Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

 
197 
rahmətullahi aleyhi 
 
Əbu  Abdullah  Muhəmməd  İbn  Saleh  İbn  Muhəmməd  İbn 
Useymin  əl-Muqbil  əl-Vuheybi  ət-Təmimi.  H.  1347-ci  il  Ramazan 
ayının 27 Qasım bölgəsi şəhərlərindən biri olan Uneyzə şəhərində 
dinə  bağlı  olan  bir  ailədə  dünyaya  gəlmişdir.  Müəllimlərindən 
böyük təfsir və fiqh alimi Şeyx AbdurRahman İbn Nasir əs-Sədidir 
–  rahmətullahi  aleyhi  -.  1372-ci  ildə  Riyada  gələrək  burada  Seyx 
AbdulAziz  İbn  Bazzdan  – rahmətullahi aleyhi - dərslər  alır.  Bundan 
sonra  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  Uneyzə  İnistutunda 
müəllim  vəzifəsində  çalışır.  Müəllimi  AbdurRahman  əs-Sədini  H. 
1376-cı  ildə  dünyasını  dəyişdikdən  sonra  Uneyzədə  69  yaşında 
Məscid  imamı  seçilir.  Müəlliminin  keçdiyi  dərsləri  davam  edir. 
Uneyzə  İnistutunda  dərs  verməklə  yanaşı  Muhəmməd  əs-Suud 
tərəfindən  İslam  Universitetinin  şəriət  hüquq,  Usulu  din 
fakultələrinə  müəllim  təyin  edilir.  Bir  zövcəsindən  5  oğlu,  3  qızı 
vardır.  15.10.1421-ci  ildə  Ciddədə  müalicə  aldığı  Kral  Feysəl 
xəstəxanasında  dünyasını  dəyişir.  Səhəri  isə  Kəbədə  miliyonlarla 
onu  sevən  insanlar  tərəfində  cənazəsi  qılınır  və  sevdiyi  müəllimi 
Məkkədə Abduaziz İbn Bazzın  – rahmətullahi aleyhi - yanında dəfn 
edilir. Allah hər ikisinə də rəhmət etsin.  
 
Sələf İmamlarının Quran Və Sünnə Barəsində 
Olan Sözləri 
 
1.  Əbu  Bəkr  əs-Siddiq  -  radıyallahu  anhu  –  deyir  ki:  «Sünnə 
Allahın sağlam ipidir. Onu tərk edən adam özü ilə Allah arasındakı 
ipi qoparır»
265
.  
 
2.  İbn  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Sünnəni  tərk  edən 
kafir olur»
266
.  
                                                
265
 İbn Batta «Şərhu əl-İbanə»s 120. 


 
198 
 
3.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Allah  qullarının 
qəlblərinə baxdı. Muhəmmədin – sallallahu aleyhi və səlləm – qəlbini 
qullarının qəlbləri  arasında  ən  xeyirli  qəlb olduğunu gördü.  Buna 
görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə 
göndərdi.  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  in  qəlbindən 
sonra  yenə  də  qullarının  qəlblərinə  baxdı,  onun  səhabələrinin 
qəlblərini  qullarının  qəlbləri  arasında  ən  xeyirli  qəlblər  olduğunu 
gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşacaq 
yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir 
şey  Allah  dərgahında  da  gözəldir, pis  gördükləri  bir  şey  də  Allah 
dərgahında da pisdir»
267
.  
 
4.  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Qurani  Kərimin 
mütəşabihləri  ilə  sizlərlə  mübahisə  edəcək  bir  qrup  kimsələr 
gələcəkdir. Siz də onları sünnətlərlə susdurun. Çünki sünnətə tabe 
olan kimsələr Allahın Kitabını ən gözəl bilən kimsələrdir»
268
.  
 
5.  İbn  Ömər  - radıyallahu anhu  –  deyir  ki:  «Sizlərdən  hər  kimsə 
birinin  sünnətini  (yolunu)  izləmək  istəyərsə,  ölmüş  olanların 
(sünnətini) yolunu izləsin. Bunlar da Muhəmməd – sallallahu aleyhi 
və  səlləm  –  in  səhabələridir.  Onlar  bu  ümmətin  xeyirliləri  idilər. 
Qəlbləri  ən  yaxşı,  elmləri  ən  dərin,  əbəs  yerə  özlərinə  zülm 
etməkdən ən uzaq olan kimsələr idilər. Allah onları Peyğəmbərinə 
yoldaşlıq  etməyə,  dinini  (daşımaq)  başqalarına  çatdırmaq  üçün 
seçdi.  Buna  görə  də  sizlər  də  onların  əxlaqı  ilə  əxlaqlanmaya  və 
onların  getdikləri  yolla  getməyə  çalışın.  Onlar  Muhəmməd  – 
sallallahu aleyhi və səlləm – in səhabələridirlər. Onlar Kəbənin Rəbbi 
olan Allaha and olsun ki, doğru yolda idilər»
269
.  
                                                                                                           
266
 İbn Batta «Şərhu əl-İbanə». 
267
 İmam Əhməd «Musnəd» 1/379, Əhməd Şakir səhih. 
268
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «əl-İbanə».  
269
 Əbu Nuaym «əl-Hilyə» 1/305. 


 
199 
 
6. Xuzeyfə İbn Yəmən - radıyallahu anhu – deyir ki: «Peyğəmbər 
– sallallahu aleyhi və səlləm –  in  səhabələrinin  ibadət  deyə  etmədiyi 
heç  bir  şeyi  siz  də  ibadət  deyə  etməyin.  Çünki  əvvəl  gələn,  sonra 
gələnə  söyləyəcək  bir  söz  buraxmamışdır.  Ey  Alimlər  topluluğu! 
Allahdan qorxun. Sizdən əvvəlkilərin izlədiyi yolu tutun»
270
.  
 
7.  İbn  Ömər  - radıyallahu anhu –  deyir  ki:  «İnsanlar  əvvəlkilərin 
izlədikləri  (yolu)  izlədikcə  doğru  yolla  getməyə  davam 
edəcəklər»
271
.  
 
8. Əbu Dərda - radıyallahu anhu – deyir ki: «Sən əvvəlkilərin izini 
(yolunu) izlədiyin müddətdə əsla azmazsan»
272
.  
 
9.  İbn Abbas  - radıyallahu anhu –  deyir  ki:  «Sünnət əhli olan  bir 
kimsəyə baxmaq, sünnətə dəvət edər, bidəti isə qadağan edər»
273
.  
 
10.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Bizə  Uca  Allahın 
Kitabından və ya  Allahın  elçisinin sünnəsi  ilə  bağlı  bildiyimiz  hər 
hansı bir məsələ haqqında soruşsanız biz onu sizə çatdırarıq. Lakin 
sizin sonradan uydurduğunuz şeylərə biz cavab vermirik»
274
.  
 
11. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah hər 
bidət  sahibinin  tövbəsini  o,  bidətini  tərk  edincəyə  qədər  pərdə  ilə 
əngələmişdir»
275

 
                                                
270
 İbn Batta «əl-İbanə». 
271
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».  
272
 İbn Batta «əl-İbanə». 
273
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
274
 Darimi 1/46. 
275
 əl-Albani «Səhih Tərğib vət Tərhib» 1/26 hədis 52. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə