Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə7/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   10   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Amfibol-asbestlər xrizotil-asbestdən fərqli olaraq nadir və xırda yataqlar əmələ gətirir. Onların ən səciyyəvi xüsusiyyətlərindən biri turşulara qarşı davamlı olmalarıdır. Amfibol-asbestlərin daha əhəmiyyətli növləri krokidolit-, amozit-, antofillit-, rejikit- və rodusit-asbestdir.
Krokidolit –asbest göy rəngə malik olduğundan «göy asbest» də adlanır. O, alüminium saxlayan ribegitin lifli növüdür. Mexaniki davamlılığına görə xrizotil-asbestdən geri qalmır. İstiliyi və elektriki keçirmə xüsusiyyətləri xrizotil-asbestdəki kimidir. Liflərinin uzunluğu 1,5-30 mm arasındadır, bəzən 70 mm-ə çatır.
Dünya ehtiyatı və yataqları
Xrizotil-asbest ehtiyatının böyük bir hissəsi Ural yataqlarında, o cümlədən, Cənubi Uralda Qazaxıstan ərazisində (Cetıqarinskoye və s.) yerləşmişdir. Uralın şərq yamacında 180 km məsafəyə uzanan Alapayevsk-Bajenovsk asbest daşıyan ultraəsasi süxur qurşağı məlumdur.
Xırda asbest yataqları Şimali Qafqazda (Laba, Karaçayevsk), Kiçik Qafqazda (Göydərə – asbest, İpək, Dərə və b.) və digər yerlərdə məlumdur.
Xrizotil-asbestin ən böyük ehtiyatına Kanada, Zimbabve və ABŞ malikdirlər. Kanadada istehsal edilən xrizotil-asbest Rusiyanı çıxmaq şərtilə yerdə qalan ölkələrin çıxardığı asbest xammalının 70%-ni təşkil edir. Burada iri asbest yataqları Kvebek əyalətinin serpentinit qurşağında yerləşmişdir. Kanadada Ontario əyalətindəki Delaro-Taunşip, Britaniya Kolumbiyasındakı Keşiyer, Nyufaundlend əyalətindəki Baye-Verts yataqları da ölçüləri ilə fərqlənirlər.
Sənaye tip yataqları
Xrizotil-asbest yataqları fəzada və genetik cəhətdən serpentinitlərlə bağlıdırlar. Adətən bu süxurlar hiperbazitlərin hidrotermal işlənilməsi nəticəsində yaranırlar (şəkil 4, 5, 6, 7). Serpentinitlər içərisində tutduğu geoloji mövqedən asılı olaraq filiz kütlələri iki sənaye tip xrizotil-asbest yataqları əmələ gətirirlər: 1) kontakt-metasomatik, 2) plutonogen hidrotermal
Kiçik Qafqazın Azərbaycan hissəsində ultraəsasi süxur massivlərinin
asbestliliyi
Kiçik Qafqazda ultraəsasi süxur massivləri dərinlik qırılmaları boyunca ensiz zolaq şəklində 200 km-dən artıq məsafəyə uzanmışlar. Zolağın eni bir neçə yüz m-dən 15 km-ə, Tərtər çayı hövzəsində isə 25 km-ə çatır. Zolaq daxilində 140-a qədər massiv yerləşir, onların ölçüləri bir neçə yüz m2-dən 60 km2-ə qədərdir. Onlar müxtəlif ölçülü asbest yataqları və təzahürləri saxlayırlar.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə