Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə47/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   43   44   45   46   47   48   49   50   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

İbn Rüşd. XII əsrdən peripatetik fəlsəfə ərəb-müsəlman arealında öz əvvəlki inkişaf tempini itirsə də, bu fəlsəfəçilik tipi sonrakı inkişafını Qərbi Avropada – müsəlman İspaniyasında tapır. Burada ömrünü davam etdirən peripatetizm əsas diqqəti təbii-elmi problemlərə yönəltmişdir. Qərb-ərəb peripatetizmi üçün əsas nəzəri mənbə rolunu Əl-Kindi, Farabi və İbn Sinanın fəlsəfi irsi oynayır. Qərb-ərəb peripatetizminin banisi İbn Bəcca (?-1138), onun rasionalist xəttinin davamçısı isə İbn Tüfeyl (1110-1185) olmuşdur. Qərb-ərəb peripatetizminin ən görkəmli nümayəndəsi latınlaşdırılmış adı Averroes olan Əbül Valid Məhəmməd ibn Əhməd İbn Rüşd (1126-1198) olmuşdur. Əsas əsərləri: “Ardıcılsızlığın ardıcılsızlığı”, “Fəlsəfə və din arasındakı əlaqəyə dair”.
İbn Rüşdün təlimi hər bir istiqamətdə Aristotelin fəlsəfəsi ilə əlaqədardır. O sözün əsl mənasında stagirli müdrikin heyranı olmuşdur. Müasirləri onun haqqında belə deyərmişlər: “Aristotel təbiəti, İbn Rüşd isə Aristoteli şərh edib”.
İbn Rüşd İbn Sinanın dünyanın əbədiliyi haqqında güzəştli təlimini qəbul etməmiş, qəti şəkildə bildirmişdir ki, dünya Allah qədər əbədidir. Materiya varlığın əbədi imkanı, Allah isə onun gerçəkləşməsinin əbədi səbəbidir. Hərəkət də materiya kimi əbədi və məhvedilməzdir. İbn Rüşd şeylərin yaranması zamanı onların forması İlahi zəkadan materiyaya daxil olması kimi baxışları inkar edir. Belə hesab edir ki, forma potensial olaraq materiyanın özündədir, onun potensial vəziyyətdən aktuala keçid yaradılış deyil. Formanın materiyaya xaricdən daxil olmasını güman etmək heç nədən yaradılışı etiraf etməyə eynigüclüdür.
İbn Rüşd Şərq peripatetikləri içərisində ilk dəfə olaraq neoplatonist emanasiyalar nəzəriyyəsindən imtina etmişdir. O belə hesab etmişdir ki, Allah dünyanı əmrləri ilə idarə edir və bu Ona fəaliyyətdə olmaqla “hərəkətsiz” qalmağa imkan verir. Onun fikrincə iradəvi akt ideyası yaradılış haqqında qeyri-iradəvi emanasiya ideyasından daha dolğun təsəvvür yaradır. Forma və materiyanın aristotelsayağı dualizminin eliminasiyası İbn Rüşddə öz kulminasiyasına çatır. Forma materiyanın daxili funksiyası, təzahür üsuluna çevrilir.
İbn Rüşd Orta əsrlər həm Qərb, həm də Şərq fəlsəfəsi üçün səciyyəvi olan iman və zəkanın qarşılıqlı münasibəti probleminə də toxunmuş, xüsusilə Qərbdə çoxsaylı tərəfdarlar (məs. Qərbi Avropa averroizmi, nümayəndəsi Siger Brabantlı) tapmış ikili həqiqət konsepsiyasını hazırlamışdır. İbn Rüşdün bu konsepsiyanı hazırlamağa Aristotel fəlsəfəsinin bəzi müddəalarının İslam və Xristian ehkamlarına zidd olması vadar etmişdir. İkili həqiqət konsepsiyasının mahiyyətini dini və fəlsəfi həqiqətlərin fərqləndirilməsi təşkil edir. Bu konsepsiyaya görə fəlsəfədə həqiqi olan dində yanlış ola bilər və əksinə. Yəni din və fəlsəfənin həqiqətləri eynihüquqludur, belə ki, onlar fərqli məsələləri nəzərdə tutur: dini əmrlər insana necə hərəkət etməyi, fəlsəfə isə mütləq həqiqəti necə dərk etməyi öyrədir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə