Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə12/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Yeni Zod barit təzahürləri
Pant dağının cənub şərqində Yeni Zod (Azad) kəndindən 2,5 km. şimal-qərbdə yerləşir. Burada 9 barit damarı aşkar edlimişdir. Damarların qalınlığı 0,1-2,25 m, uzunluğu isə 10 m.-lə 160 m. arasında dəyişir. Hesablanmış ehtiyat 600 tondur

Başqışlaq barit yatağı .Yataq buzluq çayının sol sahilində yerləşir. Bu barit yatağının tutduğu sahə 5 km2. –dir. Burada əsasən orta yura yaşlı karbonatlı çöküntülər kompleksi geniş intişar tapmışdır. Yataq daxilində barit, kvars, kalsit kimi minerallarla yanaşı bəzən flyuorit, qalenit, sfalerit və xalkopirit minerallarınada rast gəlmək olar. Ümumiyyətlə desək, Azərbaycanın əsas barit yataqları Göy-göl, Daşkəsən, Şəmkir rayonları boyunca eni 10-16 km, uzunluğu isə 100 km. olub, böyük bir zolaq şəklində uzanır və 1200 km2. sahəni əhatə edir.
20
MƏRMƏR ONİKSİ

Mərmər oniksi haqqmda məlumat ilk dəfə 1975-ci ildə geoloq M.Ç.Nağıyev tərəfindən verilmişdir. 1977-ci ildə burada V.D.Osadçiy və T.Q. Osadçiy tərəfindən əsaslı axtarış işləri aparılmış və iki yeni daha böyük sahələr - Bağırsaq və Dizodağ aşkar edilmişdir. 1978-ci ildə M.Ç.Nağıyev Bağırsaq sahəsinin ən cənub hissəsində kəşfiyyat aparmış və nəticədə mərmər oniksinin eh- tiyyatı hesablanmışdir. Oniks layları Tərtər qırılması boyu yerləşən çox sayda qədim və yeni termal sularm (bulaqlarm) çöküntülərindən əmələ gəlmiş ağ, mə- saməli travertinlərlə əlaqəlidir.


İncə sarı, çəhrayı, qırmızı və yaşıl rənglərlə boyanmış kalsiumun yə ya araqonitin sıx işıq keçirən aqreqatları mərmər oniksi adlanır. Kimyavi tərkibi СаСоз-dür. Adətən oksidləşmiş dəmir, maqniy, stronsiy, bariy, marqan, qurğuşun, sink qatışıqları daşm rənginin dəyişməsinə təsir edir.
Tərkibində xeyli miqdarda biokarbonat kalsi olan isti karbonatlı sularm fəaliyyəti nəticəsində əmələ gələn mərmər oniksi cavan kaynozoy vulkan rayonlarında geniş inkişaf etmişdir.
Mərmər oniksinin əmələgəlməsi və toplanması ilə sıx əlaqəli olan filizlə- şən termal sular İstisu sahəsində, Tutxun çayının hövzəsində, Levçay ilə Cəmilli çaylarının suayrıcı silsiləsində geniş şəkildə yayılmışdır.
Tərtər mərmər oniksi yatağı İstisu kurortundan 0,5-1,5 km cənubda və cənub-şərqdə Tərtər çayının yuxarı hövzəsində yerləşir. Yataq 2100 - 2300 m yüksəklikdə Tərtər çaymm sağ sahilində kahadadır.
İstisu sahəsi İstisu qəsəbəsindən 300 m cənubda yerləşir və bu sahədə ehtiyyat böyük deyil. Bu sahə 1986-cı ildə aşkar edilmişdir. Laylar ağ-süd, fil sümüyü rəngindədir, zolaqlıdır, araqonit oniksi lövhələrdən ibarətdir. Oniksin ara laylarınnın və ara təbəqələrinin uzunluğu 30-40 m, qalınlıqları 5-10 sm- dən 30- 40 sm- ə qədərdir. Laylar 12 m məsafəyə qədər uzanır. Daşm orta blokluğu 10x10x20 sm, ən yüksək halda 20x20x30 sm-dir.
Mərmər oniksinin əksər damarları tektonik partlayışla əlaqədardır. Xammalın qalınlığı 8-10 m-dir. Mərmər oniksinin yeddi damarları qeyd olunur. Hər bir damarm qalınlığı bir neçə santimetrdən 30-40 sm- ə qədərdir. Lövhələrinin qalınlığı 8-10 mm olan oniks kəsilmə və emal zamanı öz bütövlüyünü saxlayır. Cilalanma zamanı səthi güzgü formasına keçir, yüksək dekorativ xüsusiyyətlərə malikdir.
Dizodag sahəsi İstisu sahəsindən 800 m yuxarıda Tərtər çayının sağ sahilində yerləşir. Sahə yamacdan çaya sarı müəyyən bucaq altında uzanan travertin örtüyündən ibarətdir. Örtük tutxun-boz, boz-yaşıl rəngdədir, eoseon yaşlı zolaqlı oroqovikləşmiş alevrolitlərin üstündə yerləşir.
Bağırsaq sahəsi Bağırsaq çayının Tərtər çayına onun sağ sahilində qarışdığı yerdən 300 m yuxarıda 500 m-lik məsafədə yayılıb. Bulağın hər iki sahilində çöküntü yatımları əmələ gətirən (tutqun-boz, layvari, eosen yaşlı silisiumlaş- mış alevrolitlər və dördüncü dövr yaşlı andezit-bazaltlar) travertin və travertin brekçiyaları aşkar edilir. Sahə mərkəzi hissədə qalınlığı 1,5-2 m olan travertin brekçiyaları ilə örtülüdür.
Mərmər oniksi ölçüləri 32-33m x20-25m olan laydan ibarətdir, sahəsi 610 m2-dir. Lay qalınlıqları 10-20 sm-dən 80 sm-ə qədər olan ayrı-ayrı təbəqələrdən ibarətdir. Oniks
21
nazik kristallık monomineral strukturaya malikdir. 4-5 mm qalın- lıqlı lövhələrdən işıq keçir. Əksər hallarda tutxun-sarı, ağ və yaşıl rəngləri, nadir hallarda isə çəhrayı və qırmızı rəngləri qeyd edilir.
Oonqur mərmər təzahürü Cəmilli və Lev çaylarının suayrıcı silsiləsindən 1,1 km yuxarıda 2538 m yüksəklikdə yerləşir. Təzahür 1976-cı ildə M.Ç.Nağı- yev və M.Y.Cümşüdov tərəfindən axtarış işləri zamanı aşkar edilmişdir. Hər bir növün keyfiyyətini öyrənmək məqsədi ilə ümumi və filiz nümunələri götürülüb,
xammalın təqribi ehtiyyatı hesablanmışdır.
Təzahür kampan yaşlı əhənglərdən əmələ gəlib.
Mərmər oniksi damar və damarcıqlar şəkilində brekçiyalı serpentinitlərdə yerləşirlər. Filizləşmə zonasmm sahəsi 0,2 km2- ə yaxındır. Damarların hamısı en istiqamətli tektonik qırılmalarla əlaqəlidir. Qalınlığı 0,2-0,6 m olan bəzi kütlə hissələri 50-60 m məsafədə izlənilir, bəzi yerlərdə ölçüsü 1,5x0,7 m olan şişmələr (qabarmalar) əmələ gətirirlər. Burada çox sayda oniks damarları tədqiq edilib. Onlarm arasında ən yüksək keyfiyyətli xammal kimi və emal üçün əlverişli olan 5 damar müəyyən edilib. Ağ, ağ-yaşıl, açıq-yaşıl rəngləri var. Eni 0,1 sm - dən 1 sm - ə qədər olan əyri dalğalı-zolaqlı cizgilərə malikdir. Qalınlığı 2-3 sm olan lövhələrdən işıq keçir. Möhkəmliyi 3,0-4,0-dür, şüşəyəbənzər tutxun parıltısı var, sınması qeyri-düzgündür, güzgüyəbənzər cilalanmaq xüsusiyyəti var, blok- luğu 10x20x30 sm-dir. Orta faydalı qazıntılılığı 65 % - dir.
Fontan mərmər oniksi təzahürü Kəlbəcər şəhərindən 8,5 km cənubda Tərtər çayınm sağ sahilində, çay məcrasından 100 m aralada yerləşir. Təzahür Kəlbəcər qırılma zonası ilə əlaqəlidir. Travertinin yayılma sahəsi 60 000 m2 - ə yaxındır.
Oniks təbəqəsi travertin kütləsində kiçik əyiləmə bucağı altmda yerləşir. Təbəqənin qalınlığı bir neçə santimetrdən 20 sm arasında dəyişir.
Sarı, sarı-qırmızı və sarıya çalan açıq qəhvəyi rəngli mərmər oniksinin teksturası nazik zolaqlı laylardan ibarətdir və zəif kristallık quruluşa malikdir. Smması qeyri-düzgündür. Cilalanma prossesində güzgü formasını alır.
Kestək mərmər oniks təzahürü eyniadlı kəndin cənub-şərqində yerləşir.
Travertinlərin sahəsi 25x30 m2 - dir. Üç nazik təbəqənin hər birinin uzunluğu 8 m-dən 15 m - ə qədərdir, və bir-birindən 1-1,5 m üfüqi vəziyyətdə yerləşirlər. Qalınlıqları bir neçə santimetrdən 15-20 sm arasında dəyişir.
Oniks ağ-süd rəngindədir, zəif zolaqlıdn, bir tonludur, teksturası massivdir, quruluşu qəndəbənzər gobud kristallardan ibarətdir. Smması qeyri-düzgündür. Süxur cilalanma prossesində şüşə, bəzən də tutqun parıltılı güzgü formasmı alır.
Abdullauşağı mərmər oniksi təzahürü eyniadlı kənddən 1,5-2 km cənub- şərqdə Mozçayın (Tutxun çayının sol qolu) sol yamacında yerləşir. 1986-cı ildə aşkar edilmişdir. Travertinlərin ümumi yayılma sahəsi 5 km2-ə yaxındır, örtüyün qalınlığı 1 -2 m-dir.
Oniksə damarcıqlar, damar, linza-damar və qalınlığı bir neçə santimetrdən 50 sm- ə qədər olan lövhələr şəkilində olan travertinlər arasında rast gəlinir.
Oniksin teksturası laylıdır, massivdir, gizli kristallik quruluşu var, sınması qeyri-düzgündür, parıltısı tutxundur. Daşm əsas rəngi qırmızı-qəhvəyidir, dalğalı- zolaqlı, peyzajlı cizgilərə malikdir. Rənginə görə oniksin iki dekorativ növləri müəyyən edilib: zolaqlarınm eni 1 mm- dən 1-2 sm- ə qədər olan, bir-birini əvəz

22
edən tutxun bal və qırmızı, açıq-qəhvəyi rəngli nazik dalğalı-zolaqlaı, peyzajlı oniks, və təzadlı rəngləri olan zəif dalğalı, bir-birini əvəz edən ağ, sarı-bal və qırınızı rəngli peyzaj cizgiləri olan oniks. Zolaqlarm strukturası gizli kristallikdir, enli zolaqlarda ağ rəng eninə dalğalıdır. Qalınlığı 10 mm olan lövhələrdən işıq kesir.


Daş 8-10 mm qalınlıqlı lövhələrə mişarlananda öz bütölüyünü saxlayır. Sonrakı emal zamanı səthi güzgü formasmı alır. Yüksək dekorativ keyfiyyətlərlə xarakterizə olunur, təzadlı cizgilərə malikdir.
Sahəsi 350 m2, orta qalınlğı 0, 25 m, həcmdə çəkisi 2,9 t/m3 olan, ümumi xammalın 35 %-ni mərmər təşkil etmək şərti ilə mərmər oniksinin ehtiyyatı 34 ton təşkil edir.
Tutxun sahəsində aşkarlanan mərmər oniks təzahürləri Tutxun çayının sol sahilində fəaliyyətdə olan isti mineral sulardan çökən travertinlərlə əlaqəlidir. Onikslərin yayıldığı sahə 0,2 km2- dir. Ağ və sarı zolaqlı nöfləri var.
Tutxun (Zülfüqarlı) məpmər oniksi təzahürü Tutxun çaymm sol sahilində, Zülfüqarlı kəndindən 2,5 km cənubda, Abdullauşağı kəndindən 2,4 km cənub- şərqdə Zülfüqarlıdan Abdullauşağına gedən yolun kənarında yerləşir.
Oniks təbəqəsi travertin qatı ilə onlarm diorit-porfırit qatışıqları arasında yerləşir. Oniks sahəsinin uzunluğu 72 m, eni 14 m, qalınlığı isə 0,2 m-dən 0,7 m- ə qədərdir.
Oniksin teksturası laylıdır, massivlidir. Kristall quruluşu var, sınması qeyri-düzgündür, parıltısı tutqundur. Daşm əsas rəngləri boz-sarı, zəif boz-yaşıldır. Cizgiləri gobud zolaqlıdır, boz-sarı, açıq-yaşıl və ağ zolaqlar bir-birini əvəz edirlər. Zolağm eni bir neçə milli metrdən 2-3 sm- ə qədərdir. Qalınlığı 8 mm olan lövhələr işıq keçirir.
Daş 8-10 mm qalınlıqlı lövhələrə mişarlananda və sonrakı emal zamanı öz bütövlüyünü saxlayır. Onun əsas qüsuru yekcins olmayan tərzdə cilalanmasıdır. C2 kateqoriyalı xammalın kondision ehtiyyatı 427 tondur.
Geoloq M.Ç.Nağıyev axtarış işləri prosessində iki kaha oniks təzahürü aşkar etmişdir.
1 №-li kaha Qamışlı kəndinin şimal-qərb ətrafında yerləşir. Kahanın ağzının hündürlüyü 1,5-2 m, eni 2 m-dir.
Tacda kristall formasmda olan ağ rəngli mərmər oniksi inkişaf edib. Bu əmələgəlmənin ölçüləri: kahanm eni istiqamətində 2,5 m, kahanm uzunluq istiqamətində 3 m, qalınlığı 30-35 sm - dir.
Konsentrik zonal quruluşlu oniks qeyri kontrast qəhvəyi rəngdədir. Kristall strukturaya malikdir. Qalınlığı 15 mm olan nümunələrin işıq keçirmə qabiliyyəti yaxşıdır, cilalanmada güzgü formasmı alır.
Bu kahanm oniksi sənaye əhəmiyyətlidir. Eyni vaxta bu kaha təbiət memarlıq abidəsi hesab edilə bilər.
2 №-li kaha Ağyataq kəndinin cənub-qərb ətrafında yerləşir. Kahanın ağzının hündürlüyü 1,5-2 m, eni 2 m-dir. Kahanın uzunluğu 40 m- ə yaxındır. Bu kahanın mərmər oniksi görünüşünə və dekorativ xüsusiyyətlərinə görə 1 №-li kahanın oniksi ilə analojidir.
23

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə