Fənn haqqinda məlumat. Metalların təsnifatı


Legirlənmiş poladların markalanması



Yüklə 10,48 Mb.
səhifə21/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Materialşünas imtahan cvb

Legirlənmiş poladların markalanması
Poladın markalanması dövlət standartı üzrə qəbul edilmiş qaydaya əsasən hərflər və poladın təqribi tərkibini göstərən rəqəmlərdən ibarətdir.
Markadakı hər bir legirləyici element şərti olaraq aşağıdakı hərflərlə işarə edilir: X-xrom, H-ni-kel, K-kobalt, M-molibden, Г-manqan, Д –mis, P-bor, Б-niobium, C-silisium, П–fosfor, Ч– qələvi torpaq metalları, B-volfram, T-titan, A-azot, Ф–vanadium, Ю- alüminium və s.
Polad markasında birinci hərfə qədər olan rqəmlər karbonun yüzdə bir faizlə orta miqdarını ( a-lət poladlarında onda bir faizlə), hərfdən sonra gələn rəqəmlər isə təqribən həmin legirləyici
elementin orta miqdarını 1%-ə qədər olmasını ifadə edir. Məsələn 12X2H4 markalı poladın oxu-nuşu belədir. 0,09-0,13% C; 1,251,65% Cr; 3,25-3,65% Ni . 30XH2BФ markalı poladın isə oxunuşu aşağıdakı kimidir. 0,27-0,34%C, 2,0-2,4%Nİ, 0,5-0,8%W, 0,15-0,30%V ibarət olur.
Poladın tərkibində kükürd və fosforun miqdarı məhdud olarsa (S<0,03%, P<0,03%), belə po-lad yüksək keyfiyyətli hesab olunur və onun markasının sonunda A hərifi yazılır. Məsələn, 12X2H4A, 40XHMA. Əgər polada xüsusi olaraq azot verilərsə, bu zaman markanın ortasında A hərfi yazılır. Məsələn X179AH4 poladında 0,2% azot vardır. Bəzi hallarda işarələrin sayını a-zaltmaq məqsədilə standartın göstərişinə müəyyən qədər riayət olunmur. Məsələn, tərkibində 1%-dən çox karbon olan alət poladlarında karbonun miqdarını gəstərən rəqəmlər yazılmır. Belə ki, tər-kibində 1,45-1,70%C , 11-12,5% Cr, və 0,5-0,8%Mo olan alət poladı X12M kimi, kürəcikli yas-tıq poladlarında karbon 1%, xrom 0,6%, və 1,5% olduğu halda uyğun olaraq ШХ6, ШХ15 şək-lində markalanır. Burada X hərfindən sonra olan rəqəmlər onda bir faizlə poladda xromun miqda-rını, Ш hərfi isə markanın diyircəkli yastıq poladı olduğunu göstərir. Tezkəsən alət poladları P hərfi ( rapid-sürət ) ilə tərkibində olan əsas legirləyici elementin – volframın miqdarına görə mar-kalanır ( P18, P12, P9 )
Karbonlu alət poladlarının qarşısında У hərfi yazılır və ondan sonra gələn rəqəmlər onda bir faizlə poldda olan karbonun miqdarının göstərir. Xüsusi maqnit xassəli poladların qarşısında E hərfi yazılır.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə