Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


Kəlbəcər rayonunda yerləşən perlit və obsidian yataqları



Yüklə 3,97 Mb.
səhifə5/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Kəlbəcər rayonunda yerləşən perlit və obsidian yataqları
Kəlbəcər rayonu Perlit və Obsidian yataq və təzahürləri baxımından çox zəngindir. Rayon ərazisində yataq və təzahürlər müxtəlif həcmdə paylanmışlar. Belə ki, bunlardan bəziləri daha böyük əraziləri əhatə edir. Bunlara Keçəldağ, Kiçik dəvə gözü, Böyük dəvə gözü, Bazarçay yataqlarını misal göstərə bilərik. Bu yataqlar geniş əraziyə yayılmaqla yanaşı daha əlverişli şəraitdə yerləşirlər. Bu yataqların vulkan şüşələri özlərinin xarici görünüşləri, daxili quruluşları, həmçinin mineroloji xüsusiyyətləri etibarı ilə müxtəlifdirlər.

Yataqlarda aşkar edilən perlit əsasən boz, ağımtıl, qonuru və s. rənglərdə, habelə möhkəm, məsaməli və zolaqlı formalarda olub digər şüşəvi süxurlardan kəskin fərqlənir. Obsidian isə qara, çox zaman tutqun-boz, açıq-qonuru, tüstülü və s. rənglərdə olur. Ərazidə aşkar olunmuş şüşə parıltısına malik olan obsidian özünəməxsus sınma xüsusiyyəti daşıyır. Perlit yataqlarından götürülmüş sınaqların spektral analizləri nəticəsində məlum olmuşdur ki, perlit və obsidianda müəyyən edilən elementlər demək olar ki, liparit və traxioliparit süxurlarında da eyni dərəcədə yayılmışdır. Rayon daxilində aşkar edilmiş yataqlardakı perlit özünün effektli istilik qoruyucu xüsusiyyəti ilə məhşurdur.

10


Istisu travertin yatağı
Yataq Kəlbəcər rayonu ərazisində, İstisu kurortundan 0,8-1,0 km şimal-şərqdə, Tərtər çayının sağ sahilində yerləşir. Yataq 1955-ci ildə R. A. Qasımov tərəfindən aşkar olunub. Yataq orta eosen yaşlı andezitlərin üstündə yerləşən dördüncü dövr yaşlı traveritlərdən ibarətdir. Yatağın yayılma sahəsi 80 ha.-a yaxındır. Yataqda traveritlər ağ, ağ-sarı rəngdədir, məsaməlidir, bəzi yerlərdə də sıxdır.
Əsrik travertin təzahürü
Kəlbəcər rayonu Çobankərəkməz kəndindən 2 km cənub-qərbdə “Qoturlu İstisu”nun mineral su çıxan ərazisində yerləşir. Təzahür 1978-ci ildə S. A. Babayev və A. F. Heydərov tərəfindən aşkar olunub. Yayılma sahəsi 3000 km2, orta qalınlığı 12-14 m.-dir. Traveritləri araqonitli təbəqələrdən təşkil olunmuş konsentrik ellips şəklində olurlar. Ehtiyyat miqdarı 700 min. m3-dir.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə