Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

 
200 
12.  Əbu  İdris  əl-Həvlani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir 
ümmət dində bir bir bidət ortaya çıxarsa mütləq Allah bu səbəbdən 
onlardan bir sünnəni götürər»
276

 
13. Ubeyy İbn Kəb - radıyallahu anhu – deyir ki: «Sizə o, yola və 
sünnəyə möhkəm sarılmağınızı tövsiyə edirəm. Çünki kim o, yolda 
və  sünnədə  olarsa  Rəhmanı  xatırladığı  vaxt  Onun  qorxusundan 
gözləri yaşla dolarsa həmin adama Allah əzab verməz»
277
.  
 
14.  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Rəy  əhli  (Kitab  və 
Sünnəyə  əsaslanmayaraq  öz  rəyləri  ilə  hökm  edənlər)  sünnəyə 
müxalif  olanlardır.  Hədisləri  yadda  saxlamaq  onlara  çətin 
gəlmişdir.  Onlar  hədisləri  tərk  etdiklərinə  görə  onları  yadda 
saxlaya  bilməmişlər.  Bunun  nəticəsində  öz  fikirlərinə  əsaslanaraq 
öz  ağıllarına  uyğun  söz  söyləmişlər.  Bununla  da  həm  özləri 
azmışlar həm də başqalarını azdırmışlar»
278

 
15.  Əli  -  radıyallahu  anhu  –  deyir  ki:  «Nəfsin  istəyi  sünnəyə 
müxalif olanın qənaətinə görə haqdır»
279

 
16.  İbn  Məsud,  Ubey  İbn  Kəb  - radıyallahu anhum  –  deyirlər  ki: 
«Sünnədə  iqtisad,  bidətlərdə  ictihad  etməkdən  xeyirlidir  (yəni:  az 
da  olsa  sünnə  ilə  əməl  etmək  çox  bidətlə  əməl  etməkdən 
xeyirlidir)
280

 
17.  İbn  Məsud  - radıyallahu anhu –  deyir  ki:  «Siz (sünnəyə) tabe 
olun. Bidət ortaya çıxarmağa çalışmayın. Çünki sünnə sizə kifayət 
edər, bidətə ehtiyac yoxdur»
281

                                                
276
 İbn Vaddah «əl-Bidə» səh 36. 
277
 Əbu Nueym «Hiylə» 1/352-353, əl-Lələkai 1/54. 
278
 İbn Batta «Şərhu əl-İbanə» səh 121, İbn Həcər «Fəthul Bəri» 13/289, Laləkai 1/123. 
279
 İbn Batta «Şərhu əl-İbanə» səh 122. 
280
 Darimi 1/72, əl-Bəğavi «Şərhu Sünnə» 1/208, Həkim «Mustədrək» 1/103. 
281
 Darimi 1/69. 


 
201 
 
18.  İbn  Abbas  -  radıyallahu  anhu  –  deyir  ki:  «Bir  il  keçməmiş 
insanlar  bidəti  ortaya  çıxarmağa  və  sünnəni  məhv  etməyə 
başladılar.  Nəhayət  bidətlər  yayılmağa,  sünnə  isə  tərk  olunmağa 
başladı»
282

 
19.  Əbu  Zərr  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –
sallallahu  aleyhi  və  səlləm  –  bizə  üç  şeyi  tərk  etməməyi  əmr  etdi: 
«Yaxşılığı  əmr  edib  pislikdən  çəkindirmək  və  insanlara  sünnəni 
öyrətməyi»
283

 
20.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Cəmaat  Allaha 
itaətə uyğun gələn şey deməkdir, sən tək qalsan da belə»
284

 
21. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Biz hədis əhli 
deyərkən  sadəcə  onu  duyan,  yazan  və  rəvayət  edənləri  deyil, 
hədisi  qorumağa  çalışan,  onun  bilgisinə  sahib  olmağa,  zahirdə  və 
batində  onu  anlamağa  və  ona  haqqıyla  uymağa  çalışanları  qəsd 
edirik»
285
.  
 
22.  İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki:  «Cəmaatın 
içində xoşlanmadığınız bir şey şübhəsiz ayrılıq halında sevdiyiniz 
bir şeydən xeyirlidir»
286

 
23.  Usamə  İbn  Şərik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allahın  əli 
cəmaatın üzərindədir»
287

 
                                                
282
 İbn Vaddah «əl-Bidə» səh 38. 
283
 Darimi 1/136. 
284
 Lələkai 1/109. 
285
 Fətava 4/91-95.  
286
 Laləkai 1/108, əş-Şatibi «əl-İtisam» 2/261. 
287
 İbn Əbu Asim «əs-Sünnə» 1/40, əl-Albani səhih. 


 
202 
24.  İbn Abbas  - radıyallahu anhu –  rəvayət  edir  ki,  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allahın  əli  cəmaatla 
birlikdədir»
288

 
25.  İbn Abbas  - radıyallahu anhu –  rəvayət  edir  ki,  Peyğəmbər  
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kim  əmrindən  xoşuna 
gəlməyən  bir  şey  görərsə,  ona  səbr  etsin.  Çünki  şübhə  yoxdur  ki, 
cəmaatdan  bircə  qarış  ayrılandan  sonra  ölən  kimsə  mütləq 
cahiliyyə ölümü ilə ölər»
289

 
26.  Zeyd  İbn  Sabit  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 
Peyğəmbər  –sallallahu aleyhi və səlləm –  buyurdu:  «Üç  xislət  vardır 
ki,  heç  bir  müsəlmanın  qəlbi  bunları  yerinə  yetirərkən  qüsur 
göstərməz:  «Əməli  səmimi  olaraq  Allah  üçün  etmək,  idarəçilərə 
nəsihət etmək və cəmaata bağlı qalmaq…»
290

 
27.  Ömər  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Bir  yerdə  yemək  yeyin  və 
dağılmayın.  Çünki  şübhə  yoxdur 
ki, 
bərəkət  cəmaatla 
birlikdədir»
291

 
28.  İbn  Abbas  -  radıyallahu  anhu  –  deyir  ki:  «Kim  uydurma 
adlardan  birini  qəbul  edərsə,  həmin  adam  İslam  boyunbağısını 
boynundan çıxarmış sayılır»
292

 
29.  Bir  nəfər  bayram  günü  qəbristanlığda  bayram  namazından 
əvvəl  namaz  qılmaq  istədi.  Əli  -  radıyallahu  anhu  –  isə  ona  mane 
oldu.  Adam:  «Ey  möminlərin  əmri!  Mən  bilirəm  ki,  Allah  namaz 
qılmaqdan ötrü əzab etməyəcəkdir. Əli: «Mən də bilirəm ki, Allah, 
                                                
288
 Tirmizi «Sünnən» 7/2166 həsən-qərib. 
289
 Buxari, Müslim. 
290
 İbn Əbu Asim «əs-Sünnə» 1/45, əl-Albani səhih. 
291
 İbn Məcə 3287, 2/1093,1094, əl-Albani «Səhih əl-Cəmi» 4/168. 
292
 İbn Batta «Şərhu əl-İbanə» səh 137. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə