Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə230/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

kuratorluqdur.

  Təcrübə 

göstərir  ki,  akademik  tələbə  qrupunda  mühazirə,  yaxud  seminar 

məşğələləri  aparan  və  buna  görə  də  qrupun  tərkibinə,  qarşılıqlı 

münasibətlər  sisteminə,  maraqlarına  yaxşı  bələd  olan  müəllim 

kuratorluq etdikdə, orada tərbiyəvi effekt daha yüksək olur. Odur ki, 

akademik  qrupa  kurator  təyin  olunarkən  bu  cəhət  mütləq  nəzərə 

alınmalıdır. 

Aydındır ki, tələbə tərbiyə prosesinin fəal iştirakçısıdır. Odur 

ki, 


müəllim 

tələbə 


təşəbbüskarlığının, 

müstəqilliyinin, 

özfəaliyyətinin təşkilatçısı, təhrikedicisi kimi çıxış etməli, tərbiyəvi 

tədbirlərin  keçirilməsində  həlledici  rolu  onların  üzərinə  qoymağı 

bacarmalıdır.  Tərbiyə  işinin  məhz  bu  cür  qoyuluşu  tələbələrdə 

təşkilatçılıq bacarıqlarını və siyasi-ideoloji bilikləri inkişaf etdirir. 

Gənclərdə  müstəqillik  keyfiyyətləri  inkişaf  etdirmədən  onları 

cəmiyyətin  fəal  qurucusuna  çevirmək  olmaz.  Respublikamızın 

müasir  siyasi,  iqtisadi,  mənəvi-mədəni  həyatı  tələbə  gənclərin 

tərbiyəsi  işini  qüvvətləndirməyi  tələb  edir.  Bu  gün  tələbələri  elə 

tərbiyə  etməliyik  ki,  onlar  gələcəkdə  respublikamızın  quruculuq 

işlərində  aparıcı  qüvvə  ola  bilsinlər.  Dar  ixtisaslaşmanı 

təlimdənkənar  humanitar  hazırlıqla  əlaqələndirmək  lazımdır. 

Kifayət qədər mədəni mühit olmadan mükəmməl təhsil prosesi da 

yoxdur. Ali məktəbdə məhz belə bir sfera yaradılması tərbiyə işinin 

əsas məqsədi olmalıdır. Tərbiyə işini təşkil edərkən ali məktəbin bir 

sıra  özünəməxsus  xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Ali 

məktəblərdə  ixtisasların  çoxluğu  tərbiyə  prosesində  maraqların 

müxtəlifiiyini  nəzərə  almağı  çətinləşdirir.  Digər  tərəfdən, 

professor-müəllim heyətinin müxtəlif ixtisaslara malik adamlardan 

ibarət olması tələbələrin ən müxtəlif maraqlarını təmin etməyə real 

şərait yaradır. 

Tələbə kollektivi içərisində tərbiyə işi aparmaq müəllimdən 

dərin bilik, xüsusi hazırlıq tələb edir. Çünki o, ümum- təhsil almış, 

müəyyən  hazırlığa  və  həyat  təcrübəsinə  malik,  daim  inkişafda  və 

təkmilləşmədə  olan,  həyatı  başa  düşən,  təhlil  etməyi  və 

ümumiləşdirməyi  bacaran,  öz  fikri,  düşüncə  tərzi  olan  adamlarla 

işləyir. 

530 



Hər  bir  kursda  tərbiyə  işləri  özünəməxsus  şəkildə  həyata 

keçirilməlidir.  Bu  zaman  əsas  diqqət  birinci  kurslara 

yönəldilməlidir,  çünki  məhz  birinci  kursda  tələbənin  imkan  və 

qabiliyyətləri  müəyyənləşir,  onun  ixtisas  seçiminin  düzgün  olub- 

olmaması  bəlli  olur.  Məhz  birinci  kursda  məktəblinin  -  tələbəyə, 

«müstəqil şəxsiyyətə çevrilməsi» prosesi baş verir. Birinci kursda 

aparılacaq  tərbiyəvi  işlər  planlaşdırılarkən  və  reallaş-  dırıiarkən 

məhz  bu  xüsusiyyətlər  nəzərə  alınmalıdır.  Bu  məqsədlə  də 

tələbəliyə qəbul təntənəli surətdə qeyd olunmalı, ali məktəbin tarixi, 

ənənələri, muzeyləri haqqında birinci kurs tələbələrinə məlumatlar 

verilməli, məzunlarla görüşlər keçirilməlidir və s. 

Birinci kursda tərbiyə işinin ikinci mühüm vəzifəsi tələbələri 

ali  məktəbdə  təhsil  prosesinə  hazırlamaqdır.  Bu  məqsədlə  əqli 

əməyin  psixoloji  əsaslan,  əqli  əməyin  gigiyenası  və  elmi  təşkili 

(mühazirələrdə  qeydlər  götürülməsi,  seminar  və  praktik 

məşğələlərə  hazırlıq,  biblioqrafik  iş  və  s.)  haqqında  birinci  kurs 

tələbələrinə  mühazirələr  oxumaq  lazımdır.  Bütün  bunlar  birinci 

kurs tələbələrinin ali məktəbin təlim və ictimai həyat ritminə daha 

tez «qoşulmasım» təmin edir. 

Sonrakı  kurslarda  aparılan  tərbiyə  işləri  konkret  biliklərə 

daha  tez  yiyələnmək,  ixtisaslaşma,  peşə  maraqlarının  daha  artıq 

dərinləşdirilməsi, praktik fəaliyyətə hazırlıq və başqa bu kimi işlərlə 

əlaqəli olmalıdır. Ali məktəbdə təhsil və tərbiyənin, təlim və elmi 

işin, ideya və siyasi, əmək və estetik, fiziki tərbiyənin vəhdəti bir 

məqsədə  -  gələcək  fəal,  mədəni,  möhkəm  əqidəyə  malik 

mütəxəssislərin  tərbiyə  edilməsinə  yönəldilməlidir.  Buna  nail 

olmaq  üçün  müəllim  hər  bir  tələbəyə  uyğun  yanaşma  tərzi 

seçməlidir. Müəllimin hər bir tələbə ilə fərdi tərbiyəvi işi - tərbiyə 

prosesinin  effektivliliyinin  ən  mühüm  başlanğıcı,  ən  etibarlı 

əsasıdır. 

Tərbiyə  prosesində  hər  bir  tərbiyəvi  tədbirin  konkret 

vəzifələri müəyyənləşdirilməlidir. Əsas vəzifə - əməklə tərbiyədir, 

çünki, əməksiz insanın əsil və böyük səadətə qovuşması mümkün 

deyil.  Əməklə  tərbiyə  tələbəni  səmərəli  təlim  prosesinə,  fəal 

peşə-ixtisas  fəaliyyətinə  yönəldir.  Ali  məktəbə  daxil  olan 

abituriyentlər bəzən heç təlim əməyinə də alışmış olmur- 

531 



lar.  Odur  ki,  ali  məktəb  tələbələrinin  əmək  tərbiyəsini  ön  plana 

çəkmək,  onları  peşə-ixtisas  fəaliyyətinin  çətinliklərini  aradan 

qaldırmağa hazırlamaq lazımdır. 

Elm və texnika hansı vüsətlə inkişaf edirsə etsin, o, etikanı, 

əxlaq qanunlarını «geridə» qoya bilməz. Öz ixtisasının dərin bilicisi 

olan müəllim ümumi mənəvi durumları konkret situasiyalara tətbiq 

etməklə, tələbələrdə peşə etikasını inkişaf etdirməlidir. Peşə etikası 

mütəxəssisi öz vəzifə borcuna məsuliyyətlə yanaşmağa təhrik edir, 

vətəndaşlıq mövqeyini möhkəmləndirir. 

Müəllimin  -  tərbiyəçinin  qarşısında  duran  mühüm 

vəzifələrdən  biri  də  tələbənin  şüuruna  təsir  göstərməklə  onda 

əxlaqi-mənəvi durumu formalaşdırmaqdır. 

Tələbələrin  tərbiyəsi  işinin  müvəffəqiyyəti  ali  məktəb 

həyatına  xas  olan  mütərəqqi  ənənələrin  yaradılması  və  inkişaf 

etdirilməsi  ilə  bağlıdır.  Söz  yox  ki,  köhnə  ənənələri  bir  kənara 

«atmaq»  olmaz,  onları  möhkəmləndirməklə  yanaşı  daha  faydalı 

ənənələrə istinad etmək vacibdir. 

Tələbələrin 

hərbi-vətənpərvərlik 

ruhunda 


tərbiyəsi 

professor-müəllim  heyətinin  fəal  təsiri  olmadan  mümkün  deyil. 

Müasir  dövrün  informasiya  bolluğu  içərisində  məhz  yüksək 

kvalifikasiya  daşıyıcısı  olan  müəllimlər  müvafiq  tərbiyə  yollarını 

seçə bilir; bir halda tələbəyə xarici ölkəyə səfərindən sonra həmin 

ölkənin  təhsil  sistemindən  danışır,  başqa  halda  ədəbiyyat  və 

incəsənət sahəsindəki müasir konsepsiyalardan söhbət açır, üçüncü 

halda hansısa bir əsəri oxumağı və sonra birlikdə müzakirə etməyi 

tövsiyə edir və s. Ali məktəbdə rektor da, prorektorlar da, müəllim 

və  professor  heyəti  də  özlərinin  fəaliyyətləri,  davranışları, 

nümunələri ilə tələbəyə tərbiyəvi təsir göstərir. 

Müəllimlə  tələbənin  birgə  elmi  fəaliyyəti,  elmi  ideyaların 

müzakirəsi, tələbələrin kafedra və laboratoriyaların elmi işlərində, 

elmi  seminarlarda,  konfranslarda,  simpoziumlarda  iştirakı,  tələbə 

elmi işlərinin çap edilməsi, müsabiqələr, baxışlar, elmi problemlər 

üzrə klublar, mütəxəssislərin diskussiyaları, elmi problemlərə həsr 

olunmuş  gecələr,  tədqiqatçıların  elmi  ezamiyyətləri  haqqında 

söhbətləri,  elmin  gələcəyi,  proqnozları  və  sosial  əhəmiyyəti 

haqqında mühazirələr elmi fəaliyyətin 

532 



mürəklcob  və  çoxcəhətli  formaları  olub,  tələbəni  təkcə  mürəkkəb 

elmi  fəaliyyətə  deyil,  həm  də  ümumiyyətlə  əmək  həyalına 

hazırlayır, estetik cəhətdən tərbiyə edir. 

Tələbələrin  nümayəndələrinin  Elmi  Şuranın,  elmi 

tədqiqatçılıq  qruplarının  tərkibinə  daxil  edilməsi,  professor- 

dosent-aspirant-magistr-bakalavr 

əməkdaşlığının 

yaradılması 

böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Elmin  tarixinə,  elmi 

problemlərin  fəlsəfi,  metodoloji  əsaslarına  həsr  olunmuş 

mühazirələr  tələbələrə  çox  qüvvətli  tərbiyəvi  təsir  göstərir.  Bir 

sözlə, ali məktəb həyatının təlim, elmi, tərbiyəvi sferaları biri- birilə 

sıx əlaqədə fəaliyyət göstərməlidir. 

Ali  məktəbdə  daha  ox  tətbiq  olunan  mühazirə  tələbənin 

şüuruna  bilavasitə  təsir  edən,  elmə,  mədəniyyətə,  ədəbiyyata, 

incəsənətə,  peşəyə  maraq  oyadan,  yüksək  insani  hisslər  aşılayan 

özünəməxsus  tərbiyə  metodudur,  gələcək  mütəxəssisi  həyata  - 

praktik fəaliyyətə hazırlayan tərbiyə formasıdır. 

Sübut  etmək,  əsaslandırmaq,  informasiya  bolluğuna  malik 

olmaq,  elmi  tədqiqatları  yekunlaşdırmaq,  elmin  perspektivlərini 

görə  bilmək  bacarığı,  elmi  problemlərə  şəxsi  yanaşma  tərzi 

müəllimi  tələbə  üçün  elə  qüvvətli  tərbiyə  amilinə  çevirir  ki,  ona 

ekvivalent  olan  digər  vasitə  tapmaq  çətindir.  Bu  cür  mühazirə 

tələbədə yeni biliklərə həvəs oyadan çox qüvvətli stimuldur. 

Ali  məktəb  müəllimləri  bəzən  tələbənin  özünütəhsilinin 

təşkilinə kifayət qədər diqqət yetirmirlər. Halbuki öz tələbələrinin 

arzu  və  istəklərinə  yaxşı  bələd  olan  hər  bir  müəllim  tələbəni 

özünütəhsilə cəlb edə bilər, ona özünütəhsilin sistemini, texnikasını 

öyrədə bilər. 

Ali  məktəbdə  düzgün  təşkil  olunan  məsləhətlər  və  kol- 

lekviumlar da böyük tərbiyəvi əhəmiyyətə malikdir. Məsləhətlər və 

kollekvİumlar bütün  digər forma və metodlara nisbətən tələbə ilə 

daha  artıq  və  daha  yüksək  səviyyədə  əlaqələr  yaratmağa  imkan 

verir. 


Tələbə  özfəaliyyətinin,  bədii  yaradıcılıq,  siyasi  təbliğat, 

tələbə  klubları  kimi  iş  formalarının  da  tərbiyəvi  imkanları  çox 

böyükdür  və  müəllim  bu  imkanlardan  istifadə  etməlidir.  Fəlsəfi 

dialoqlar,  gənc  mühazirəçilər  məktəbi,  «dəyirmi  stol»  ətrafında 

söhbətlər, ədəbi diskussiyalar, peşə klubları, təbliğat 

533


 


və təşviqat işləri müəllimin tərbiyə məqsədilə istifadə edə biləcəyi iş 

formalarıdır. 

Ali məktəb muzeylərlə müntəzəm əlaqə saxlamalı və habelə 

özünün  muzeylərini  yaratmalıdır.  Hər  bir  ali  məktəb  özünün 

yaranma və inkişaf tarixini əks etdirən sənədli film çək- dirçali, ali 

məktəbin həyatını əks etdirən qəzet və jurnal buraxmalıdır ki, bütün 

bunlar böyük tərbiyəvi təsirə malikdirlər. 

Müasir  şəraitdə  cəmiyyət  qarşısında  duran  quruculuq 

vəzifələri  ali  məktəbdə  yeni  tərbiyə  vasitələrinin,  forma  və 

metodlarının  müəyyənləşdirilməsini  və  daha  artıq  təkmilləşdiril- 

məsini aktuallaşdırir. 

Pedaqoji  peşə  özündə  əbədi  gəncliyin  sirlərini  saxlayır. 

Nəsillər  biri-birini  əvəz  etsə  də,  müəllimlər  həmişə  gənclərin 

əhatəsində  olur.  Buna  görə  gənclərin  tərbiyəsi  onların  ən  ümdə 

vəzifələri olmalıdır. 

ƏSAS MÜDDƏALAR 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə