Fənn haqqinda məlumat. Metalların təsnifatı


Çuqunlar. Çuqunun strukturu



Yüklə 10,48 Mb.
səhifə22/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Materialşünas imtahan cvb

33. Çuqunlar. Çuqunun strukturu
Çuqun dəmir-karbon ərintisi olub, tərkibində karbonun və başqa qatışıqların miqdarının çox olması ilə poladdan fərqlənir. Çuqun polada nisbətən yüksək maye axıcılığa, çox kiçik plas-tikliyə malikdir və polada nisbətən ucuzdur.
Domna sobalarında əridilən çuqunların 80%-i təkrar emal çuqununa, 16%-i tökmə çuqun-una və 4%-i isə xüsusi çuqunlara ( ferroərintilərə) bölünür. Təkrar emal çuqunları və xüsusi çu-qunlar polad istehsalında istifadə olunurlar. Tökmə çuqunlarından isə müxtəlif maşın hissələrinin tökmə üsulu ilə hazırlanmasında istifadə edirlər.
Karbon çuqunda sementit və ya qrafit halında olur. Struturunda sementit olan çuqunun sı-nığı ağ rəngdə olduğundan buna ağ çuqun deyilir. Çuqunun strukturunda karbon qrafit halında ol-duqda onun sınığı böz rəngdə olur. Belə çuquna böz çuqun deyilir. Böz çuqun qrafitin forma və ölçülərindən asılı olaraq adi boz, döyülə bilən və kürəşəkilli qrafitli yüksək möhkəmlikli çuqun-lara ayrılır. Çuqun nəzəriyyəsində ən vacib məsələ qrafitin əmələ gəlmə şəraitini – qrafitləşmə prosesini aydınlaşdırmaqdan ibarətdir.
Boz çuqun.
Boz çuqun Fe-C-Si ərintis olub, tərkibində Mn, P, S və başqa elementlər də vardır. İsteh-salatda tərkibində 2,4-3,8% karbon olan evtektikayaqədərki boz çuqunlar tətbiq edilir. Çuqunun tərkibində olan karbon əsasən lövhəvarı qrafit şəklindədir.Boz çuqunda karbonun faizi artdıqca, lövhəli qrafitin miqdarı çoxalır və onun mexaniki xassələri azalır. Maye axıcılığını təmin etmək üçün çuqunda karbonun miqdarı 2,4%-dən az olmamalıdır.
Boz çuqunda əsas komponentlərdən biri silisiumdur. Silisiumun miqdarı boz çuqunda 1,2-3,5% olub, onun struktur və ya quruluşuna əsaslı təsir göstərir. Boz çuqunlarda manqanın miqdarı 1,25%-dən artıq olmur. Fosforun miqdarı 0,2%, bəzi hallarda 0,5%-ə qədər götürülür.


34. Yüksək möhkəmlikli çuqun. Vermikulyar qrafitli çuqun. Döyülən çuqun. Xüsusi çuqunla

Kürəşəkilli qrafitə malik çuqunların mexaniki xassələri yüksək olub, tökmə, yonulma, yeyil-məyə qarşı müqavimət və s. xassələrinə görə tökmə poladlardan üstündür.
Yüksəkmöhkəmlikli çuqunlar BЧ hərfləri ilə və rəqəmlərlə markalanır. Burada B—vısoko-proçnpst-rus sözü olub yüksəkmöhkəmlikli, Ч isə cuqun sözlərinin baş hərfləridir. Hərflərdən son-rakı rəqəmlər dartılmada möhkəmlik həddini göstərir. BЧ 50, BЧ 60, BЧ 70, BЧ 80,
BЧ100, BЧ 120, markalı metallik əsası ferrir və perlit, BЧ 35, BЧ 40, BЧ 45 markalı çuqunlarda isə metallik əsas ferritdən ibarətdir. Metallik əsasa görə çuqunun mexaniki xassələri dəyişir. BЧ - markalarında yüksək möhkəmliklə yanaşı plastikliyin olması bu çuqunlardan çox məsuliyyət tələb edən avtomobil və dizellərin dirsəkli valları, yayma dəzgahının bir çox hissələri, nasos və ventillərin korpusları və s. hazırlanmasında geniş istifadə olunur.Mexaniki xassələri yüksəltmək (plastikliyi və özlülüyü ) və daxili gərginlikləri çıxartmaq məqsədilə BЧ markalı çuqun tökmələrini yumşaltma normallaşdırma, tablama və tabəksiltmə əməliyyatına uğradırlar.
Yüksəkmöhkəmlikli kürəşəkilli qrafitli antifriksion çuqunlardan dəzgah avadanlıqlarının yüksək təzyiq və sürtünməyə işləyən hissələrinin hazırlanmasında istifadə edilir.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə