Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə13/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   10   11   12   13   14   15   16   17   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Qranatlar
1988-ci ildə geoloq M.Ç.Nağıyev Sarıbaba strukturunda bir sıra qiymətli qranat-demantoid və mopazolitlər aşkar etmişdir. Bu məmulatlar andraditin zərgərlik nümunələridir.
Demontoid kalsit-dəmir qranat sırasma aid edilir. Mineralm açıq-yaşıl rəngi onun tərkibində dəmir oksidinin olması ilə əlaqədardır. Demantoidin xırda dənələri üçün radial şüavı quruluş səciyyəvidir. Dənələrin ölçüləri 5-7 mm- ə qədər dir.
Topazolit andraditin az rast gəlinən növüdür. Özünün mis və yaxud qızılı- sarı rənginə görə topaza yaxındır. Xırda dənələr şəkilində rast gəlinir. Sarıbaba strukturunda topazların Comərd, Kazımbinə, Kilisəli, Keçiliqaya, Şorbulaq, Bağlıpyə və Göydərə təzahürləri aşkar edilib.
Comərd demantoid təzahürü eyniadlı kəndin 2,5 km şimal-qərbində yerləşir. Sahənin şimal-şərq hissəsində qalınlığı 4-4,5 m olan bazalt qatı aşkar edilib. Bu qat xırda qırın tılı konqlomerata keçən xırda qırıntılı qravelitlə təmsil olunub.
Qırılma pozulmaları boyu sərt düşən çatlıq sistemləri aşkar edilib. Nazik xrizotil-asbest damarcıqları nəzərə çarpır. Damarcıqlarm eni 1,5 m, uzunluğu 1,5- 2 m- dir. Onların qalınlığı 0,5 sm - dən 3 sm arasında dəyişir.
Demantoidin rombo-dodekad formalı incə yaşıl şabalıdı, olduqca nadir hallarda isə izümürüd yaşıl rəngli kristallarına rast gəlinir. Kristallar kifayət qədər təmizdir. Xırda dənəli demantoidlərə (ölçüləri 2 mm- dən 6-7 mm- ə qədər) daha çox rast gəlinir. Xırda boşluqlarda tək-tək andradit kristalları mövcuddur. Kristalların ölçüləri 2 mm-dən 8-10 mm- ə qədərdir.



Kazımbinə demantoid təzahürü
Comərd təzahüründən 3,5 km. şimal-qərbdə yerləşir. Sahəsinin mərkəzi hissəsində xromit daşıyan serpentinitləşmiş hiperbazitlər çıxır. Çatlarda və onların serpentinitlərlə təmaslarında izometrik formada demantoid dənələri müşahidə edilir. Həmin dənələrin ölçüləri lap nazikdən 1,5 mm. arasında dəyişir.
Çat zonalarında kiçik boşluqlarda serpentinləşmiş dunitlərlə, nadir hallarda isə nazik çat təmaslarında xırda dənə və örtük halında demantoidlər qeyd edilib
24

.


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə