Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


Mikalar.......................................................................................26



Yüklə 3,97 Mb.
səhifə2/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Mikalar.......................................................................................26

  • Kükürd.......................................................................................28

  • Nəticə.........................................................................................30

  • Ədəbiyyat...................................................................................31

    1

    Giriş


    Az ərbaycan Respublikası yerüstü və yeraltı sərvətlərinin zənginliyinə, əlverişli coğrafi mövqeyinə görə qədimdən səyyahların, tarixçilərin nəzərini özünə cəlb edib. Belə ki, A. Məsudi, İstəhri, Marko Polo və b. əsərlərində Abşeronda, Qərbi Azərbaycanda neft yataqlarının mövcudluğu barədə məlumatlar verilmişdir. Azərbaycan geologiyasının öyrənilməsi demək olar ki, “Qafqaz geologiyasının atası” hesab edilən H. V. Abixin tədqiqatları ilə bağlıdır. Onun ilk tədqiqatları təbii hadisələrin baş verməsi, Xəzər dənizi səviyyəsinin dəyişməsi, palçıq vulkanlarının püskürməsi və s. geoloji proseslərin öyrənilməsi ilə başlanır. H. V. Abix Qafqazda, o cümlədən Azərbaycanda dərin tədqiqatları ilə paleontologiya və stratiqrafiya elmlərinin öyrənilməsinin əsasını qoymuşdur. Topladığı fauna kolleksiyası şəxsən və paleontoloq həmkarları ilə birgə təyin edilirdi. Alınan qiymətli nəticələr XIX əsrin ikinci yarısı, XX əsrdə aparılan tədqiqatların əsasını təşkil edirdi. XX əsrin birinci yarısında Azərbaycan geologiyasının öyrənilməsində M. V. Abramoviç, K. İ. Boqdanoviç, N. İ. Andrusov v ə bir çoxlarının böyük xidmətləri olmuşdur. Tədqiqatçılar diqqətlərini, əsas etibarilə, Azərbaycanın neftli qazlı regionlarının tektonika, stratiqrafiya, litologiya və b. sahələrinə yönəltmişlər. 30-cu illərdə Respublikada neft və dağ mədən sənayelərinin inkişafı ilə əlaqədar olaraq geoloji tədqiqatlar genişlənir. Azərbaycanda geologiya elminin inkişafında yerli geoloqların nəzərə çarpan surətdə fəaliyyəti məhz 50-ci illərə təsadüf edir. T ədqiqatlar Az ərbaycanın əks ər regionlarında: Abşeron yarımadası, Qobustan, Naxçıvan, Dağlıq Qarabağ, Talış və b. sahələrində aparılırdı. Bu dövrdə Ş. Ə. Əzizbəyov, M. Ə. Qaşqay, Ə. Ş. Şıxəlibəyli, H. İ. Kərimov, R. N. Abdullayev və b. çoxillik zəhm ətləri nəticəsində geoloji, tektonik, metallogenik və b. xəritələr tərtib edilmiş və istifadəyə verilmişdi. Azərbaycanın geoloji quruluşundakı əsas dəyişikliklər Kaynozoy erasında Qafqaz və Qafqaz ətrafı ərazidə gedən Alp qırışıqlığıyla əlaqədar proseslərin məhsuludur. Tektonik hərəkətlər nəticəsində Böyük və Kiçik Qafqazın dağ silsilələri, Kür dağarası çökəklik yaranmışdır. Süxurların aşınması nəticəsində bir çox filiz yataqları yer səthinə çıxmış, onların axtarış və kəşf olunmasına şərait yaranmışdır. Azərbaycanda makropaleontoloji tədqiqatlar 20-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) V. V. Boqaçovun, Azərbaycan Neft Tədqiqatı İnstitutunda (indiki Neft Sənayesinin Azərbaycan Dövlət ElmiTədqiqat və Layihə İnstitutu) mikropaleontoloji tədqiqatlar V. E. Livental, Q. F. Şneyder, C. İ. Cəfərovun rəhbərlikləri altında aparılırdı. 1929-cu ildə Babazənən kəsilişində Ağcaqıl və Abşeron mərtəbələri çöküntülərində aşkar olunmuş ostropod faunasının


    təsvirinə həsr olunmuş ilk mikropaleontoloji elmi məqalə V. E. Livental tərəfindən dərc olunmuşdur. Respublikamızda biostratiqrafik tədqiqatların əsl mənada geniş inkişafı 1950-ci ildə Azərbaycan EA Geologiya İnstitutunda ak. M. M. Əliyevin təşəbbüsü və rəhbərliyi altında müvafiq şöbənin yaranması ilə bağlıdır. Paleontologiya və stratiqrafiya şöbəsində «Mikrofauna», «Mezozoy və Kaynozoy» laboratoriyaları fəaliyyət göstərirdi. Yaranan istiqamətlərə zəmanənin görkəmli alimləri M. M. Əliyev, Q. Ə. Əlizadə, C. M. Xəlilov rəhbərlik edirdilər. Makro və mikrofauna ilə yanaşı, H. Zərdabi adına Təbiət tarixi muzeyində bioloq R. C. Cəfərovun rəhbərliyi altında Azərbaycanın bir çox rayonlarından (Binəqədi Qır gölü, Eldar, Bozdaq, Duzdağ və s. ) toplanan onurğalı heyvan qalıqları
    2
    öyrənilir. Belə ki, 50-60 -ci illərdə Respublikada onurğasız və onurğalı fauna və floranın ayrı-ayrı tip, sinif, dəstələrini öyrənən təcrübəli kadrlar - B. G. Vəkilov, D. V. Hacıyev, Ə. Y. Xəlilov, Q. M. Sultanov, T. Ə. Məmmədov, R. Ə. Xələfova və b. ixtisaslaşırlar. Sonrakı illərdə tədqiqatları ilə Respublikamızdan kənarda tanınan görkəmli paleontoloqlar nəsli yetişir: N. Ə. Ələkbərova, Q. K. Qasımova, S. M. Aslanova, X. Əliyulla, F. M. Axundov və b. Hazırda Azərbaycan MEA Geologiya İnstitutunda Respublikanın ali tədris ocaqlarında, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində Fanerozoyun bütün bölmələri üzrə yüksək hazırlıqlı paleontoloqlar, stratiqraflar fəaliyyət göstərirlər: ak. A. Əlizadə, T. A. Həsənov, R. Q. Babayev, M. Ə. Bağmanov, A. B. Məmmədov, Ş. Ə. Babayev, Q. A. Əliyev, A. D. Babazadə və b.
    Faydalı qazıntıları: Azərbaycan yerüstü və yeraltı filiz, qeyrifiliz faydalı qazıntıları ilə zəngindir. Bu baxımdan ilk növbədə Respublikanın neft və qaz yataqlarını yada salmalıyıq. Eramızdan əvvəl VI-VII əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer səthinə sızması məlum idi və eyni zamanda neftdən müxtəlif sahələrdə istifadə olunması qeyd olunur. Abşeron yarımadasının neftliliyi barədə ilk yazılı məlumat X əsrdə Məsudi, XIII-XIV əsrlərdə Marko Polo və b. tərəfindən verilmişdir. XVI əsrin sonunda Balaxanı kəndində Allahyar Məmməd Nuri ilk dəfə olaraq neft əldə etmək məqsədiylə dərinliyi 60 m. olan əl quyusu qazdırır. Əsrin əvvəllərində Qasımbəy dünya təcrübəsində ilk dəfə olaraq Xəzər dənizində sahildən 20-30 m. uzaqda neft istehsal etmək fikrinə düşür və bu məqsədlə əl quyusu qazır. 1735-ci ildə səyyah Lerxe, 1841-ci ildə Fransa yazıçısı Düma Suraxanıdakı məşhur «Atəşgah» barədə əsərlərinin birində məlumat verilmişlər. Bakı neftinin elmi əsaslarla öyrənilməsi məşhur alman geoloqu H. V. Abixin XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda apardığı tədqiqatlarla bağlıdır. Neft quyularının rotor üsulu ilə 100-120 m. dərinliyə qazılması da ilk dəfə Bakıda tətbiq olunur. Abşeronda zəngin neft yataqlarının aşkar edilməsi daxili (H.
    Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev və b. ) və xarici (Rotşild, Nobel, Montaşev və b. ) kapitalistləri bu işə sərmayə qoymağa sövq etdi. Layların stratiqrafik yaşlarının təyin olunmasında paleontoloji üsul mühüm rol oynayır. Bu sahədə kadrlar 1920-ci ildə yeni yaranan Azərbaycan Politexnik İnstitutunda V. V. Boqoçovun rəhbərlik etdiyi “Paleontologiya və tarixi geologiya” kafedrasında hazırlanırdı. Respublikada neft sənayesinin inkişafıyla əlaqədar 30-cu illərdə regional geologiya, xəritəalma işləri genişlənir (Ş. Ə. Əzizbəyov, Ə. Ş. Şıxəlibəyli, R. N. Abdullayev və b. ). Eyni zamanda Azərbaycan Neft Elmi-Tədqiqat və Lahiyə İnstitutunda və onun tərkibində fəaliyyət göstərən mikrofauna laboratoriyası təşkil olunur (B. E. Livental, C. İ. Cəfərov və b. ) və burada təcili təyinatlar aparılırdı. XX əsrin ikinci yarısından başlayaraq Xəzər dənizində geolojikəşfiyyat işləri və neft istehsalı sürətlə artır. Neft daşları, Qumdaşı, Pirallahı adası və b. neftli-qazlı strukturların kəşf edilməsində geoloqlardan Ə. Ə. Yaqubov, A. T. Əliyev, F. İ. Səmədov və b. böyük rolu olmuşdur. Azərbaycanda karbohidrogen yataqlarının öyrənilib, inkişaf etdirilməsi sahəsində 1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab H. Ə. Əliyevin rəhbərliyi altında bağlanan “Əsrin müqaviləsi” mühüm iqtisadi əhəmiyyət kəsb edir. Qısa müddətdə Çıraq, Azəri, Kəpəz yataqları sınaqdan çıxaraq istismara verildi, terminallar quruldu. Hasil olan neft Bakı-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Subsa neft kəmərlərilə xarici bazara çıxarılır. Məlum olduğu kimi, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla
    3
    yanaşı, bollu filiz yataqları mənbəyidir. Azərbaycanda dəmir, mis, qurğuşun və s. filizlərin olması eramızdan əvvəlki dövrlərdə səyyah, tarixçi, coğrafiyaşünaslara məlum idi. XIV-XV əsrlərdə yunanlar uzun məsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub yamacında, Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək məqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan gələn məmurlar, təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və b. Qazax rayonunda qızıl, Daşkəsəndə dəmir, Zəylikdə alunit filizlərinin olması barədə məlumatlar verirlər. XIX əsrin ortalarından başlayaraq H. V. Abix, F. Frex, Q. Arthaber və b. tərəfindən Respublikanın ayrı-ayrı mahallarının geoloji xəritələri tərtib olunur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur. Bu dövrdə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər Bunların sırasında E. S. Fedorovun (1902), N. S. Uspenskinin (1910), P. N. Çervinskinin (1914), K. N. Paffenholsun (1922- 1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə, Kiçik Qafqazda apardıqları tədqiqatlar nəzərə çarpır. Filiz yataqlarının tədqiqatında böyük irəliləmə əsrin 30-cu illərində Azərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki, geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, A. N. Solovkin, İ. A. Şirvanzadə, N. M. Səlimxanov, M. A. Mustafabəyli, H. İ. Kərimov, İ. N. Sitkovski və b. apardıqları tədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal yataqları, mineral su mənbələri və b. aşkar olunur. Qafqaz əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi və zənginliyinə görə ən dövlətli ölkələrdən biridir. Bunlardan Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar barit və b. yataqları göstərmək olar. Respublikamız qeyri-filiz yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz, dolomit, fosforit və s. yataqları qeyd etmək olar. İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, QazaxTovuz vulkan külü, pemza, Yuxarı Ağcakənd gips, Kəlbəcər Şaxtaqı travertin, Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian yataqları və bir çoxları qeyd olunmalıdır. Azərbaycan eyni zamanda müalicəvi mineral su mənbəyidir. Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan, Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri göstərmək olar. Respublikanın cənub rayonlarında, Masallı, Lənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su mənbələrindən məişətdə geniş istifadə olunur. Azərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın alp tsiklinin maqmatik kompleksləri və çökmə süxurları ilə təmsil olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə daxildir. Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən, mərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin qranitoidlərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən qədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında kiçik “pəncərələr” kimi təzahül edir. Çıxışlarının məhdudluğu onların metallogenik əhəmiyyətinin düzgün proqnozlaşdırılmasına imkan vermir. Hersin tsikli üçün bütün struktur mərtəbələrdə və yaş intervallarında çökmə süxurların üstünlüyü səciyyəvidir. Maqmatik süxurlar qalınlığı 0,5-3,0 m. olan layvarı diabaz intruziyaları ilə təmsil olunmuşlar. Bu çöküntülər içərisində stratiform tipli qurğuşun-sink yatağı yerləşir, lakin hersin tsikli çöküntülərinin məhdud miqyasda yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün potensial ehtiyatları tam qiymətləndirilməmişdir. Metal və qeyrimetal yataqlarının genetik tiplərinin ən çox təzahür edən müxtəlifliyi tektono-maqmatik inkişafın alp tsikli üçün səciyyəvidir. Azərbaycanın ərazisi Böyük və Kiçik Qafqaz regionlarına və onları bir-
    4
    birindən ayıran dağarası Kür çökəkliyinə, Talış qırışıqlıq strukturuna, Naxçıvan zonasına və Qusar-Dəvəçi kənar çökəyinə bölünür. Böyük Qafqaz Azərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə keçən cənub yamacı ilə təmsil olunur. Böyük Qafqazın cənub yamacında ümumi qalınlığı müxtəlif müəlliflərə görə 6-10 km. olan çökmə süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar Böyük Qafqazın dayka qurşağını əmələ gətirən qabbrodiabazların, qabbro-dioritlərin, dioritlərin layvarı intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta və az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik baxımdan bu region mis-pirrotin və kolçedan-polimetal yataqlarının geniş yayılması ilə xarakterizə olunur. Filizçay, Katsdağ, Katex, Cicix-Saqator və b. yataqlar kompleks tərkibli filiz cisimləri ilə təmsil olunaraq, filizlərin texnoloji emalı prosesində əsas filiz əmələ gətirən elementlərlə birlikdə çıxarılmasının mümkünlüyü baxımından diqqəti cəlb edən miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və b. ) saxlayırlar.
    Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir. 
    Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.
    Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ - mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
    Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. 
    XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.
    1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. 
    XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.
    1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən,
    5
    1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.
    Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər. 
    Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür. Gədəbəy mədənində də mis istehsalı təşkil edilmişdir.
    O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.
    Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.
    Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır. 
    Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır.
    Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.
    Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.
    Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır.

    6


    Yüklə 3,97 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə