Fənn haqqinda məlumat. Metalların təsnifatı


Şəkil 1. Yumşaltma temperaturundan asılı olaraq döyönəklənmiş dəmirin mexaniki xassələrinin dəyişməsi Qayıtmada metalın bərklik və möhkəəmliyi 20-30%



Yüklə 10,48 Mb.
səhifə10/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Materialşünas imtahan cvb

Şəkil 1. Yumşaltma temperaturundan asılı olaraq döyönəklənmiş dəmirin mexaniki xassələrinin dəyişməsi
Qayıtmada metalın bərklik və möhkəəmliyi 20-30% azalır, plastikliyi isə yüksəlir.Şəkil 1. Qayıtma ilə yanaşı dənə daxilində qarışıq yerləşmiş dislokasiyalar qruplaşaraq dislo-kasiya divarları yaradır. Bu proses poliqonlaşma adlanır. Bu hadisəni ilk dəfə 1949-cu il-də ingilis alimi R.R.Kan əyilmiş sink monokristalını tablamaya uğradarkən müşahidə et-mişdir. Şəkil 2.

Şəkil 2. Poliqonlaşma sxemi. A-kənar dislokasiyaların əyilmiş kristalda xaotik yerləşməsi, b-poliqonlaşmadan sonra dislokasiya divarları.
Poliqonlaşma qayıtma prosesinin ikinci mərhələsidir. Bu proses dislokasiya mexanizmi ilə izah olu-nur: kristalı əyərkən onun sürüşmə mütəvisində qeyri –ixtiyarı yayılmış dislokasiyalar əmələ gəlir. Qızdırma zamanı metalda diffuziya getdiyindən, eyni işarəli izafi dislokasiyalar müəyyən cərgədə düzülərək dislokasiya divarı yaradılır. Bu isə monokristalda və ya polikristal dənəsində ifrat kiçik dənələrin ( poliqonlar) yaranmasıa səbəb olur. Poliqonlar dislokasiyalardan azad olub bir-birindən kiçik bucaqlı dislokasiya sərhəddi ilə ayrılırlar.
Poliqonlaşma dərəcəsi böyük olmayan metalı onun ərimə temperaturunun 0,25-0,30% qədər qızdırdıqda baş verir. Adətən qayıtma prosesində kompleks mexaniki xassələr dəyişmir. Lakin bu prosesdə bir sıra metallarda Al, Ti və başqa metallarda müəyyən qədər möhkəmliyin azalması və plastikliyin artması ilə müşahidə olunur.
Mis, nikel və onun ərintilərində poliqonlaşmanın müəyyən mərhələsində bərklik, axma həddi, elastilik və həmçinin plastiklik artır. Bu halda möhkəmliyin artmasına səbəb hərəkətdə olan dislo-kasiyaların, metaldakı qatışıqların atomları və poliqonlaşmada yaranan dislokasiya divarları vasi-təsilə bağlanmışdır. Temperaturun və həmin temperaturda saxlama müdətinin artması ifrat kiçik də-nələrin ( poliqonların ) böyüməsilə və onların həmçinin dislokasiyalardan təmizlənməsilə səbəb ol-duğundan möhkəmlik azalır.
Alüminium, molibden və volframda poliqonlaşma sürətlə gedir. Bir sıra xasələr, məsələn, elek-trik müqaviməti, praktiki olaraq qayıtma prosesinin birinci mərhələsində deformasiydan əvvəlki qiymətini alır.Bu vakansiyanın konsentrasiysının azalması və dislokasiyanın paylanması ilə əlaqə-dardır.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə