Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə3/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Kiçik Qafqazın Geologiyasi

Kiçik Qafqaz vilayəti Kür və Araz çayları arasında suayrıcı olub, şərqdən qərbə doğru yüksəlir. Azərbaycanın qərbində yerləşir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m.) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşir. Ən fəal seysmiklik Gəncəbasar zonasında (8-9 bal) müşahidə olunur.


Kiçik Qafqaz geodinamik şəraitlərin müxtəlifliyi ilə səciyyələnir. Onun şimal-şərq hissəsi mezozoyda təməli Zaqafqaziya aralıq massivinin Baykal bünövrəsi üzərinə qoyulmuş adalar qövsünün inkişaf rejimi ilə səciyyələnir. Burada, Böyük Qafqazdan fərqli olaraq, maqmatik süxurlar üstünlük təşkil edir. İntensiv maqmatizm Kiçik Qafqazın hüdudları daxilində dördüncü dövrədək təzahür etmişdir. Maqmatik süxurlar müxtəlif petrokimyəvi və petroqrafik tiplərə bölünür. Buna uyğun olaraq maqmatizmlə əlaqədar formalaşan yataqların genetik tipləri də daha çox müxtəlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacında kolçedan formasiyasının qurğuşun, sink və mis yataqları əmələ gəlmiş, Kiçik Qafqazda isə bunlardan əlavə həm də başqa kolçedan, skarn, hidrotermal, vulkanogen-çökmə və digər genetik tipli dəmir, qızıl, molibden, kobalt, alunit yataqları, həmçinin seolit, bentonit və b. qeyri-filiz faydalı qazıntıların yataqları da formalaşmışdır.
Böyük və Kiçik Qafqazı bir-birindən ayıran dağarası Kür çökəkliyinin əsasən şərq hissəsi Xəzərin şelf zonasının lap içərilərinə qədər izlənilən iri neft və qaz yataqlarının olması ilə xarakterizə edilir. Lakin çökəkliyin qalın çökmə çexolu metal yataqlarının axtarışı baxımından hələ ki tədqiq olunmamışdır. Kiçik Qafqaz adalar qövsündən cənub-qərbdə ofiolit zonası uzanır. Metallogenik baxımdan bu zona dunitlərlə əlaqədar olan çoxsaylı xromit filizi təzahürlərinin, həmçinin civə və qızıl yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl filizi yataqlarında, metalların mənbəyi haqqındakı fikirləri birbirindən kəskin sürətdə fərqlənir. Kiçik Qafqazın ofiolit kompleksinin inkişaf tapdığı riftogen zonası cənub-qərbdə Önqafqaz aralıq massivi ilə cənubdan onun üzərinə sürüşərək gələn İran plitəsinin kolliziya zonası ilə əvəz olunur. Paleozoy fundamenti üzərində paleogen-neogen çöküntülərindən təşkil olunmuş, ehtiyatı milyard tonlarla olan nəhəng daş duz yataqlarının mövcudluğu ilə seçilən Naxçıvan çökəkliyi yatır. Təbaşir-paleogen yaşlı çökmə, vulkanogen-çökmə süxurların və nadir hallarda rast gələn maqmatitlərin yayıldığı Talış strukturunda yataqlar aşkar olunmamışdır. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün Leninqradın (hazırkı SanktPeterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxem işlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə), Sumqayıt alüminium zavodları tikilmişdir. Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və qalıq ehtiyatlar təxminən 90 ilə çatır (Zamanov, 1998). Böyük Qafqazın Balakən-Zaqatala rayonlarındakı əlvan metalların (qurğuşun, sink, mis) mövcud xammal bazası əsasında Respublikada daha bir metallurgiya mərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır. Azərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici firmalar ilə uzunmüddətli kontrakt bağlanmışdır. Respublikada dünya bazarına çıxarıla bilən yüksək keyfiyyətli seolit və bentonit yataqları da vardır. Kiçik
7
Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələrdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvəsindən (2901 m. ) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m. ) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m. ) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m. -dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m. ) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m. ). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m. ), Qırxqız (2830 m. ), Böyük Kirs (2725 m. ) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamə- tində uzanan Mıxtökən silsiləsi (Dəlidağ 3613 m. ) ilə birləşir. Zəngəzur və Dərəl-
yəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m.-dir. Ən hündür zirvələri (Qapıçıq da ğı -3906 m. , Qazangölda ğ - 3814 m. v ə s. ) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ - 2410 m. , Xanağa - 1910 m. , Əlincə - 1810 m. v ə s. ) s əciyyəvidir

8


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə