Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


Azərbaycanda məmulat daşı və texniki daş yataqları



Yüklə 3,97 Mb.
səhifə10/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Azərbaycanda məmulat daşı və texniki daş yataqları
Hacıkənd, Todan (Göygöl rayonu), Eyvazlı (Qubadlı) və Goranboy əqiq, Xavıslı qrup əqiq-xalsedon (Cəbrayıl), Todan (Göygöl r.) heliotrop, Sirab və Darrıdağ (Naxçıvan), Tutğun, Tərtər, İstisu, Konqur və b. (Kəlbəcər r.) mərmər o,niks, Əliqulu uşağı, Novlu, Kədili, Laləzar, Eyvazlı (Qubadlı r.), Başqışlaq, Monaşid, Mixaylovka (Göygöl r.) yəşəm, Əyridaq (Gədəbəy r.) turmalin, Axnazar, İpək, Qoxluğ və Xəlifəli hidroqrossulyar-soizit-prenit-epidot (jad) (Laçın r.), Kilsəli, Lev və Comərd (Kəlbəcər r.) nefrit, Daşkəsən və Ordubad qranat yataqlarını və b. göstərmək olar.
Kilsəlisu təzahürü
Kilsəlisuyun yuxarı axın sahələrində Sığnaqdağ (1472,2 m.) yüksəkliyindən 1300 m. şimal-şərqdə yerləşir. Zona iki kəsilişdə sınaqlaşdırılmışdır. Bir kəsiliş üzrə 15 qalınlığa 2,42 q/t. qızıl, 3,72 q/t. gümüş aşkar olunmuşdur. İkinci kəsiliş üzrə isə 12,5 m. qalınlığa 1,78 q/t. qızıl, 3,2 q/t. gümüş təyin olunmuşdur
Hacıkənd aqat yataqları qrupu
Bu qrupa 3 yataq daxildir. Hacıkənd, Mixaylovka və Myasnikov. Bu yataqlar Təbaşir yaşlı əsasi tərkibli (dolerit, dolerit-bazalt, bazalt və s. ) əsasi və bəzən orta tərkibli effuzivlərinin çatlarında və müxtəlif formalı boşluqlarda qeyd olunur. Hacıkənd yatağı 50 m. dərinliyə qədər öyrənilmişdir. C2 kateqoriyası üzrə 68,1 t. texniki aqat və 65,8 t. zərgərliyə yararlı aqat hesablanmışdır. Mixaylovka yatağı 100 m. dərinliyə qədər öyrənilib. C1 kateqoriyası üzrə 18,1 t, C2 kateqoriyası üzrə 47,1 t. texniki aqat hesablanmışdır. Myasnikov yatağı 100 m. dərinliyə qədər öyrənilib. C1 kateqoriyası üzrə 22,1 t. və C2 kateqoriyası üzrə 47,1 t. texniki aqat hesablanmışdır

17
BARİT
Barit neft sənayesində buruqların qazılması zamanı gilli məhlulların ağırlaşdırıcısı kimi geniş istifadə edilir. Kimya sənayesində barit ağ rəngin – litoponun, rəngli emalların, rənglərin, plastmassın, müxtəlif intektisidlərin (zəhərləyici maddələrin) istehsalında tətbiq olunur. Barit və viteritdən müxtəlif barium preparatları da alınır. Barit rentgen şüalanmasına qarşı yüksək qoruyucu qabiliyyətə malikdir. Onun iri və şəffaf kristalları isə pyezooptik xüsusiyyətlidir. Narın üyüdülmüş barit inert doldurucu kimi rezin, yüksək növ kağız və kardon istehsalında işlədilir.
Barit (ağır şpat) – barium sulfatı – BaSO4 tərkibində 65,7% BaO saxlayır. Baritin yüksək sıxlığa (4,2-4,7 q/sm3) malik olması onun sənayedə əsas istifadə sahəsini (ağırlaşdırıcı) müəyyən etmişdir. Mineralda izomorf qatışıq şəklində Ca, Sr, Pb və Ra iştirak edir. Təbii barit mineralında mexaniki qatışıqlar da rast gəlir. Barit iri və xırda dənəli aqreqatlar əmələ gətirir. Tək-tək hallarda onun iri şəffaf kristalları (pyezooptik barit) təsadüf edir.
Bariumun digər sənaye mineralı olan viterit – barium karbonatı – BaCo3 tərkibində 77,7% BaO saxlayır. Fiziki xüsusiyyətlərinə (sıxlığı 4,3-4,4 q/sm3) baritə yaxındır. Viterit üçün dənəli, şüst şəkilli, kürəyəoxşar və salxıma bənzər aqreqat formaları səciyyəvidir.
Kimyəvi xüsusiyyətlərinə gəldikdə, barit və viterit bir-birindən ciddi surətdə fərqlənir. Barit, demək olar ki, suda, zəif turşularda və üzvi birləşmələrdə həll olmur. Viteritə gəldikdə isə o, hətta zəif turşuların təsirindən belə asanlıqla parçalanır, suda isə baritə nisbətən yaxşı həll olur.
Mineraloji tərkiblərinə görə barit-viterit filizləri sadə və kompleks olurlar. Sırf viterit filizləri nadir hallarda rast gəlir, çox zaman o, bariti metasomatik yolla əvəz edərək filizlərdə bu mineralla yanaşı iştirak edir.
Sadə barit filizləri içərisində monomineral, kvars-barit, flüorit-barit, sulfid-barit və digər sənaye tipləri ayrılır. Kompleks filizlərdən qızıl-barit və barit-polimetal növləri daha əhəmiyyətlidir. Barit bu cür filizlərdən qızıl və polimetallarla yanaşı çıxarılır

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə