Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

 
203 
Allahın  Rəsulu  bir  işi  etmədikcə,  yaxud  da  o,  işin  edilməsi  üçün 
təşviq  etmədikcə  edənə  savab  verilmir.  Bu  durumda  sənin 
qılacağın namaz əbəs bir iş olmuş olur. Əbəs iş etmək də haramdır. 
Bəlkə  də  Uca  Allah  Peyğəmbərə  müxalif  olduğun  üçün  bu  əbəs 
işdən ötrü səni cəzalandırsın»
293

 
30.  Ummu  Dərda  -  radıyallahu  anhə  –  deyir  ki,  bir  gün  Əbu 
Dərda - radıyallahu anhu – qəzəbli halda mənim yanıma girdi. Mən: 
«Sənə nə olub ki, belə qəzəblisən?» dedim. O: «Allaha and olsun ki, 
mən bilmirəm bu insanlarda cəmaat namazına yığılmaqdan başqa 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nə qalıb»
294

 
31.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Sonradan  ortaya 
çıxan bidətlərdən özünüzü qoruyunuz. Çünki din qəlbdən heç bir 
zaman bir dəfəyə silinməz. Lakin şeytan sizlər üçün qəlbdən imanı 
büstbütün silənə qədər bidətlər ortaya qoyar». 
 
32.  İbn Abbas  - radıyallahu anhu –  deyir  ki:  «Bidət  əhli olanlarla 
oturub  qalxma,  çünki  onlarla  oturub  qalxmaq  qəlbləri  xəstə 
edər»
295

 
33.  Muaz  İbn  Cəbəl  -  radıyallahu  anhu  –  deyir  ki:  «Ey  insanlar! 
Elm  qaldırılmadan  əvvəl  elm  öyrənməyə  çalışın.  Onu  da  bilin  ki, 
elmin  qaldırılması  elm  əhli  olan  kimsələrin  getməsidir. 
Bidətlərdən,  bidət  ortaya  qoymaqdan  çəkinin.  Həddi  aşmaqdan 
çəkinin, siz öz halınıza baxın»
296

 
34.  İbn  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Hər  bir  bidət 
sapıqlıqdır. İstərsə insanlar onu gözəl görsünlər»
297

                                                
293
 «Məcmuul Bəhreyn». 
294
 Buxari. 
295
 Lələkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 
296
 İbn Vaddah «əl-Bidə». 
297
 Laləkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 


 
204 
 
35. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bidət 
etsə və ya bidətçini gizlətsə onu Allah, mələkləri və bütün insanlar 
lənətləyəcəklər»
298
.  
 
36. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı 
(xufun)  alt  tərəfinin  məst  edilməsi,  üst  tərəfin  məst  edilməsindən 
daha  uyğun  olardı.  Lakin  mən  Peyğəmbər  –  sallallahu  aleyhi  və 
səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»
299

 
37.  Abdullah  İbn  Ömər  -  radıyallahu  anhu  –  ya  bir  məsələ 
haqqında sual verib sonra da atan (Ömər) bunu qadağan etmişdir 
deyən  bir  kimsəyə  belə  cavab  vermişdir:  «Peyğəmbər  –  sallallahu 
aleyhi  və səlləm  –  in  əmrinə  uymaq  daha  uyğundur,  yoxsa  atamın 
əmrinə?»
300

 
38.  Abdullah  İbn  Ömər  - radıyallahu anhu –  səhabələr içərisində 
sünnətə çox  bağlı  bir  kimsə  idi.  Bir  nəfər asqırıb:  «Əlhəmdulilləhi 
Vəs  Salətu  Vəs  Saləmu  Alə  Rəsulullah»  dedikdə  İbn  Öəmr: 
«Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  bizə  belə  öyrətdi.  Sizdən 
biri  asqıranda  “Əlhəmdulilləhi  Alə  Kulli  Hal”  desin.  Peyğəmbərə 
salət və salam gətirsin demədi»
301

 
39.  İbn  Abbas  -  radıyallahu  anhu  –  sünnətə  qarşı  ona  təməttu 
həcci  haqqında  soruşana  demişdir:  «Belə  getsə  çox  keçməz  ki, 
səmadan üzərinizə daşlar yağar. Mən sizə deyirəm ki, Peyğəmbər – 
sallallahu  aleyhi  və  səlləm  –  belə  buyurdu  deyirəm,  sizlər  də  mənə 
Əbu Bəkr və Ömər belə dedilər, deyirsiniz»
302

 
                                                
298
 Buxari 4/73, Müslim 1371.  
299
 İbn Əbi Şeybə «Musənnəf» 
300
 İbn Qeyyim «Zədul Məad». 
301
 Tirmizi 2738, əl-Albani “Həsən”.  
302
 AbdurRazzaq «Musənnəf». 


 
205 
40. Ömər - radıyallahu anhu – deyir ki: «Mən insanların nə zaman 
islah  olub,  nə  zaman  işlərinin  pozulacağını  bilirəm.  Əgər  kiçik 
yaşdakılar  anlayış  sahibi  olurlarsa  böyüklər  bu  işin  içindən 
çıxmazlar.  Lakin  yaşı  ötmüş  kimsələr  məsələləri  qavrayarlarsa, 
kiçiklərdə onlara uyarlarsa hər iksi də hidayət taparlar»
303

 
41.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «İnsanlar  elmi 
böyüklərdən  öyrəndikləri  müddətdə  xeyir  içində  qalmağa  davam 
edərlər.  Onu  kiçiklərdən  və  şərlilərdən  öyrənməli  olarlarsa  onda 
həlak olurlar»
304

 
42.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Möminə  hər  cür 
damğa  vurula  bilər,  yalnız  xainlik  və  yalançılıq  damğası 
vurulmaz»
305
.  
 
43.  Ubey  İbn  Kəb  -  radıyallahu  anhu  –  deyir  ki:  «Mömin  dörd 
şeyin arasındadır. Bəla və müsibətlə qarşılaşarsa səbr edər, ona bir 
şey verilərsə şükr edər, bir şey söyləyərsə doğru söyləyər, bir hökm 
verərsə ədalətli olar»
306

 
44.  Abdullah  İbn  Məsud  - radıyallahu anhu  –  deyir  ki:  «Cəmaat 
haqqa uyğun olandır.  Tək  də olsan haqqa  uyğun  hərəkət  edirsən. 
Bil ki, cəmaat sənsən»
307

 
45.  Qudayf  İbn  əl-Hərisdən  - radıyallahu anhu –  rəvayət  edir  ki, 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Bir  qövm  bir 
bidət ortaya çıxarsa mütləq sünnədən bir o, qədəri yox olar»
308

                                                
303
 İbn Əbdil Bərr «Cəmiu bəyanil ilm» s. 247. 
304
 İbn Əbdil Bərr «Cəmiu bəyanil ilm» s. 248. 
305
 İbn Əbi Şeybə «Kitabul İman» s. 35 əl-Albani səhih.  
306
 Əbu Nuaym əl-Əsfəhani «Hiylətul Övliya» 1/255. 
307
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/108-109. 
308
 Əhməd «Musnəd» 4/105, Süyuti «Cəmius Səğir» 2/480 № 7790,  əl-Albani «Daifu Cəmius 
Səğir»  5/78  №  4985  -  zəif.  Lakin  Həsən  İbn  Atiyyədən  gələn  rəvayət  isə  səhihdir  əl-Albani 
«Mişkətul Məsabih» 1/66. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə