Fənn haqqinda məlumat. Metalların təsnifatı


Legirli poladlar, onların təsnifatı və markalanması



Yüklə 10,48 Mb.
səhifə20/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Materialşünas imtahan cvb

32. Legirli poladlar, onların təsnifatı və markalanması.
Poladda olan bütün qatışıqları ( kimyəvi elementlər) dörd qrupa bölmək olar:
1). Adi və daimi qatışıqlar. Bu qrupa manqan, silisium və həmçinin alüminiumu aid etmək olar. Bu elementlərdən hər üçü poladın reduksiyalanmasında istifadə edilir. Bu səbəbdən onlar müəyyən miqdarda polada verilir. Qaynayan poladda isə silisiumun və alüminiumun miqdarı çox az olur. Fosfor və kükürd poladda daimi qatışıq sayılır. Çünki onları kütləvi istehsalatda tamamilə kənar etmək mümkün deyildir.
2). Gizli qatışıqlar. Bunlara oksigen, hidrogen və azot aiddirlər. Bu elementlər olduqca az miqdarda bütün poladlarda mövcuddur. Lakin onların təyin edilməsi çox mürəkkəb olduğundan, bu elementlərin miqdarı adi texniki şərtlərdə göstərilmir.
3). Təsadüfi qatışıqlar. Polada şixtə materiallarından və ya təsadüfən keçən elementlərə de-yilir. Məsələn, polada ural filizlərindən mis, kerç filizlərindən isə arsen keçə bilir. Tərkibində qurğuşun, sink və qalay olan poladları yenidən əritdikdə bu elementlər yenidən poladda qala bi-lər.
4). Legirləyici elementlər. Poladın struktur və xassələrini dəyişmək üçün ona xüsusi olaraq müəyyən miqdarda əlavə verilən elementlərə legirləyici elementlər deyilir. Bununla əlaqədar la-zımi xassələr almaq üçün legirləyici elementlər verilmiş poladlara legirli poladlar deyilir. Le-girli poladları bəzi hallarda xüsusi poladlar da adlandırırlar. Polada verilən legirləyici elementlər elə miqdarda olmalıdır ki, bu miqdar onun struktur və xassələrini dəyişdirmək üçün kifayət etsin
Legrilənmiş poladlar müvazinət strukturuna, tərkibinə və tətbiq sahsinə görə təsnif olunur-lar.
Müvazinət strukturuna görə legirlənmiş poladlar: strukturunda ferrit olan eftektoidəqədərki.
poladlara; perlit strukturlu evtektoid poladlarına;strukturunda ikinci karbid olan evtektoiddənson-rakı poladlara;strukturunda ikinci karbid olan evtektoiddən sonrakı poladalr və maye metaldan ayrı-lan ledeburit poladlarına bölünür.
Havada soyuyarkən, qalınlığı az olan nümunələrdə alınan struktura görə poladları perlit, mar-tensit və austenit siniflərinə ayırmaq olar.
Tərkibindən asılı olaraq poladların təsnifatı onlarda olan legirləyici elementlərə görə edilir. Bu qaydaya görə poladlar nikelli, xromlu, xromnikelli, xrommolibdenli və s. qruplara bölünür.
Tətbiqinə görə poladları aşağıdakı qruplar üzrə birləşdirmək olar:
1. Maşın hissələrinin hazırlanmasında istifadə edilən konstruksiya poladları.
2. Kəski, ştamp, ölçü alətləri və s. hazırlanmasında istifadə edilən alət poladları. Alət poladları şərti olaraq karbonlu, legirli, ştamp və tezkəsən poladlara bölünür.
3. Xüsusi xassəli polad və ərintilər. Buraya xassəsinə görə ciddi fərqlənən polad və ərintilər aid-dirlər. Bu qrupa paslanmayan, odadavamlı, istiyədavamlı, yeyilməyədavamlı, xüsusi maqnit və xü-susi elektrik xassəli polad və ərintilər aid edirlir.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə