26
Qrip virusunun rekombinant ştammlarının alınması üçün aparılan
eksperimental tədqiqatlar yuxarıda deyilənləri təsdiq edir.
Eksperiment yolu ilə hemaqqlütinini bir virusa, neyraminidazası digər virusa
mənsub olan antigen rekombinantlarının alınmasının mümkünlüyü göstərilmişdir:
(R.N. Podçernyayeva və həmmüəlliflər 1972).
Bundan başqa, təbiətdə aşkar edilmiş bir sıra rekombinantları göstərmək
olar: I tip neyraminidaza (N1) donuz viruslarında (A/Swine/lowa/30;
A/Sw/Wisconsin/67;), toyuq viruslarında (A/chick/FPV/34, A/Chick/Scotland/59;
A/Chick/USSR/67), ördək viruslarında (A/Chick/Germany/68) tapılmışdır.H0-H1
hemaqqlütinini balinadan alınmış qrip virusunda (D.К. Lvov, V.М. Jdanov,
А.А.Sazonov və b. 1976); donuz variantının hemaqqlütinini quş tipli
neyraminidaza ilə gənələrdə (М.Т. Janseitova, 1983); hemaqqlütinini (H2)
A/Сингапур/57 Asiya virusundan, neyraminidazası (NA2) isə ördəklərdən
(H2Nav2) olan (Т.V. Pısina və b. 1978) rekombinantlar tapılmışdır.
Turkey/Massachusets/65 və Duck/İtaly/1966 ştammlarında alınan H2
antigeni Turkey/Canada/63 və Duck/Ukraine/63 ştammlarının yaxın qohumudur.
Bundan başqa H3 antigeni quşlardan izolə edildikdən 5 il sonra insanda
aşkar edilmişdir. Vebster R.Q.(Vebsrter R.Q., V.А. İsaçenko və b. 1975) qeyd edir
ki,
SSRİ-də
ördəklərdən
alınmış
(Hav2
Nav2)
qrip
virusu
утка/Украина/11/63/Hav2
Neq2
virusunun
hemaqqlütininə
və
Tern/S
Afrika/61/Hav5 Nav2/ virusundan olan neyraminidazaya malikdir. Bu isə
rekombinasiyanın təbiətdə də baş verə biləcəyinə şahidlik edir(Webster R., 1975).
27
Bundan başqa 1977-ci ilin ştammı olan A/СССР/090/77/H1N1/
ştammlarının (L.Y. Zakstelskaya və həmmüəlliflər 1977) öyrənilməsinə dair
tədqiqatlar pandemik ştammların de novo əmələ gəlməsi haqda müddəanın
xeyrinədir.
Məlum olmuşdu ki, qayıtmış virus 20 il əvvəl sirkulə etdiyi şəkildə deyil.
Yəni ştammın neyraminidazasında dəyişikliklər üzə çıxmışdı. Belə ki, o özündə
müxtəlif determinantlar, o cümlədən H1-5 determinantını saxlayır. Bu determinant
həm insanlardan alınmış A/ Нью - Джерси /76 ştammı, həm də 1959,1967,1968-ci
illərdə quşlardan alınmış ştammlar üçün xarakterikdir. Yuxarıda deyilənləri və A
qripi virusunun genofondunu nəzərə alaraq müxtəlif genlərin yeni genomların
əmələ gəlməsi ilə nəticələnən rekombinasiyası mümkünlüyünü güman etmək olar.
Bu zaman nəzərə almaq lazımdır ki, populyasiya genetikası nəzəriyyəsinə
görə, “gen seli” fenomeninə əsaslanaraq başqa mühitdə mutasiya nəticəsində
yaranan və seçmə yolu ilə qorunub saxlanan genlərin populyasiyaya daxil olması
effekti mutasiya ilə oxşardır.
Əgər immiqrantda verilən populyasiya üçün tamamilə yeni olan amil varsa,
onda effekt mutasiya effekti ilə analojidir. Mutasiya isə, məlum olduğu kimi, yeni
genetik dəyişkənliyin mənbəyidir.
Həm də rekombinasiya prosesi mutasiya prosesinə nisbətən böyük miqdarda
və böyük sürətlə müxtəlif formaları yarada bilər və populyasiyada dəyişkənliyin
bilavasitə mənbəyi mutasiya deyil, rekombinasiyadır (D. Solbriq, О. Solbriq,
1962). Ancaq epidemiyanın yaranması və sonrakı inkişafı üçün əlverişli mühit
olmalıdır.
28
Geniş ekoloji plastikliyə malik virusun inkişafı üçün əhali kontingentinin
sayı və sıxlığı əhəmiyyətli dərəcədə yüksək olmalıdır.
Belə şaraitdə epidemik potensiyaya malik ştammın seleksiya şansları sonrakı
passajlarda möhkəmlənmək və yayılmaqla əhəmiyyətli dərəcədə yüksəlir.
Bu ştammlar, ola bilər ki, epidemiyaların Cənub-Şərqi Asiyada, Okeaniyada
(ya da identik şəraitdə) yaranmasını əsaslandırır. Bu ölkələrdə əhali yüksək sıxlığa
malikdir və heyvanlarla sıx kontaktdadır. Qeyd olunan zonalardan epidemik ştamm
ətrafa yayılır(BeveridgeW.J.B., 1972; Evans A.S.,1977; Shortridge K.F., 1982;
Laver W. et al, 1984). Qeyd olunanlarla əlaqədar olaraq özündə 9 iqlim-coğrafi
zonanı o cümlədən subtropikləri birləşdirən Azərbaycan ərazisində qripin
ekologiyasını öyrənmək böyük əhəmiyyət kəsb edir.
1.3 A qripi virusunun antigen dəyişkənliyi və onun epidproseslə əlaqəsi.
Qripin epidemiologiyasında aydın momentlər odur ki, A və B tipli qrip
infeksiyaları hər ilin hər hansı ayında xəstəliyin aydın sıçrayışı əsasında bu ilin
“epidemik” olmasından asılı olmayarq baş verir. Bu hadisəni təsdiq edən seroloji
konversiyalar və virusun izolyasiya edilməsi Dingle və b. tərəfindən müəyyən
edilmişdir (Y.D. Kiıburn, 1978).
29
Həm A tipli həm də B tipli qrip viruslarının epidemik üstünlüyü bilavasitə
bu ərəfədə A və ya B tipli qrip virusuna qarşı zərdab antitellərinin səviyyəsi
azalmış (4 dəfə və daha çox) şəxslərin faizinin yüksəlməsi ilə bağlıdır(Dingle və b.
1964; Hayslett və b. 1962).
Həm də məlumdur ki, hər verilmiş dövrdə insan populyasiyasında tənəffüs
yollarında yaşayış uğrunda mübarizədə A tipli qrip virusunun yalnız bir antigen
yarımtipi dominantlıq edir (Kilbourne E.D və b. 1951).
Yəni virus populyasiyasının belə uyğunlaşması hamı tərəfindən qəbul
edilmiş virusların dəyişkənliyi onların əhalinin spesifik immunitetini dəf etmə
prosesində təkamülü fikri ilə aydınlaşdırılır. Antitellərin səviyyəsinin yüksək
olduğu dövrdə virus məhvolma təhlükəsinə məruz qalanda onun antigen
strukturunun təzələnməsi baş verir (dreyf-variasiyalar həddində). Bu isə onun bir
növ kimi yaşamasını təmin edir(J. Мild, А.Аnri Аyмеr, М.Пеreyra və b. 1974,
Velazko J. vəb. 1983; Yamasi Y., Susuki və b. 1983).
Populyasiyanın immunoloji vəziyyəti ilə qripin epidemiologiyasının əlaqəsi
antigen dəyişkənliyi ilə yalnız dreyf variasiyaları ehtiyatı olduqda yaxşı uzlaşır.
Ancaq bu halda qeyd etmək lazımdır ki, qrip virusunun antigen analizi
tədqiqatlarının və pandemiyalararası dövrdə aparılan epidemioloji müşahidələrin
nəticələri göstərdi ki, kiçik antigen dəyişiklikləri (antigen dreyfi) virus RNT-sində
baş verən həm HA, həm də NA-nın dəyişməsinə gətirib çıxaran (Schulman,
Kilbourne, 1969) ardıcıl nöqtəvi mutasiyaların nəticəsi kimi virusun sağ qalmasını
təmin etmək üçün kifayət deyil.
Dostları ilə paylaş: |