Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə227/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

pozitiv, neqativ.

 

Mexanizminə görə sosial-psixoloji adaptasiyanın iki forması 



ayırd edilir; 

könüllü, nwcburi.

 

Sosial-psixoloji adaptasiya bir neçə mərhələdə cərəyan edən 



prosesdir: 

tanışlıq  nmiwhsi,  rol  adaptasiyası  nmlı^bsi, 

özünütəsdiqetmd mərhəbsi.

 

Sosial-psixoloji adaptasiya - konkret sosiallaşma prosesidir. 



Sosiallaşmanın məzmunu sosial təsirlər, siyasi proqramlar, kütləvi 

informasiya  vasitələri,  mədəniyyət,  davranış  normaları,  fərdin 

xüsusiyyətləri, şəxsiyyətə təsir edən mühit və sosial situasiyalarla 

müəyyən edilir. 

Adaptasiyanın  professional  adaptasiya  deyilən  xüsusi  bir 

forması  var  ki,  bu  zaman  insanın  yeni  fəaliyyət  növünə  alışması 

başa düşülür. Fəaliyyət  növü dəyişdikcə insan əmək qabiliyyətini 

və  daxili  mühitinin  müəyyən  sabitliyini  saxlaya  bilməlidir. 

Professional  adaptasiya  dəyişmiş  fəaliyyət  şəraitində  işin 

səmərəliliyini təmin etməyə kömək edir. 

Adaptasiya  qısamüddətli  və  uzunmüddətli  mexanizmləri 

özündə birləşdirən mürəkkəb prosesdir. Adaptasiya prosesi 

522

 



müəyyən  vaxt  tələb  edir.  İş  qabiliyyətinin  saxlanması  insan 

orqanizminin dəyişkən şəraitə adaptasiyası ilə sıx bağlı olur. 

Müasir  şəraitdə  professional  adaptasiya  insanların  birgə 

fəaliyyətini  təmin  edir,  fəaliyyət  üsulları  dəyişir,  əmək  şəraiti 

dinamik  xarakter  alır.  Bu  zaman  qrup  və  birliklərdə  birləşən 

şəxslərin  məqsədlərinin  yaxınlaşması,  onların  oriyentasiyası, 

qrupun rol strukturuna daxil olması, qrup normalarını, ənənələrini 

qrupun mədəniyyətini qəbul etməsi prosesi baş verir. 

Professional  adaptasiya  insanın  özündə  müvafiq  daxili 

dəyişikliklər etməsi bacarığından çox asılıdır. Təbiidir ki. insan bu 

halda  öz  arzu,  istək  və  maraqlarım  qrupla  uzlaşdırmalı,  ümumi 

məqsədlər uğrunda mübarizəyə qoşulmalıdır. 

Ali  təhsil  müəssisələrində  mütəxəssis  hazırlığı  gənclərin 

tələbəlik  həyatının  özünəməxsus  rollarına,  davranış  normalarına 

uyğun  fəaliyyət  növlərinə  qoşulması  prosesi  ilə  sıx  vəhdətdədir. 

Gəncərin  tələbəlik  həyatına  qoşulması,  başqa  sözlə,  adaptasiya 

prosesi  ali  məktəb  həyatının  (mikromühitin)  sosial  təcrübəsini  və 

fəaliyyət  formalarını  mənimsəmək,  ali  məktəb  həyatına 

«qaynayıb-qarışmaq» deməkdir. 

Adaptasiya  tələbə  şəxsiyyətinin  inkişafında  spesifik  bir 

mərhələ kimi xüsusi əhəmiyyətə malikdir. Çünki; 

 



məhz  adaptasiya  prosesində  tələbələrin  davranışını  elə 

istiqamətləndirmək  lazımdır  ki,  bu  istiqamət  onun  şəxsi  simasını 

müəyyən etsin və sonrakı inkişafını təmin etsin

 



adaptasiya  prosesində  tələbə  kollektivinin  sosial-psixoloji 

birlik kimi formalaşması təmin edilməlidir

 

adaptasiya  prosesi  tələbənin  yeni  sosial  funksiyaları,  yeni 



davranış normalarını mənimsəməsini təmin etməlidir. 

Bir halda ki, adaptasiya prosesi gəncin - tələbəlik həyatının 

normalarını, davranış və fəaliyyət formalarını, tələb və maraqlarını 

mənimsəməsini  və  «özününküləşdirməsini»  təmin  edir,  deməli, 



adaptasiya  prosesi  pUmlaı^dırılmah,  idara  olunmalı

  ra 


gedişim'} 

ndzarət edilməlidir.

 

Tələbənin  seçdiyi  peşəyə  yaradıcı  münasibəti  məhz 



adaptasiya  prosesində  formaşır.  Ali  məktəb  həyatının  müxtəlif 

sahələrinə adaptasiya tələbənin seçdiyi peşəyə də uygunlaş- 

523

 



masını  təmin  edir.  Tələbənin  gələcək  həyat  planlarını  seçdiyi 

peşə-ixtisasla  əlaqələndirməsi  onun  öz  professional  roluna 

alışınasının ən yaxşı göstəricisidir. 

Müşahidələr  göstərir  ki,  tələbə  gənclərin  çoxunun  gələcək 

həyatla  bağlı  planları  ali  məktəbdə  qazandıqları  professional 

kvalifikasiya  ilə  bağlı  olur.  Lakin  ali  məktəbə  daxil  olarkən, 

qarşısına  qoyduqları  peşə  məqsədlərilə  müəyyən  fakültədə  təhsil 

illərində meydana gələn planları biri-birinə uyğun gəlməyən, həyat 

mövqeləri qeyri-müəyyən olan, ali məktəbdə öyrədilən peşəyə və 

ixtisasa bağlı olmayan tələbələr də az deyil. İxtisaslaşma ilə bağlı bu 

vəziyyət  ali  məktəbi  bitirdikdən  sonra  iş  yeri  seçməkdə  də  öz 

ifadəsini  tapır.  Apardığımız  anket  sorğusunda  iştirak  edən 

tələbələrin  2\3  hissəsi  ali  məktəbdə  təhsili  başa  vurduqdan  sonra, 

aldıqları ixtisas üzrə işləməyi arzu edirlər. Tələbələrin böyük qismi 

isə digər motivləri əsas götürürlər: məsələn, şəhərdə qalmaq istəyi: 

dostlara və qohumlara yaxın olmaq cəhdi: şəhərin mədəni həyatının 

cazibədarlığı:  yüksək  əmək  haqqı  və  s.  Əlbəttə,  bu  amillər  bütün 

tələbələr üçün bu və ya digər dərəcədə əhəmiyyətlidir. Lakin bəzi 

tələbələr üçün onlar həlledici, digərləri üçünsə ikinci dərəcəlidir. 

Tələbələrin  seçdikləri  peşəyə  münasibətləri  göstərir  ki, 

adaptasiya prosesinin əsasında təkcə professional amillər deyil, həm 

də  yeni  sosial  mövqe,  status,  mənəvi  tələbatlar  və  digər  amillər 

durur. 

Tələbələrin ali məktəb həyatına adaptasiyası prosesində iki 

mərhələ  xüsusilə  fərqlənir: 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə