Fənn haqqinda məlumat. Metalların təsnifatı



Yüklə 10,48 Mb.
səhifə24/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   20   21   22   23   24   25   26   27   28
Materialşünas imtahan cvb

1.Birinci növ tabalma. Bu proses soyuq halda deformasiya edilmiş ərintiləri tabalmaya uğrat-maq üçün tətbiq edilir. Birinci növ tabalmada ərinti fazaları çevrilmə temperaturundan aşağı tempe-raturadək qızdırılır.Bunun nəticəsində ərintilərin yenidəın kristallaşması və ya rekristallizasiya pro-sesləri müşahidə edilmir. Birinci növ tabalmaya uğradılmış döyənəklənmiş ərintidə daxili gərginlik xeyli azalır ki, bu da kristallik qəfəslərdə elastiki təhrifin ləğv edilməsilə əlaqədar olub, bərkliyin qismən azalmasına səbəb olur.
2. İkinci növ tabalma. Bu proses ərintinin fazalarını çevrilmə temperaturundan yüksək tempera-turadək qızdırıb yavaş-yavaş soyudulması ilə xarakterizə olunur. Nəticədə yenidən kristallaşma pro-sesi baş verir. Buna fazaların yenidən kristallaşması deyilir. İkinci növ tabalmada ərintilərdə müva-zinət halına malik olan stabil (davamlı) struktur alındığından onun bərkliyi çox azalır, plastikliyi ço-xalır.
İkinci növ tabalma zamanı ərintidə birinci növ tabalmaya nisbətən daha dərin fiziki-kimyəvi və digər struktur dəyişmələri baş verir, metal dənələri xırdalanaraq onun mexaniki xassələrinin yaxşı-laşmasına imkan yaradır.
3. Tablandırma. Yuxarıda göstərildiyi kimi, tablandırma əməliyyatı ərintiləri fazaların çevrilmə temperaturundan yuxarı qızdırıb həmin temperaturda müəyyən qədər saxladıqdan sonra böyük sür-ətlə soyutmaqdan ibarətdir. Tablandırma prosesi nəticəsində qeyri-stbil, yəni davamsız struktur əmə-lə gəlir. Soyutma sürətindən asılı olaraq ərintidə doymuş bərk məhlulun müxtəlif dərəcədə xırda-lanmış məhsullaarı alınır.
Tablandırma prosesi nəticəsində metal və ərintilərin möhkəmliyi və yeyilməyə qarşı davam-lılığı artır.
4. Tabəksiltmə. Tabəksiltmə əməliyyatə tablandırılmış ərintiləri kritik temperaturdan aşağı tem-peraturadək qızdırıb saxladıqdan sonra soyudulması ilə xarakterizə olunur. Tablandırma zamanı alı-nan qeyri-stabil struktur, tabəksiltmə əməliyyatı nəticəsində stabil struktura çevrilir və onun daxili gərginliyi azalır.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə