Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə44/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   40   41   42   43   44   45   46   47   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Kəlamın əsas prinsipləri. Kəlamın əsas prinsipi ardıcıl monoteizm, təkallahlılıq (ərəb. tovhid), daha doğrusu təkcə Allahın mövcudluğunun etirafıdır. Allah kamildir, bütün çatışmazlıqlardan kənardır, Özünə bərabəri, oxşarı yoxdur. Mütəkəllimlərə görə Allah tək və əbədidir, yalnız Özü vasitəsilə mütləq zərurətə görə mövcuddur. Öz-özünə kafi olan Onun üzərində və Özü ilə bərabər heç nə yoxdur. O bütün dünya və onda olan hər şeyi yaradan yaradıcı Şəxsiyyətdir.
b) Şərq peripatetizmi (məşşaiyyə). Mütəkəllimlərdən fərqli olaraq filosoflar öz təlimlərini yaratmaq üçün yunan tibbinə, riyaziyyat və astronomiyasına, xüsusilə Platon və Aristotelin fəlsəfəsinə əsaslanmışlar. Platon və Aristotelin fəlsəfəsi ərəblərin intellektual həyatına ilk növbədə tərcümələr, sonra isə orijinal əsərlərə yazılmış şərhlər sayəsində daxil olmuşdur. Nəticədə ərəblərdə kəlamla bərabər dini baxışlar sisteminin yenidən qurulmasını tələb edən dünyəvi fəlsəfə də inkişaf etmişdir. Filosofların böyük əksəriyyətinin Aristotel təliminə üstünlük verməsi, bu istiqamətdə yaranıb inkişaf etmiş fəlsəfi cərəyanın stagirli müdrikin tərəfdarlarına verilmiş ada –peripatetizmə uyğun olaraq Şərq peripatetikləri, və yaxud məşşailər (ərəb. gəzişmə) adlandırılıblar. Lakin burada zəruri qeyd vacibdir. Ərəb dünyasında bəzi hallarda bir filosofun traktatı başqa filosofun adına yazılmışdır. Məsələn, neoplatonizmin banisi Plotinin “Enneadalar” traktatı Aristotelə aid edilmiş və “Aristotelin teologiyası” adı ilə ərəb dilinə tərcümə olunmuşdur. Hətta son orta əsrlərdə Qərbi Avropada da bu əsəri Aristotelə məxsus hesab etmişlər. Digər bir neoplatonist Proklun “Səbəblər haqqında” traktatı da Aristotelin adına çıxılmışdır. Bu səbəbdən Şərq peripatetiklərinin fəlsəfi təlimlərində neoplatonist ideyalara rast gəlinir.
Şərq peripatetikləri dünya fəlsəfi irsində özünəməxsus yer tuturlar. Onlar təkcə Antik irsin Qərbi Avropaya ötürülməsi ilə məşğul olmamış, orijinal fəlsəfi təlimlər yaratmışlar. Bu cərəyanın ən görkəmli nümayəndələri Əl-Kindi, Farabi, İbn Sina və İbn Rüşd olmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə