Fənn haqqinda məlumat. Metalların təsnifatı


Polad külçəsinin quruluşu



Yüklə 10,48 Mb.
səhifə7/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Materialşünas imtahan cvb

Polad külçəsinin quruluşu.

Metal maye halından kristallaşarkən ona müxtəlif amillər təsir edir. Bunlara ifrat soyuma dərəcəsi, istiliyin kənar olunma istiqaməti, maye metalda həll olunmamış hissəciklər və s. aiddir


Polad töküyün kristallaşması haqqında ilk elmi işlər XIX əsrdə rus alimləri D.K.Çernov, P.P.Anosov, A.S.Lavrov, V.N,Kalakutski tərəfindən aparılmışdır.
Belə ki 40-illərdə P.P Anosov ilk dəfə olaraq polad məmulatın son xassələrinin töküyün strukturu ilə əlaqəsini öyrənmişdir. 60-cı illərdə A.S. Lavrov və N.V. Kalakutski ilk dəfə olaraq likivasiya prosesini , polad tökükdə yığılma böşluğu və termiki gərginliyi izah etmişlər. 70-80-ci illərdə isə D.K. Çernov polad töküyün kristallaşma prosesini tədqiq etmişdir. Onların işlərini sonralar A.A.Baykov, N.T.Qudsov, S.S. Şteynberq davam etdirmişlər.
Əksər hallarda kristallaşma prosesində şaxəli ağacabənzər kristallar yaranır ki, onlara da dendirit ( yunanca ağac deməkdir ) deyilir.
Şəkil 1. Dendrit kristallaşması: a-dendrit kristalının sxemi; b-onun böyümə sxemi; v-Çernov kristaıdır. 200 dəfə böyüdülmüş
Əvvəlcə kristallaşma mərkəzlərində uzunsov ağac gövdəsinə bənzər birinci dərəcəli oxlar –dendritin baş oxları əmələ gəlir. Sonra birinci dərəcəli oxlardan müəyyən bucaq altında ikinci dərəcəli oxlar yaranır. Daha sonra ikinci dərəcəli oxlara perpendikulyar üçüncü dərəcəli oxlar yaranır və s. Nəticədə dendrit formalı kristallar yaranır. Dendrit qurulu-şunu 1878 –ci ildə D.K.Çernov öyrənmiş və onu şəkil 1, a və b-dəki kimi sxematik təs-vir etmişdir. Ancaq bəzi hallarda dendrit formalı kristalları bilavasitə töküyün səthində xarakterik relyef kimi görmək olar
D.K.Çernov 100 tonluq polad töküyün yığılma boşluğunda çəkisi 3,35 kq, uzun-luğu 39 sm olan dendrit tapmışdır. Adətən buna «Çernov kristalı» deyilir. Şəkil 1v.
Əvvəlcə kristallaşma mərkəzlərində uzunsov ağac gövdəsinə bənzər birinci dərəcəli oxlar –dendritin baş oxları əmələ gəlir. Sonra birinci dərəcəli oxlardan müəyyən bucaq altında ikinci dərəcəli oxlar yaranır. Daha sonra ikinci dərəcəli oxlara perpendikulyar üçüncü dərəcəli oxlar yaranır və s. Nəticədə dendrit formalı kristallar yaranır. Dendrit qurulu-şunu 1878 –ci ildə D.K.Çernov öyrənmiş və onu şəkil 1, a və b-dəki kimi sxematik təs-vir etmişdir. Ancaq bəzi hallarda dendrit formalı kristalları bilavasitə töküyün səthində xarakterik relyef kimi görmək olar

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə