Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə228/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

sosial  funksiyaların  ıpiml  edil-  nwsi, 

professional rolların qabul edilıtmi.

 

Adaptasiyanın məzmunu və səviyyəsi şəxsiyyətin sosial və 



peşə meyillərinin birirbirinə nə dərəcədə uyğun olmasından asılıdır. 

Qeyd etmək lazımdır ki, ali məktəbin müasir inkişaf səviyyəsində 

tələbələrin  peşəyə  adaptasiyası  ilə  onların  təhsilin,  mədəniyyətin, 

davranışın müxtəlif dəyərlərinə adaptasiyası vaxt etibarilə üst-üstə 

düşmür. Tələbənin peşə və ixtisasa müəyyən və davamlı münasibəti 

əsasən dördüncü kursda təşəkkül tapır. Halbuki ali məktəbin sosial 

mühitinə adaptasiya 

524. 



prosesi artıq ikinci kursda başa çatır. Ziddiyyətli situasiya yaranır. 

Bir  tərəfdən,  ali  məktəbə  qeyri-müəyyən  pc.şə  oriyentasiyasına 

malik  gənclər  daxil  olur.  Digər  tərəfdən,  ali  məktəbdə 

ixtisaslaşmanın  gec  başlanması  peşə  oriyenlasiyasın-  dakı 

qeyri-müəyyənliyin  daha  artıq  dərinləşməsinə  səbəb  olur.  Ali 

məktəb  həyatına  və  davranış  normalarına  adaptasiyanın  bu 

istiqaməti  müəyyən  peşəyə  uyğun  tələbə  deyil.  «iimu-  miyyətlə 

tələbə» formalaşdırır ki, bu da məqsədəuyğun deyil. 

Tədqiqatlar göstərir ki, hər beş tələbədən heç olmazsa, birini 

seçdiyi peşə-ixtisas qane etmir, baxmayaraq ki. onların ali məktəbə 

münasibətləri  müsbətdir.  Bunu  da  qeyd  elmək  lazımdır  ki,  yuxarı 

kurslara  qalxdıqca,  belə  tələbələrin  sayı  artır.  Yalnız  dördüncü 

kursda  istehsalat  praktikasının  keçirildiyi  müddətdə  tələbələr 

seçdikləri ixtisaslar haqqında dolğun təsəvvürlər əldə edirlər. 

Deməli, tələbənin peşəyə real adaptasiyası  yuxarı kurslarda 

baş  verir,  çünki  məhz  yuxarı  kurslarda  ixtisaslaşma  prosesi  və 

tələbələrin müxtəlif fəaliyyət növlərinin mərkəzi həlqəsinə çevrilir. 

Tələbələrin seçdikləri peşə və ixtisasa adaptasiya səviyyəsi demək 

olar ki, bütün hallarda, onların akademik müvəffəqiyyətilə üst-üstə 

düşür.  Adətən,  zəif  oxuyan  tələbələr  öz  ixtisasına  daha  az  maraq 

göstərir,  bununla  əlaqədar  olaraq  gələcək  fəaliyyət  planları  da 

qeyri-müəyyən olur. 

Tələbələrin  peşəyə,  ixtisasa  adaptasiyanın  bu  aşağı 

səviyyələri, ali məktəbə qəbul sisteminin nöqsanlarından irəli gəlir. 

Abituriyentlərin  80%-ə  qədəri  peşəyə  davamlı  surətdə  yönəlmiş 

olmurlar,  tələbələrin  qalan  hissəsinin  motivləri  isə  geniş  sosial 

məzmunu ilə səciyyələnir. Buradan belə bir nəticə çıxır ki, tələbənin 

ali  məktəb  həyatına  və  onun  dəyərlərinə  adaptasiyası  ümumi 

xarakter daşıyır, peşəyə adaptasiyası isə zəif təzahürə malik olur. 

Peşəyə,  ixtisasa  adaptasiyanın  aşağı  səviyyəsi  təbiidir  ki, 

tələbələrin  təhsil-tərbiyə  prosesinə  münasibətlərinə  də  mənfi  təsir 

göstərir.  Odur  ki,  ali  məktəbdə  formal  olaraq  özünə  peşə  seçmiş 

tələbələrlə xüsusi iş aparılmalıdır. 

Ali  məktəbdə  tələbələrin  peşə  oriyentasiyasının  inkişaf 

etdirilməsi yollarının, metodikalarının işlənib hazırlanması ali 

525 



məktəb  pedaqogikasının  aktual  problemlərindəndir.  Hələ  aşağı 

kurslarda fərdi və kütləvi tərbiyə işinin düzgün təşkili, tələbələrin 

yuxarı kurslarda ixtisas seçməsinə psixoloji hazırlığını təmin edir 

və peşəyə adaptasiya üçün əlverişli şərait yaradır. Ali məktəb aşağı 

kurslardan  başlayaraq  tələbələrdə  peşə  etikası,  qürur,  vəzifə  və 

məsuliyyət  hissi  tərbiyə  etmək  üçün  bütün  vasitələrdən  (iclaslar, 

mühazirələr, müsahibələr, mütəxəssislərlə  görüşlər,  gecələr və s.) 

kompleks halında istifadə etməlidir. Bunsuz ali məktəb mütəxəssis 

hazırlığında tam müvəffəqiyyət qazana bilməz. 

Tədqiqatlarda tələbələrin təlim və idrak prosesində fəaliyyət 

və  davranışının  üç  tipi  müəyyənləşdirilmişdir.  Bu.  tələbələrin  ali 

məktəb  həyatına  və  onun  mədəniyyətinə  adaptasiyasının 

səviyyəsini müəyyən etməyə imkan verir. 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə