Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


İbn Sina. Şərq peripatetizmi özünün inkişafının zirvəsinə İbn Sinanın yaradıcılığında çatmışdır. Qərb dünyasında Avisenna



Yüklə 1,08 Mb.
səhifə46/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   42   43   44   45   46   47   48   49   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

İbn Sina. Şərq peripatetizmi özünün inkişafının zirvəsinə İbn Sinanın yaradıcılığında çatmışdır. Qərb dünyasında Avisenna kimi tanınan Əbu Əli Hüseyn İbn Sina (980-1037) Orta Asiyada Buxara şəhəri yaxınlığında anadan olmuş, dahi filosof, həkim, şair, ensiklopediyaçı alim kimi böyük şöhrət qazanmışdır. Əsas əsərləri: “Şəfa kitabı”, “Biliklər kitabı”, “Tibb elminin qanunu” və s.
İbn Sina məntiqi düşüncələr əsasında dünyanın əbədiliyi ideyasına gəlmişdir. Əgər dünyanın ilksəbəbi olan Allah əbədidirsə, onda Onun nəticəsi olan dünya da əbədidir. Çünki, səbəb və nəticə bir-birinə bağlıdır, biri digərindən ayrı mövcud ola bilməz. Beləliklə, İbn Sinaya görə dünya əbədilik statusu qazanır. Lakin, bununla belə dünya “mümkün varlıq” olaraq qalır. Dünyanın əbədi mövcud olması da “subyekt” və “şərt” qismində materiya, hərəkət, məkan və zamanın əbədi mövcudluq imkanını ehtiva edir. Materiyaya müəyyən aktivlik xas olduğunu bildirən İbn Sina onun təfsirinə böyük töhfə vermişdir. O varlığın üç növünü fərqləndirmişdir: zəruri varlıq –Yaradan; mümkün varlıq –maddi dünya; qeyri-mümkün varlıq – ümumi anlayışlar.
İbn Sina varlıq və mövcudluğu bir-birindən fərqləndirmişdir. O belə hesab edir ki, bütün mövcud olanlar ya substansiyadır, ya da aksidensiyadır. Zəruri varlıq isə onların heç biri deyil. Zəruri varlığın mümkün varlığa olan münasibəti öz-özünə sadə eyniyyət münasibətidir. Çünki, zəruri varlıq bütün şeylərin vəhdətinin başlanğıcıdır.
İbn Sina Orta əsrlər Qərb fəlsəfəsinin əsas problemlərindən olan universalilər problemini də özünəməxsus şəkildə həll etmişdir. Onun fikrincə universalilər (ümumi anlayışlar) eyni zamanda həm maddi şeylərə qədər, Allahın şeylər dünyasını yaratmasına qədər İlahi zəkada; həm artıq yaradılmış şeylərin özündə; həm də şeylərdən sonra təfəkkürün təkcə şeylərdən çıxardığı ümumi anlayış olaraq mövcud olur. Onun bu nəzəriyyəsi iki prinsipə əsaslanır: birincisi, İlahi zəka şeylərdən öndədir və insan zəkası ondan sonra gəlir; ikincisi, fərdiləşdirmənin əsasında materiya, ümumiləşdirmənin əsasında isə zəka dayanır.
Farabi ilə müqayisədə Aristotelə daha çox yaxınlaşmış İbn Sina, bununla belə neoplatonizmin təsirindən tam azad ola bilməmişdir. O da Farabi kimi belə hesab edir ki, Allah dünyanı heç də birbaşa deyil, törətdiyi intellektlər, sferalar və canlar ardıcıllığı vasitəsilə emanasiya yolu ilə yaratmışdır. Potensial insan zəkasını aktuallaşdıran fəal kosmik intellektsiz idrak mümkün deyil. Farabi kimi o da peyğəmbərlik vergisini Birbaşa İlahi nurlanmanın mümkünlüyünün köməyi ilə şərh etmişdir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə