FəNNİNİn predmeti



Yüklə 0,6 Mb.
səhifə11/23
tarix05.02.2018
ölçüsü0,6 Mb.
#25709
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

VEKTOR QRAFİKASI


Vektor qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. Bunları primitivlər adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin köməyi ilə müxtəlif təsvirlər yaradilır. Vektor- primitivlərin kombinasiyasından və müxtəlif rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur. Üçölçülü kompüter qrafikasında kub, kürə və s. kimi həcmli primitivlərdən istifadə edilir. Vektor primitivlər şərh vasitəsilə verilir. Məsələn:

•A nöqtəsindən B nöqtəsinə xətt çəkməli; •verilmiş düzbucaqlı daxilinə ellips çəkməli ifadələri sərh hesab edilir.

Kompüter üçün belə şərhlər əmrlərin köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun parametrləri verilir. WMF (Windows Metafile) vektor formatında yuxarıda qeyd edilən şərhlər üçün simvolik əmrlər aşağıdakı kimi yazılır:

MOVETOXl,X2 Cari mövqe XI, X2 koordinatları ilə müəyyən edilən nöqtədir.

LINETO X2, Y2 Cari mövqedən koordinatları X2, Y2 koordinatları ilə müəyyən edilən mövqeyə kimi xətt çəkməli

ELLIPSE X3,Y3,X4,Y4 Sol kənar küncü X3,Y3 sağ aşağı küncü X4,Y4


koordinatlarında yerləşən düzbucaqlıi daxilinə ellips çəkməli. Obyektin rəngi haqqında informasiya vektor əmr formasında şərhin tərkib hissəsi kimi, Rastr təsvirdə isə hər bir videopikselin rəngi haqda informasiya saxlanır.

Vektor əmrlər çıxış qurğusuna maksimal mumkun elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə etməklə obyekt qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün çıxış qurğusunda istifadə edilən elementlərin sayı nə qədər çox olarsa obyekt bir o qədər yaxşı görünər.



VEKTOR QRAFİKADA ƏMRLƏR ARDICILLIĞI


Vektop təsvirlər almaq üçün adətən vektor qrafikası redaktorlarindan (Adobe Illustrator, Macromedıa Freehand, CorelDRAW) istifadə edilir. Bu redaktorlar dizayn, texniki rəsm sahələrində, həmçinin qaydayasalma işlərinin yerinə yetirilməsində geniş tətbiq edilir. Vektor redaktorları istifadəçilərə təsvir yaratmaq üçün istifadə edilən əmrlər və alətlər təqdim edir. Təsvirin qurulması prosesində xüsusi proqram təminatı təsviri təşkil edən obyektlərə uyğun vektor əmrlər formalaşdırır. Əksər hallarda vektor redaktorı istifadəçiləri vektor əmrləri görmürlər. Lakin, vektor təsvirlərin şərhini bilmək vektor qrafikanın üstünlüklərini və nöqsanlarını anlamağa koməklik edir.

Vektor qrafikası faylına obyekt növlərindən biri kimi rastr təsvirlər də daxil ola bilər.Vektor qrafikası redaktorlarının əksəriyyəti rastr təsvirləri təkcə vektor illüstrasiyalara yerləşdirməyə, ölçüsünü və yerini dəyişdirməyə, döndərməyə, kəsməyə imkan versə də təsvirin ayrı-ayrı pikselləri ilə işləməyə imkan vermir. Məsələ ondadır ki, vektor təsvirlər ayrı-ayrı obyektlərdən ibarət olduğuna görə onlarla müxtəlif cür işiəmək mümkündür. Rastr təsvirlərlə belə rəftar etmək mümkün deyil. Ona görə ki, rastr grafikada bütövlükdə rastr fraqment obyekt hesab edilir. Lakin bir sıra vektor qrafikası redaktorlarında rastr təsvirlərə xüsusi effektlər (yuma, kəskinlik) tətbiq etmək olur. Belə effektlər qonşu piksellərin rənginin dəyişdirilməsi ilə alınır. Piksel təkcə rəng xassəsinə malik olur.


VEKTOR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ


l.Tərkibinə rastr obyektlər daxil olmayan vektor təsvirlər kompüterdə nisbətən çox da böyük olmayan yaddaş sahəsi tutur. Belə ki, min primitivdən ibarət olan vektor təsvir bir neçə yüz Kbayt-dan çox olmayan yaddaş sahəsinə yerləşir. Analoji rastr təsvir üçün isə 10 dəfədən 1000 dəfəyə qədər çox yaddaş sahəsi tələb edilir.

Aşağıdakı məsələni nəzərdən keçirək.

Tutaq ki, ekranın koordinat sistemində kvadratın şərhi aşağıdakı kimidir: RECTANGLE 1, 1, 200, 200, Red, Green

Burada (1, 1) - kvadratın yuxarı sol küncünün, (200, 200) - aşağı sağ küncünün koordinatları, Red - rənglə doldurulan sahənin, Green - konturun rəngidir.

Bir simvolun ikilik kodu bir bayta bərabər olduğuna görə belə şərh 30 bayt yaddaş tələb edir. 256 rənglə, sıxılmamış təsvir formasında həmin kvadrat üşün

200x200x8 = 320 000 (bit) və ya 320 000 : 8 = 40 000 (bayt) və ya 40 000 : 1024 = 39.6(Kb) yaddaş sahəsi tələb edilir.


Buradan aydın görünür ki, sıxılmamış rastr kvadratın şərhi üçün həmin kvadratın vektor şərhindən təqribən 1333 dəfə artıq (40000 : 30 = 1333.33) yaddaş sahəsi tələb edilir.

Beləliklə, vektor təsvirləri yerləşdirmək üçün nisbətən az yaddaş sahəsi tələb edilir. 2.Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək üçün onun

şərhini dəyişdirmək lazımdır.Məsələn, ellipsi böyütmək və ya kiçiltmək üçün onu məhdudlaşdıran düzbucaqlının yuxarı sol və aşağı sağ kuncünün koordinatlarının qiymətini dəyişdirmək kifayətdir. Koordinatlarınn qiyməti dəyişdiriləndən sonra qurulan (dəyişdirilən) obyekt üçün də maksimal mümkün sayda elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə ediləcək. Beləliklə, vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir.

Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses trassirovka adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan piksellər qrupunu tapır və ona uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda alınan nəticə üzərində işləmək lazım gəlir.


VEKTOR QRAFİKANIN ÇATIŞMAZLIQLARI


l.Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrəiər, ellipslər və digər sadə fiqurlardır. Ona görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların, diaqramların, qrafiklərin qurulması və eləcə də texniki illüstrasiyaların yaradılması üçün istifadə edilirdi. Kompüter texnologiyasının inkişafı ilə vəziyyət xeyli dəyişdi. Bu günkü vektor təsvirlər reallığa daha çox yaxındır. Lakin, vektor qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ ondadır ki, fotoqrafiya rənglərin və parlaqlıqların çox mürəkkəb bölündüyü mozaikadır. Belə mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.

2.Vektor təsvirlər onlarla, bəzən də minlərlə əmrlərin köməyi ilə şərh edilir. Çap prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu zaman elə ola bilər ki, təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli formada çap edilsin və ya umumiyyətlə çap edilməsin. Belə ^əziyyət ona görə baş verir ki, printerin özünəməxsus Drosessoru ona verilən əmrləri interpretasiya edir. Ona görə jə hər hansı sadə vektor təsviri çap etməklə printerin yerilmiş standarta uyğun olan vektor əmrləri yerinə yetirə Dilib-bilmədiyini yoxlamaq lazımdır. Hər şey normal olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri çap etmək olar. Əgər printer hər hansı primitivi tanımasa, təsviri başqa printerdə çap etmək lazımdır. Bəzən kağıza çap edilə bilmir.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə