Fənn haqqinda məlumat. Metalların təsnifatı


Karbonlu paladlar.Karbon və daimi qatışıqların poladın xassələrinə təsiri



Yüklə 10,48 Mb.
səhifə18/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
Materialşünas imtahan cvb

30. Karbonlu paladlar.Karbon və daimi qatışıqların poladın xassələrinə təsiri.
Karbonlu poladlar, qatışıqların təsiri. Qara metallurgiyanın əsas məhsulu poladdır.Bunun təxminən 85%-ni karbonlu, 15%-ni isə legirli poladlar təşkil edir. Odur ki, sənayedə əsas etibarilə krbonlu poladlardan istifadə edirlər. Bu poladların tərkibində 97,0-99,5% dəmir olur. Dəmirdən əlavə karbonlu poladlarda bir sıra başqa elementlər də vardır.Bu elementlərin bir qismi poladın istehsal texnologiyasının tələbinə görə ( silisium, manqan) , müəyyən hissəsi tamamilə poladdan kənar edilməsi mümkün olmadı-ğına görə ( kükürd, fosfor, oksigen, azot, hidrogen) və bir hissəsi də təsadüfi səbəbdən ( şixtədən keçən xrom,nikel, mis) poladda qalır.
Karbon hətta az miqdarda belə poladın xassələrinə təsir edir. Odur ki, karbon polada əsas kimyəvi element sayılır.
Tərkibində 2,14%-dək karbon, 0,8%-ə qədər manqan, 0,35%-dək silisium, qalanı isə dəmir olan ərintilərə karbonlu poladlar deyilir. Bu poladların tərkibində hərəsi 0,04%-dən çox olmayan kükürd və fosfor da vardır. Onu da qeyd etmək lazımdır ki, sənayedə geniş istifadə olunan po-ladlarda karbon 1,2%-ə qədər olur.
Karbonlu poladlar başlıca olaraq tətbiq sahəsinə və keyfiyyətinə görə təsnif olunurlar.
Tətbiq sahəsinə görə karbonlu poladlar iki əsas sinifə bölünürlər: 1) Konstruksiya (maşın-qayırma və tikinti ) poladı; 2) alət poladı
Konstruksiya poladları da adi keyfiyyətli, keyfiyyətli və yüksək keyfiyyətli polad növlərinə bölünür.
Adi keyfiyyətli konstruksiya poladı A və B qruplara bölünür A qrupuna aid olan poladlar is-ti halda yayılmadan sonra termiki emala uğradılmadan tətbiq edilir. Bu növ poladların əsas gös-təriciləri onların mexaniki xassəsidir.



Azot və oksigen nitrid və oksidlər şəklində dənələrin sərhəddində toplanaraq poladın soyuq-sınma temperaturunu yüksəldir, onun kövrək dağılmaya qarşı müqavimətini və dözümlülük həddini azaldır. Ərimə prosesində poladda həll olan hidrogen yayılan pəstahlarda və döyüklərdə flokenlərin yaranmasına səbəb olur. Flokenlər dəyirmi və oval formalı nazik çatlardan ibarət olub, polad sını-ğında gümüşü rəngli ləkə kimi görünür.Flokenlər poladın xassələrinin çox pis olmasına səbəb olur. Odur ki, poladda floken olduqda onu sənayedə istifadə etmək olmaz.
Hidrogen dəmirlə birləşmə yarada bilmədiyindən müəyyən şəraitdə metaldan ayrıla bilər. Kris-tallaşma prosesində poladda qalan hidrogen müəyyən müddətdən sonra tədricən azalmağa başlayır. Bundan əlavə poladı 2000 C –dən başlayaraq çox kiçik sürətlə soyutduqda hidrogen tədricən ondan tam kənar olur. Poladı bu qatışıqlardan təmizləmək üçün əritmə və tökmə prosesi vakuumda aparı-lır.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə