Fənn haqqinda məlumat. Metalların təsnifatı


Ərintilərdə əmələ gələn ən vacib kimyəvi birləşmələr aşağıdakılardır



Yüklə 10,48 Mb.
səhifə15/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Materialşünas imtahan cvb

Ərintilərdə əmələ gələn ən vacib kimyəvi birləşmələr aşağıdakılardır:
Daxilolma fazaları-keçid qrupuna daxil olan metallarla, atom radiusu kiçik olan metalloidlərin ( hidrogen rH =0,46A0, azot rN=0,71A0, karbon rC=0,77A0 ) birləşməsi nəticəsində əmələ gəlirlər. Bu birləşmələr dəyişən kimyəvi tərkibə malidirlər. Onların kimyəvi formulu qeyri metalın maksi-mum miqdarını xarakterizə edir. Metalloidin atom radiusunun, metalın atom radiusuna olan nisbəti 0,59 –a bərabər və ya kiçik olarsa, daxilolma fazaları yaranır. Bu halda metalın atomları sadə kristal qəfəslər yaradırlar. Qeyri-metalların atomları isə həmin qəfəslərin boşluqlarında müəyyən yerlərdə yerləşirlər.Daxilolma fazalarının qəfəs qurluşunun xüsusiyyəti də elə bundadır. Daxilolma fazaları kimyəvi birləşməni xarakterizə edən şərtləri ödədiklərindən atomların nisbəti Me4X, Me2X, MeX, MeX2 qrupuna malik olan metallar kiçik atom radiusuna malik olan karbon, azot, bor və s. Ele-mentlərlə karbidlər, boridlər, nitrid birləşmələri əmələ gətirirlər. Onlar quruluş və xassələırinə görə ümumi uyğunluğa m( burada Me-metal, X- qeyri metal ) formullarına uyğun gəlir. Metallik ərinti-lərdə daxilolma fazalarının əhəmiyyəti böyükdür. Belə ki, poladlarda olan karbid və nitridlər yüksək bərkliyə malik olub, onların möhkəmliyini yüksəldirlər


21. Fazalar qaydası.
Fazalar qaydası – sistemdə olan faza və komponentlərin sayı ilə sistemin sərbəstlik dərəcəsi ( variantlılıq) arasındakı aslılığı göstərir.
Sistem- bir həcmdə yerləşən bərk, maye və qaz hallarında olan fazaların cəminə deyilir. Sistem sadə və mürəkkəb ola bilər. Sadə sistem bir elementdən, məsələm Fe-dən və ya kimyəvi birləşmədən ( Fe3C) ibarətdir. Mürəkkəb sistem bir neçə elementdən ibarət ola bilər; məsələn Pb-Sb ikili sistem, Pb-Sb-Cu üçlü sistem , hesab olunurlar. Sistemlər bircinsli və müxtəlif cinsli ola bilərlər. Su bircinsli, bir həcmdə yerləşən su və buz isə müxtəlif cinsli sistemə aiddir.
Komponent-ərintini təşkil edən ayrı-ayrı kimyəvi elementlərə və ya kimyəvi birləşmələrə deyilir. Təmiz metal bir komponentli sistem adlanır. Allotropik çevrilmə olmadığı halda bu sis-tem qaz, qaz və maye, qaz maye və bərk fazalardan ibarət ola bilər. İki metalın ərintisi iki kom-ponentli sistem sayılır.Komponentlər şəraitdən asılı olaraq ərintidə müxtəlif fazalar əmələ gə-ti-rirlər.
Faza- ərintinin bircinsli hissəsi olub, başqa hissələrdən müəyyən səthlə ayrılır. Bu səthi keçdikdə fazanın kimyəvi tərkibi və xassələri kəskin dəyişir. Faza bir, iki və çox komponent-lərdən təşkil oluna bilər. Bərk faza üçün xarakterik xüsusiyyət onun sabit tərkibə və müəyyən atom qurluşuna malik olmasıdır. Sistemdə fazaların sayını, onların tərkibini və nisbi miqdarını bilməklə sistemin halını tam təsvir etmək olar.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə