Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə14/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   10   11   12   13   14   15   16   17   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Bağlıpəyə demantoid təzahürü


Şorbulaq qəsəbəsində yerləşən şorbulaq demantoid təzahüründən 3,5 km. cənub-şərqdə yerləşir və onun davamı sayılır. Çat zalbandlarında demantoid minerallaşması izamorf dənələr şəklində serpentinitlərlə birlikdə aşkar edilib. Dənələrin ölçüləri 4 mm.-ə çatır, boşluqlarda isə 10x15 mm. olur. Demantoid yaşıl, sarı-yaşıl rəngdə olur. Bəzi sahələdə topazolitin sarı-bal rəngli kiçik, şəffaf dənələri müşahidə olunur.
Kilisəli tuf yatağı
Kəlbəcər şəhərindən 22 km. məsafədə Kilisəli(indiki Günəşli) kəndinin ərazisində yerləşir. Yataq ərazisində geoloji kəfiyyat işləri 1966-1967-ci illərdə A. A. Cəfərov tərəfindən aparılmışdır. Yatağın geoloji quruluşunda yuxarı təbaşir, paleogen və dördüncü dövr yaşlı süxurlar iştirak edirlər. Orta eosen yaşlı süxurlar laylanmış andezitlərdən və onların tuflarında təşkil olunmuşdur. Yatağın əlverişli geoloji şəraiti var. Yataqda kəsilmə nöqteyi nəzərdən tufların üç müxtəlif növü müəyyən edilib: a) qalınlığı 50-55 m. olan qara, qırmızı rəngli lay; b) qalınlığı 30 m. olan açıq-qırmızı, məsaməli, bərk, zərif çatlı lay; c) qalınlığı 8-12 m. olan yaşıl məsaməli zəif çatlı lay. Tufların ümumi qalınlığı 80-90 m.–dir. Tufların həcimdə çəkisi 1,8-dən 2,5 t/m3. arasında dəyişir. Bu yatağın tuflarından üzlük və divar hörgü materialları kimi istifadə edilə bilər.
Kilisəli demantoid təzahürü
Kilisəli kəndindən 3,5 km. cınub-qərbdə yerləşir. Serpentinləşmiş hiperbazitlərdə 1,5 mm. ölçüdə olan kiçik dənə formasında demantoid mineralları aşkar edilib. Çatların səthində minerallaşma örtük bəzəndə xırda ( 0,5 mm.-ə qədər) dənələr şəklində qeyd olunur. Damarların dənələri tünd-yaşıl rəngdə olur. Onların ölçüləri 1,5 mm.-dən çox olmur.
Keçiliqaya demantoid təzahürü
Tutxun çayının sağ yamacında, Zülfüqarlı kəndindən 5,5 km. cənub-şərqdə yerləşir. Təzahürün daxili hüdudlarında güclü dəyişilmiş, əzilmiş, ulturaəsasi süxurların serpentinləşməsi inkişaf edib. Demantoid və topazolit minerallaşması güclü dəyişilmiş serpentinitlərdə xırda dənələr və yaxıntı şəklində inkişaf tapıb.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə