Fənn haqqinda məlumat. Metalların təsnifatı


Karbonlu poladlar, onların təsnifatı və markalanması



Yüklə 10,48 Mb.
səhifə19/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
Materialşünas imtahan cvb

31. Karbonlu poladlar, onların təsnifatı və markalanması
Qara metallurgiyanın əsas məhsulu poladdır.Bunun təxminən 85%-ni karbonlu, 15%-ni isə legirli poladlar təşkil edir. Odur ki, sənayedə əsas etibarilə krbonlu poladlardan istifadə edirlər. Bu poladların tərkibində 97,0-99,5% dəmir olur. Dəmirdən əlavə karbonlu poladlarda bir sıra başqa elementlər də vardır.Bu elementlərin bir qismi poladın istehsal texnologiyasının tələbinə görə ( silisium, manqan) , müəyyən hissəsi tamamilə poladdan kənar edilməsi mümkün olmadı-ğına görə ( kükürd, fosfor, oksigen, azot, hidrogen) və bir hissəsi də təsadüfi səbəbdən ( şixtədən keçən xrom,nikel, mis) poladda qalır.
Karbon hətta az miqdarda belə poladın xassələrinə təsir edir. Odur ki, karbon polada əsas kimyəvi element sayılır.
Tərkibində 2,14%-dək karbon, 0,8%-ə qədər manqan, 0,35%-dək silisium, qalanı isə dəmir olan ərintilərə karbonlu poladlar deyilir. Bu poladların tərkibində hərəsi 0,04%-dən çox olmayan kükürd və fosfor da vardır. Onu da qeyd etmək lazımdır ki, sənayedə geniş istifadə olunan po-ladlarda karbon 1,2%-ə qədər olur.
Karbonlu poladlar başlıca olaraq tətbiq sahəsinə və keyfiyyətinə görə təsnif olunurlar.
Tətbiq sahəsinə görə karbonlu poladlar iki əsas sinifə bölünürlər: 1) Konstruksiya (maşın-qayırma və tikinti ) poladı; 2) alət poladı
Konstruksiya poladları da adi keyfiyyətli, keyfiyyətli və yüksək keyfiyyətli polad növlərinə bölünür.
Adi keyfiyyətli konstruksiya poladı A və B qruplara bölünür A qrupuna aid olan poladlar is-ti halda yayılmadan sonra termiki emala uğradılmadan tətbiq edilir. Bu növ poladların əsas gös-təriciləri onların mexaniki xassəsidir.
A qrup poladları üçün kimyəvi tərkib əsas xarakteristika olmasa da kükürd və fosforun miqdarı 0,055%-dən çox olmamalıdır, əks halda onların qaynaqlanma keyfiyyəti aşağı düşür.
Б qrupuna aid keyfiyyətli koronlu konstruksiya poladları kimyəvi tərkibinə görə xarakterizə edi-lir və poladların markasının qarşısında həmin poladın istehsalı üsulu göstərilir. Məsələn, Marten peçlərində əridilmiş poladın qarşısında «M» hərfi, Bessemer konvertorunda əridilmiş polad markası qarşısında «Б» hərfi, Tomas konvertorunda əridilmiş polad markasının qarşısında isə « T» hərfi yazılır.
Б qrupuna aid poladlar, adi qayda üzrə termik emala uğradıldıqdan sonra tətbiq edilir. Zavod şə-raitində müxtəlif markalı profilləri bir-birindən seçmək üçün karbonlu polad profillərin başlıqları müxtəlif rənlgərdə rənglənir. Məsələn, Ст1- ağ, Cт2- sarı, Cт3- qırmızı, Cт4-qara,Cт5- yaşıl, Cт6-göy rənglərlə işarələnir. Cт0-poladı rənglənmir.
Keyfiyyətli karbonlu konstruksiya poladları Marten sbalarında əridilir və konvertor poladla-rından fərqli olaraq, onların tərkibində az miqdarda kükürd və fosfor olur.
Karbonlu poladlar maşınqayırmada geniş tətbiq edilir. Hər hansı polad markasını seçdikdə mə-mulatdan tələb olunan şərtləri: məmulatın iş şəraitini və hazırlanma texnologiyasını nəzərə almaq lazımdır. Karbonlu alət poladlarından məmullar hazırladıqda yüksək bərklik və mexaniki yeyilməyə qarşı davamlılıq tələb olunur, ona görə də bunların tərkibində karbonun miqdarı 0,6% ilə 1,4% ara-sında dəyişir. Karbonlu alət poladları iki qrupa bölünür:

  1. keyfiyyətli karbonlu alət poladları У7,У8,У9, У10, У12, У13,

  2. yüksək keyfiyyətli karbonlu alət poladları У7A,У8A,У9A, У10A, У12A, У13A,



Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə