. et al, 1968; Zakstelskaya L.J.et al, 1969;
Webster R.G., Laver W.G, 1972; Scholtissek C., Konda Von, Hoyningen, 1978;
Hoyningennueno V.Von, 1980; Ward Colin W. və b, 1981).
Hemaqqlütininin ağır zəncirinin ucunda əsasında aspargin turşusunun olub-
olmamasının analizi əsasında əlavə biokimyəvi nəticələr alınmışdır. Onlar
Honkonq tipli H3N2 virusunun 2-ci tipli at qripi və 7-ci tipli quş qripi viruslarına
oxşar viruslarla rekombinasiyası prosesi nəticəsində yaranmasını göstərir.
Analoji fikirlər həm də A/Singapore/57 ştammına aid edilir. Həmin ştammın
hər 2 səthi antigenləri əvvəllər sirkulə etmiş insan qripi virusları ştammlarının
antigenlərindən tamamilə fərqlənir.
Həmin ştammın neyraminidazası ilə A/индюк/Массачусетс/65 və
A/индюк/Висконсин/66 quş ştammlarının neyraminidazasının fərqlənmədiyi
müəyyən edilmişdir.
Rekombinasiya nəzəriyyəsinin xeyrinə olan molekulyar hibridləşmə metodu
ilə insan üçün epidemik 3 növ qrip virusunun genomunun müqayisəsindən alınan
inandırıcı faktlar Scholtissek C. tərəfindən təqdim edilmişdi. Məlum olmuşdu ki,
A/H2N2/ virusunda özündən əvvəlki sələfi A/H1N1/ virusundan 4 gen var, 4 qalan
21
genlər isə yeniləri ilə əvəz edilmişdir (Scholtissek C., 1978).A/H1N1/ ştammı 20 il
sonra epidemik arenaya qayıdanda onun da əvvəlki ştammdan fərqləndiyi müəyyən
olundu (Жданов В.М., 1978, 1982,Jdanov V.M., Lvov D.K., Zakstelskaya L.J. və
b, 1978).
Onun detallıqla öyrənilməsi göstərdi ki, zülal kütləsi və RNT fraqmentlərini
xarakterizə edən bir sıra fundamental əlamətlər köhnə ştammlarla identik deyil.
Bu, biosferdə keçmişdə epidemik cəhətdən aktual olan antigen
müxtəlifliyinə malik qrip virusunun orijinal ştammlarının və ya digər növ
orqanizmləri yoluxduran A qripi virusunun genomuna daxil olmuş genom
fraqmentlərinin qorunub saxlanması mümkündür (Jdanov V.М. və həmmüəlliflər
1978, D.К. Lvov və həmmüəlliflər 1982).
İkinci hipotezə gəldikdə heyvan qripinin insan populyasiysına birbaşa
keçməsinin mümkünlüyü hazırda müstəsna edilmir.Ancaq bu fərziyyənin xeyrinə
tək-tək faktlar var: quşların taunu virusuna (Breşiya ştammı Hav
₁ N1 ) bənzər virus
ABŞ-da həmin virusla kontaktdan sonra ağır xəstələnmiş insandan izolə
edilmişdir(De Lay və b. 1967; Cambell və b. 1970).Sonra donuz qripinin Fort-
Diksdə törətdiyi epidemiya (Byull. ВОЗ, 1977). 8 yaşlı oğlanın 1976-cı ilin
oktyabrında xəstələnməsi halını qeydə alan O` Brien Richard J.et al (1977) xəstə
donuzlarla birbaşa kontaktı göstərir.
1979-cu ildə kəskin titrətmə-qızdırma xəstəliklərinin partlayışı zamanı 3
yaşlı uşaqdan Hav
₂ hemaqqlütininli qrip virusu ştammı alınmışdır. (F.Ə. Sadıxova,
L.Y. Zakstelskaya və həmmüəlliflər 1979г.). Dacro Cliford C. Və b. (1984)
Dostları ilə paylaş: |