Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə231/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Tdbbəlik  dövrü  i/mımn  sosicdla^ması  prosesinin  son  d,-)- 

ı\7cə  miilıüm  msrhdhsi  olub,  ali  təhsil  sistemində  müəyyən  sosial 

faktorların  təsiri  altında  ictimai  təcrübənin  mənimsənilməsi 

prosesidir.

 

Tələbə daxil olduğu ali məktəbin, üzvü olduğu akademik 



qrupun norma və tələblərini qəbul edir, onları öz dəyərlərinə çevirir. 

Bəşəriyyətin  tarixən  yaratmış  olduğu  təcrübəni  (bilik,  bacarıq  və 

vərdişlər  sistemi,  münasibətlər  sistemi,  yaradıcılıq  təcrübəsi) 

mənimsəyir. 

Sosiallaşma  prosesində  tələbə  ictimai  təcrübəni,  sosial 

normaları, sosial rolları, fəaliyyətin yeni növlərini, ünsiyyətin yeni 

formalarını  mənimsəyir.  Tələbəlik  dövründə  sosiallaşma  bir  çox 

mexanizmlərin  vəhdətdə fəaliyyəti prosesində baş verir:  tələbənin 

öz  sosial  rolunu  mənimsəməsi;  «peşəkar  mü-  təxəssis»  rolunun 

mənimsənilməsinə  hazırlıq;  təlqin  və  təqlid,  professor-müəllim 

heyətinin  tələbə  qruplarına  və  ayrı-ayrı  fərdlərə  sosial  təsiri, 

konformizm  və  digər  mexanizmlər  qarşılıqlı  əlaqədə  və  qarşılıqlı 

təsirdə fəaliyyət göstərərək, tələbənin şəxsiyyət və mütəxəssis kimi 

inkişafını təmin edir. 

Ali  təhsil  tələbə  şəxsiyyətinə  qüvvətli  və  həlledici  surətdə 

təsir göstərən faktordur. Ali təhsil sistemində sosializasiya 

534

 



prosesi  tələbə  və  müəllimlərin  məqsədəuyğun  fəaliyyəti,  pedaqoji 

ünsiyyəti, əməkdaşlığı prosesində baş verir. 

Tələbələrin 

sosializasiyası 

prosesinə 

müəllimin 

məqsədəuyğun  tərbiyəvi  təsiri  lazımdırmı?  Əgər  biz  tələbənin 

tərbiyəsi  prosesini  ali  təhsil  prosesində  şəxsiyyətin  özünütəhsil, 

özünü-  tərbiyə,  özünüinkişaf  və  özünütəkmilləşdirmək  üçün 

optimal şəraitin yaradılması kimi qəbul etsək, onda cavab birmənalı 

olacaq: bəli, lazımdır. 

Müəllimin  tələbə  şəxsiyyətinə  təsirinin  effektivliyini  təmin 

etmək üçün nə lazımdır? 

Birincisi,

  ali  məktəbdə  hər  bir  müəllimin  tərbiyə  prosesini 

düzgün layihələşdirməsi. 

İkincisi,

  tələbələrin  təhsil,  təlim  və  tərbiyəsinin  vəhdətinin 

təmin edilməsi. 

üçüncüsü,

  ali  məktəbdə  təlim-tərbiyə  işinin  dövrün 

tələblərinə  və  prioritetlərinə  uyğun  istiqamətlərinin  dəqiq 

müəyyənləşdirilməsi. 



Dördüncüsü,

  tələbənin  ali  məktəb  həyatına  adaptasiyasını 

asanlaşdıran  və  intensivləşdirən  mexanizmlərin  birgə  təmin 

edilməsi. 



Beşincisi,

  hər  bir  ali  məktəb  müəlliminin  özünün  tərbiyəvi 

funksiyalarını  təhsilləndirici  və  inkişafetdirici  funksiyaları  ilə 

vəhdətdə həyata keçirməsi. 



Altıncısı,

 hər bir tələbədə özünün peşə yararlıhğına inamının 

gücləndirilməsi,  ali  təhsilin  tədris  planına  daxil  edilən  bütün 

fənlərin dərindən öyrənilməsinin təminatçısı olması. 



Yeddincisi,

  tələbədə  tanınmış  mütəxəssislərin  fəaliyyətini 

izləmək və həmin təcrübəni mənimsəmək cəhdinin yaradılması. 

Səkkizinci,

  tələbədə  özünütərbiyə  prosesini  ümumi  işin 

xeyrinə yönəltmək bacarığı formalaşdırılması. 

Doqquzuncu,

  ali  təhsil  müəssisələrində  tərbiyə  prosesinin 

«lələbə  birliyi-müəllim  kollektivi»;  «müəllim-tələbə»;  «tələbə- 

tələbə» sistemində reallaşdırılması. 



Onuncu,

 tələbə şəxsiyyətinin tərbiyəsində professor-müəllim 

heyətinin, xüsusən də kuratorun rolunu artırmaq. 

Akademik  qrupda  kuratorun  Özünəməxsus  mövqeyi  var. 

Kurator rəhbər kimi tələbələrlə çox vaxt keçirdiyindən 

535


 


tələbə  kollektivinin  üzvünə  çevrilir.  Digər  tərəfdən,  tələbə  qrupu 

kuratordan  asılı  olmayaraq,  yaşayır  və  inkişaf  edir,  öz  liderlərini 

irəli sürür. Həyat təcrübəsi, sosial status, yaş fərqi kuratora tələbə 

qrupunun «tam hüquqlu üzvü» olmasına imkan vermir. 

Akademik  qrup  sosial-psixoloji  orqanizmdir  və  ona  fərdi 

surətdə  yanaşmaq  lazımdır.  Yalnız  bu  halda  möhkəm  tələbə 

kollektivi formalaşdırmaq, onun hər bir üzvü üçün optimal inkişaf 

mühiti  yaratmaq,  özünütərbiyəsi  üçün  əlverişli  «iqlim  şəraiti» 

proqnozlaşdırmaq mümkündür. 

Ali rrləktəbdə tərbiyə prosesinin mahiyyətini nə təşkil edir? 



<3> Ali məktəbdə təlim və tərbiyə proseslərinin vəhdəti nccə ləmin olunur? 

^ Adaptasiya nə deməkdir, növləri, mərhələləri hansılardır? 

Tələbələrin  ali  məktəb  həyatına  adaptasiyasına  mane  olan  əsas  amillər 

hansılardır və onları necə aradan qaldırmaq olar? 



<2> Ali məktəb müəlliminin tərbiyəçi kimi funksiyaları hansılardır? 

^

 Ali məktəb 

müəlliminin tərbiyəçi kimi keyfiyyətlərini müəyyənləşdir. 

Təhsilin bakalavr pilləsində adaptasiya prosesi ilə magistratu- radakı adaptasiya 

proseslərini  müqayisə  et,  adaptasiya  prosesini  asanlaşdırmaq  və 

intensivləşdirmək məqsədilə tövsiyələrini ver. 







ÜJ

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə