- 372 -
rafiyalar yazılmışdır. Lakin hər bir işin əsasını qoymaq və yol
göstərmək daha çətin və daha şərəflidir. Bütün bu şərəf
çələngləri Heydər Hüseynova qismət olmuş, onun acı taleyini
zinətləndirmişdir.
Belə bir fikir geniş yayılmışdır ki, guya Heydər Hüseyno-
vun bolşevik repressiyasına məruz qalmasına səbəb onun
«Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən» adlı son
əsərində fəsillərin birinə Şeyx Şamil haqqında deyilmiş bir fikri
iqtibas seçməsi və ümumiyyətlə, Şeyx Şamil hərəkatına və onun
ideyalarına müsbət münasibət bəsləməsi olmuşdur. Həqiqətən
də, Mircəfər Bağırovun və onun təsiri ilə digər tənqidçilərin
kitaba hücumları aşkar şəkildə məhz bu məsələ ilə əla-
qələndirilmişdir. Lakin doğrudanmı təzyiqlərin əsl səbəbi məhz
bu aşkar ifadə olunan «şamilpərəstlik» günahından ibarət idi?
Heydər Hüseynovun geniş və hərtərəfli ictimai-siyasi və
maarifçilik fəaliyyətini diqqətlə izləyərək belə qənaətə gəlmək
mümkündür ki, Stalin mükafatına layiq görülmüş və guya
Moskvanın dəstəyini qazanmış və yalnız yerli hakimiyyət və
yerli ictimai fikir tərəfindən Azərbaycana bilavasitə dəxli
olmayan, Heydər Hüseynovun fəaliyyət sferası ilə əlaqəsi bir
olmayan bir ideya, özü də hələ yüz ilə əvvəl Mirzə Kazım bəy
tərəfindən söylənərək Rusiya mətbuatında çap olunmuş bir
ideya səbəb yox, ancaq bəhanə ola bilərdi. Və bu bəhanə məhz
Moskvanın xoşuna gəlməyən həqiqi səbəblərdən yayındırmaq
vasitəsi idi.
SSRİ dağıldıqdan sonra, bolşevizm ideologiyasının və
ideya-siyasi repressiyaların həqiqi mahiyyəti və səbəbləri daha
çox dərəcədə aydınlaşdıqdan sonra tam qətiyyətlə demək
mümkündür ki, Heydər Hüseynovun nəinki bir cümləsi və ya
Şeyx Şamilə münasibəti, hətta onun bütövlükdə bu son mo-
noqrafiyası və bütövlükdə ictimai-siyasi fəaliyyəti Moskvanın
xoşuna gəlməmişdi və heç vaxt gələ bilməzdi.
Məsələ burasındadır ki, Heydər Hüseynov sadəcə bir təd-
qiqatçı deyildi. O, Azərbaycanda ümumən ictimai və humanitar
elmlərin başında duran və onlara tematik, ideoloji və metodoloji
yön verən bir şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların
istiqaməti və dərsliklərin məzmunu onun dünyagörüşündən,
onun mövqeyindən çox asılı idi. Və bu mövqe Moskva üçün
- 373 -
təhlükəli həddə gəlib çatmışdı. Heydər Hüseynov müttəfiq
respublikalara verilmiş şərti, nisbi müstəqillik hüdudları çoxdan
keçmiş və marksist ideologiyasının pozitiv məqamlarına istinad
etməklə milli şüurun və milli mədəniyyətin inkişafı naminə
imperiyanın yol verə biləcəyindən qat-qat çox işlər görmüşdü.
Doğrudan da, 40-cı illərdə respublikamızda ictimai elmlərin,
ictimai-siyasi fikrin, humanitar düşüncənin inkişaf tempi və
vüsəti heyrətamiz dərəcədə yüksək idi ki, bu da repressiya
dönəmi üçün bir paradoksallıq və metamarfoza sayıla bilərdi.
Heydər Hüseynovun bütövlükdə və tamamilə xalqa mə-
həbbətdən və xalqa xidmətdən ibarət olan fəaliyyətini izlədikcə
onun təkcə əsərlərinin yox, həm də əməli işlərinin qayəsini və
ana xəttini təşkil edən milli mündəricəni, milli məfkurəni, həm
də sadəcə şüarçılıq kimi deyil, çeşidli əməli fəaliyyətdə
ifadəsini tapan və artıq bar verən bir məfkurəni necə sezməmək
olardı? Təkcə elə axırıncı monoqrafiyaya salsaq buna neçə-neçə
sitat tapmaq olar. «XIX əsrdə Azərbaycanda sosial-iqtisadi
vəziyyət» adlanan birinci fəsildə Heydər Hüseynov
Azərbaycanın bölünməsi məsələsinə öz münasibətini bildirir.
Stalindən və M.Bağırovdan sonrakı, nisbətən rahat dövrlərdə
Azərbaycan tarixçilərinin yazdıqlarından fərqli olaraq Heydər
Hüseynov repressiyanın bu ağır illərində belə Şimali
Azərbaycanın Rusiyaya birləşdirilməsini bir xoşbəxtlik kimi de-
yil, nisbətən «az ziyan» kimi təqdim edir, hadisəyə Rusiyanın
müstəmləkəçilik siyasəti kontekstində yanaşır. Heydər
Hüseynov yazırdı: «Şimali Azərbaycan çarizmin
müstəmləkəsinə çevrildi. Azərbaycanın zəhmətkeş kütlələri
ikiqat zülmə məruz qaldılar; bir tərəfdən yerli feodallar, digər
tərəfdən çar hökuməti tərəfindən istismar olundular. Çarizm
Azərbaycana özününmüstəmləkəsi kimi baxmaqla, onu inkişaf
edən Rus kapitalist sənayesinin aqrar əlavəsinə çevirdi. Bundan
əlavə, Rus çarizmi Azərbaycanda xalqın milli mədəniyyətinin
inkişafına çəpər çəkməyə başlayırdı».
1
Şərhə ehtiyac yoxdur. Sonrakı rahat dövrlərdə bu möv-
zuya toxunub Azərbaycanın ikiyə bölünməsindən, Rusiyanın
1
Гейдар Гусейнов. Из истории общественной и философской
мысли в Азербайджане ХIХ века. Б., 1949, стр.34.
- 374 -
müstəmləkəçilik siyasətindən danışanlar, hətta sənətçilər və
şairlər belə, disident hesab olunur və az qala qəhrəman-
laşdırılırdılarsa, Stalinin sağlığında bunu rəsmi dairələrdə
deməyə cəsarət tapan, yazıb Moskvaya göndərən bir dövlət
adamı, marksist-leninçi ideologiyanın rəsmi təmsilçisi necə bir
cəsarət sahibi, necə bir qəhrəman olmalı idi? Bir daha təkrar
edirik ki, Heydər Hüseynov bu mövzuda sadəcə esse yazmır,
deklomasiya demir, rəsmi ideologiyanın özünü, bütövlükdə
rəsmi ictimai şüuru bu səmtə yönəltməyə çalışır və bu sahədə
əməli iş görürdü. Çarizmin imkan vermədiyi milli mədəniyyətin
inkişafına Sovet imperiyası dövründə nail olmağa çalışırdı.
Heydər Hüseynovun nə kimi bir əqidə sahibi olduğunu
dərk etmək üçün onun Mirzə Kazım bəydən iqtibas gətirdiyi və
epiqraf verdiyi bir fikrə nəzər salaq: «Qərb öz siyasəti ilə
Asiyada maarifi bərqərar edə bilməz… Ölkəni dəyişdirənlər
həmin ölkədə doğulmuşlar sırasından çıxmalıdır».
1
– Bu günün
özü üçün nə dərəcədə aktualdır! Yaxud Mirzə Kazım bəydən
başqa bir iqtibas (Heydər Hüseynova basqılar üçün «səbəb»
olmuş həmin başı bəlalı fikir): «Şamilin adında tarixlik və
vətənpərvərlik siqlətli fikirlər gizlənir. O qəhrəmandır –
qəhrəmanlar yetişdirən bir qəhrəman!».
2
Mirzə Kazım bəyin
yaradıcılığını və ideya dünyasını araşdıran Heydər Hüseynov
onun məhz milli vətənpərvərliklə, milli azadlıq hərəkatı ilə
bağlı fikirlərini ön plana çəkir, bununla da, böyük şərqşünas
alim və mütəfəkkir Mirzə Kazım bəyin xristianlığı qəbul edərək
çar Rusiyasına xidmət etmiş kosmopolit obrazına yeni bucaq
altında, başqa rakursda nəzər salır və görüntünün arxasında əsl
mahiyyəti üzə çıxarır. Mirzə Kazım bəy öz milli hissiyyatını
Şeyx Şamil haqqında yazdığı əsərində, Şamilə və onun
rəhbərliyi ilə həyata keçirilən milli azadlıq hərəkatına münasi-
bətində büruzə verdiyi kimi, Heydər Hüseynov da özünün aşkar
şəkildə deyə bilmədiklərini Mirzə Kazım bəyin yazdıqlarına
münasibətdə büruzə verir. Burada Mirzə Kazım bəy və Heydər
Hüseynovun taleləri arasındakı oxşarlıq da diqqəti cəlb edir.
Sinəsinə xaç asmış Mirzə Kazım bəy çar Rusiyasında imperiya
1
Göstərilən əsər, səh.182.
2
Göstərilən əsər, səh.230.
Dostları ilə paylaş: |