Fənn haqqinda məlumat. Metalların təsnifatı


Rekristallaşma prosesinin mərhələləri



Yüklə 10,48 Mb.
səhifə12/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Materialşünas imtahan cvb

17. Rekristallaşma prosesinin mərhələləri.

Temperturun yüksəlməsi nəticəsində birləşib ayrı-ayrı böyük dənələrin alınmasına səbəb olur. Bu zaman struktur xırda dənələrlə əhatə olunmuş böyük dənələrdən ibarət olur (şəkil 1b). Tempera-turun qalxması böyük dənələrin artmasına (şəkil 1v) və nəhayət kiçik dənələrin böyük dənələr tə-rəfindən tamamilə udulub iri ölçülü dəənələrin alınmasına gətirir.
Birinci və ikinci mərhələ rekristallaşma prosesləri müəyyən xüsusiyyətlərə malikdir.
Birinci mərhələ rekristallaşma deformasiya olunmuş dənələrin ayrılma səthlərində çoxlu xırda dənələr əmələ gəlir. Bu dənələr qüsurlardan azaddırlar.
Birinci mərhələ rekristallaşmanın sonunda struktur, en kəsiyi bir neçə mikron olan xırda də-nələrdən ibarət olur. Bunun ardınca dənələrin böyüməsi, yəni ikinci mərhələ rekristallaşma prosesi başlayır.
Bir neçə dənənin birləşərək iri dənəyə çevrilməsi nəticəsində dənənin ümumi səthinin kiçil-məsi, sistemdə ehtiyyat sərbəstlik enerjisinin azalmasına səbəb olur.
Dənələrin hansı mexanizmlə böyüməsini bilmək vacibdir. Belə halda termiki emal prosesində onların ölçülərini tənzimləmək olar.
Dənələr bir-birindən fərqlənən üç müxanizmlə böyüyə bilirlər.
- özəkli - birinci mərhələ rekristallaşmadan sonra yenidən kristal özəkləri yaranır və onların böyüməsi təzə dənələr əmələ gətirir.
- miqrasiyalı- kristal dənələrinin sərhədləri hərəkət edərək ölçüləri böyüyür. Belə ki, xırda də-nəyə nisbətən iri dənə termodinamik dayanıqlı olduğundan, onun böyüməsi xırda dənələri yemək hesabına olur. ( Xirda dənələrdə S/V nisbəti kiçilir. Burada S-dənənin səthi, V isə həcmidir).
- dənələrin bir-birinə qovuşması- tədricən dənələrin sərhədlərinin «həll olması» və çoxlu xırda dənələrin bir iri dənədə birləşməsidir.
Birinci rekristallaşmadan sonra yeni kristal mərkəzlərinin yaranma ehtimalı energetik cəhətcə azdır. Ona gərə də «özəkli» prosesə az təsadüf olunur. Dənələrin sərhədlərinin miqrasiyalı diffuzi-yalı proses olduğundan, onun üstünlüyü əsasən rekristallaşma temperaturundan çox yüksək tempe-raturlarda bilinir.
Dənələrin bir-birinə qovuşması ilə böyüməsi onların ayrılma sərhədlərində eyni zamanda ge-dir. Dənələrin sərhədlərində müxtəlif qüsurlar və əsasən dislokasiya toplanır. Bu dislokasiyaların an-niqilyasiyası nəticəsində dənələrin sərhəddi yox olur və xırda dənələrdən çox böyük dənə yaranır. Belə proses, miqrasiya prosesinə nisbətən xeyli aşağı temperaturda baş verir. Göstərilən proses qur-tardıqda böyük dənəli, tam getmədikdə isə dənələrin ölçüləri müxtəlif olan quruluşlar alınır. Struk-turu müxtəlif ölçülü dənələrdən ibarət olan metalda stabil yüksək xassə almaq olmur. Bu səbəbdən qovuşma prosesi metalın qurluş və xassələrinə zərərli təsir edir.
Qovuşma prosesinin inkişafına üstünlük verən və metalı yenidən qızdırarkən çox iri ölçülü dənələrin əmələ gəlməsinə səbəb olan deformasiya dərəcəsinə deformasiyanın böhran dərəcəsi de-yilir. Deformasiyanın bohran dərəcəsi çox da böyük olmayıb 3-8% təşkil edir.
İfrat böhran deformasiyada metalda dislokasiyanın sıxlığı elə olur ki, dənələrin bir-birinə qo-vuşması çətinləşir. Onların böyüməsi sərhədlərin miqrasiyası nəticəsində baş verir. Nəticədə nisbə-tən xırda ölçüçü dənələr yaranır.
Yüksək deformasiya dərəcəsində rekristallaşma özəklərinin yaranma sürəti onların böyümə sürətindən çox olduğundan xırda dənələrin əmələ gəlməsi təmin edilir. Dənələrin ölşüsünün defor-masiya dərəcəsindən asılılığını çox vaxt rekristallaşma diaqramı ilə təsvir edirlər. Şəkil 3.

Bu diaqramlar rekristallaşma yumşaltma rejiminin seçilməsinə imkan verir.Diqramdan görünür ki, kiçik deformasiya dərəcələrində dənələrin ölçüləri böyük olur.Burada dənənin böyüməsi kristal özəklərin yaranması və böyüməsi hesabına deyil, deformasiyaya qədər olan olan dənələrin böyü-məsi hesabına gedir. İlkin yüksək deformasiyadan sonra ikinci mərhələ rekristallaşma prosesində tekstura yaranır. Buna rekristallaşma teksturu deyilir.
Rekristallaşma teksturunun xüsusiyyəti yumşaltmanın aparılma şəraitindən, əvvəlki plastiki de-formasiyanın ( yayma, çəkmə, döymə və s. ) növündən və həmçinin metalın tərkibində olan qatı-şıqların təbiətindən asılıdır. Belə ki, aşağı tempearaturulu yumşaltmada üzləri mərkəzləşmiş kub qə-fəsli metallarda rekristallaşma və deformasiya teksturu eynidir. Yüksək temperaturlu yumşaltmada rekristallaşma teksturu deformasiya teksturundan fərqlənir. Rekristallaşma teksturuna mis, alümi-nium, dəmir və b.metallarda təsadüf etmək olar.
Metalın xüsusi fiziki xassələrinin ( maqnit, termik genişlənmə, elastiklik və s) artırılmasıında teks-turun yaranmasından istifadə edilir.



Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə