Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə15/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   10   11   12   13   14   15   16   17   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Şorbulaq demantoid təzahürü
Şorbulaq qəsəbəsindən 1 km. şərqdə yerləşir. Yatağın geoloji quruluşunda argillitlər, tufbrekçiyaları və tuflar, xırda-orta qırıntılı tuf konqlomeratlarından ibarət santon yaşlı çöküntülər iştirak edir. Demantoid minerallaşması serpentinitlərin içərisində yerləşmiş xrizotil asbest damarcıqları ilə əlaqəlidir. Damarcıqların uzunluğu 1,0-1,5 m.-dən uzun olmur, eni isə 0,5-1,0 sm.-dən 5 sm. arasında dəyişir. Bəzi sahələrdə yumuşalmış, tamamilə əzilmiş damarcıqlar qeyd olunur. Demantoid yaşıl-zümrüd rəngdədir. Dənələrin ölçüsü 5 mm.-ə qədərdir. Minerallaşma asbest damarcıqlarının endokontakt təmaslarında inkişaf tapmış xırda boşluqlarda qeydə alınır.
25


Mikalar
Mikalar adi süxur əmələ gətirən minerallardır. Onlardan muskovit, floqopit, vermikulit və lepidolit daha çox sənaye əhəmiyyəti kəsb edir. Vermikulit səsi və istiliyi yaxşı izolyasiyaetmə qabiliyyətinə malik olduğundan aviasiyada, avtomobil sənayesində, vaqonların və soyuducuların hazırlanmasında işlənilir. Vermikulit yandırıldıqdan sonra 800-900°C-yə qədər qızdırılarkən həcmini 20-30 və hətta 40 dəfə artırır. Yandırılmış və köpdürülmüş vermikulitin həcm çəkisi 50-100-dən 400-500 kq/m3-ə çatır. O, ən yüngül təbii tikinti materiallarından biri hesab olunur.
Mika qrupuna kimyəvi tərkibinin xüsusiyyətinə görə bir-birindən fərqlənən böyük miqdar sərbəst mineral növləri aiddir. Sənaye əhəmiyyəti daşıyan mikalardan muskovit, floqopit və vermikulit göstərilməlidir. Muskovit – KAl2 (OH)2 [Si3AlO10]; floqopit – K(Mg, Fe)3·[Si3Al10] (OH, F)2; vermikulit – (Mg, Fe2+, Fe3+)3· [(Si, Al)4O10] (OH)2·4H2O.
Mikalar təbii kristallar şəklində işlənilir. Kristallarda qüsurların (çatlar, qırışlar, əyilmələr, qaz-maye daxilolmaları) qeyd olunması mikaların qiymətini xeyli aşağı salır. Muskovitin və floqopitin aşağıdakı fiziki xüsusiyyətləri onların sənayedə geniş tətbiq edilməsini əsaslandırır: 1) tam ayrılma qabiliyyətinə malik olmaları; çox nazik (bir neçə mikron) və eyni zamanda kifayət dərəcədə davamlı və elastik (asanlıqla əyilə bilən) vərəqələr alınması; 2) həddindən artıq elektriki izolyasiya etmə xüsusiyyətləri (xüsusi müqaviməti 1015-17 Om·sm); 3) kimyəvi davamlılıqları və nəmliyə davamlılıqları; 4) yüksək termik davamlılıqları, xüsusən muskovit 800°C temperatura qədər qızdırıldıqda belə qiymətli keyfiyyətlərini saxlayır; 5) muskovitin və bəzi floqopit növlərinin şəffaflığı.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə