FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


əmlakına və ya kapitalına hesablanan vergilərdir



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə25/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   21   22   23   24   25   26   27   28   ...   130
[kitabyurdu.org]-KY0000338

əmlakına və ya kapitalına hesablanan vergilərdir
. Statik 
vergilərə misal olaraq əmlak vergisini, torpaq vergisini, differensial 
rentanı göstərmək olar. 
Əmlak vergisinin tətbiq edilməsində əsas məqsəd, birincisi
müəssisəni mənfəət yaratmayan istehsal fondlarından azad etməyə 
stimullaşdırmaqdır, yəni bu vergi bir növ sanitar funksiyasını yerinə 
yetirir. Müəssisənin əsasən daha az hərəkətdə olan struktur elementləri 
(torpaq sahələri, binalar, istehsal avadanlıqları və s.) əmlak vergisinə 
cəlb olunur. Bu vergidən azad olmağın yalnız bir yolu vardır: müvafiq 
istehsal fondlarından azad olmaq. Beləliklə, əmlak vergisi kapital 
resurslarının “dövriyyəsini” sürətləndirir. 
Statik vergilərdən dövlət xəzinəsinə maksimum mümkün 
məbləğdə pul daxilolmaları tələb etmək olmaz. Bunun üçün başqa 
vergilər 
mövcuddur. 
Kapitala hesablanmış məcmu vergilər 
ümumiqtisadi məqsədə xidmət etməlidir: ölkənin məhsuldar 
resurslarından səmərəli istifadə, ekologiya və s. 
Əmlak vergisinin mənfəətin məbləğinə təsiri aşağıdakı düsturla 
müəyyənləşdirilir: 
M = W – Z – Ə – A – nQ 
KitabYurdu.az 
27


burada: 
M – mənfəət; 
W – məhsul satışından (işlərin yerinə yetirilməsindən, xidmətlərin 
göstərilməsindən) əldə edilən vəsaitin məbləği; 
Z – material məsrəfləri; 
Ə – müəssisənin bütün işçilərinin illik əmək haqqı fondu; 
A – illik amortizasiya ayırmaları; 
n - əmlak vergisinin dərəcəsi (1% = 0,01); 
Q – müəssisənin vergi tutulan əmlakının dəyəri. 
Düsturdan görünür ki, amortizasiya ayırmaları kimi bu vergi də 
mənfəətin məbləğini azaldır. Ancaq amortizasiya ayırmaları istehsalın 
yeniləşməsinə sərf olunduğu halda əmlak vergisi dövlət büdcəsinə 
köçürülür. 
Statik vergilər mənfəət normasını birbaşa azaltdığına görə onların 
dərəcələrinin 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə