Fikhu'l ebsat


 Sufyan əs-Səuri – rahmətullahi aleyhi – deyir ki: «Sünnəyə tabe  ol və bidəti tərk et» 309 .    47



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   65   66   67   68   69   70   71   72   73

 
206 
 
46. Sufyan əs-Səuri – rahmətullahi aleyhi – deyir ki: «Sünnəyə tabe 
ol və bidəti tərk et»
309

 
47. Avn  İbn  Abdullah  – rahmətullahi aleyhi –  deyir  ki:  «Hər  kim 
İslam və Sünnə üzrə ikən ölərsə artıq hər cür xeyrin müjdəsi onun 
üçündür»
310
.  
 
48.  Sufyan  əs-Sövri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Gün  çıxan 
tərəfdən  olan  bir  adamın  sünnətə  bağlı  olduğuna  dair  sənə  bir 
xəbər çatarsa, sən də ona salam göndər. Çünki sünnət əhli (sünnətə 
bağlı) kimsələr azalmışdır»
311

 
49.  Malik  İbn  Miğəl  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Əgər  bir 
kimsə  İslam  və  Sünnədən  başqa  bir  adla  xatırlanarsa  sən  onu 
istədiyin dinə nisbət edə bilərsən»
312

 
50.  əl-Auzai  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Beş  şey  var  ki, 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  səhabələri  ondan 
ayrılmamışlar.  Cəmaata  qatılmaq,  sünnəyə  tabe  olmaq,  məscidi 
abadlaşdırmaq,  Quran  oxumaq  və  Allah  yolunda  cihad 
etmək…»
313
.  
 
51. əz-Zuhri  – rahmətullahi aleyhi – deyir ki: «Bizim gəlib getmiş 
elm  adamlarımız  Sünnəyə  möhkəm  sarılmaq  qurtuluşdur  – 
deyərdilər»
314
.  
 
                                                
309
 əl-Bəğavi «Şərhu Sünnə» 1/217. 
310
 Lələkai 1/67. 
311
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
312
 İbn Batta «Şərhu əl-İbanə» səh 153. 
313
 əl-Bəğavi «Şərhu Sünnə» 1/217. 
314
 Darimi «Sünnən» 1/45, Lələkai 1/94. 


 
207 
52.  Əyyub  əs-Şahtiyani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mənə 
sünnət  əhlindən olan  bir nəfərin ölüm xəbəri  gəlib  çatdıqda sanki 
orqanlarımdan birini itirmiş kimi oluram»
315

 
53.  Abdullah  İbn  Mübarək  –  rahmətullahi  aleyhi  –  dən  cəmaat 
haqqında  soruşduqda  o,  belə  cavab  vermişdir:  «Əbu  Bəkr  və 
Ömər»  –  dir  demişdir.  Ona:  «Əbu  Bəkr  və  Ömər»  vəfat  ediblər 
deyə  soruşanda,  bu  dəfə:  «Filan  və  filankəsdir»  demişdir.  Yenə 
onların  vəfat  etdiyini  xəbər  verdikdə  o:  «Həmzə  əs-Sukkəri  bir 
cəmaatdır»
316

 
54.  Abdullah  İbn  Mubarək  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Ey 
qardaşım!  Bunu da bil ki, bu gün sünnətə sarılaraq ölmək Allahın 
hüzuruna  çıxacaq  hər  bir  müsəlman  üçün  bir  lütf,  bir 
mərhəmətdir»
317

 
55.  Əbu  Məsud  əl-Əşaridən  -  radıyallahu  anhu  –  dan  fitnə  ilə 
bağlı sual soruşduqda demişdir: «Sən cəmaatla birgə olmağa çalış. 
Şübhəsiz  Allah  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  in 
ümmətini  zəlalət  üzrə  bir  yerə  yığmaz.  Təfriqəçilikdən  çəkin, 
şübhəsiz təfriqə zəlalətin özüdür»
318

 
56.  Fudayl  İbn  İyad  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Şübhəsiz 
Allah  onların  vasitəsi  ilə  ölkələrə  hidayət  verdiyi  qulları  vardır. 
Bunlar sünnət əshabı olan kimsələrdir»
319

 
57.  Abidə  İbn  Ömər  əs-Sələmi  –  rahmətullahi  aleyhi  –    Əli  
radıyallahu anhu – belə demişdir: «Cəmaat halında sənin və Ömərin 
                                                
315
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
316
 Bəğavi «Şərhu Sünnə» 1/216. 
317
 İbn Vaddah «əl-Bidau vən Nəbyu Anhə». 
318
 əş-Şatibi «əl-İtisam» 2/261. 
319
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 


 
208 
fikri,  ayrılıq  halında  sənin  tək  başına  olan  fikrindən  daha  çox 
xoşuma gəlir»
320
.  
 
58.  əl-Albani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İslam  dövlətini 
qəlbinizdə qurun ki, Allah da onu sizin üçün yer üzündə qursun». 
 
59.  İmam  Şafii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mən  hədis 
əhlindən bir kimsəni gördümmü sanki Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – in səhabələrindən birini görür kimi oluram»
321

 
60. Amr İbn Qeys əl-Mulai – rahmətullahi aleyhi – deyir ki: «Əgər 
sən  bir  gəncin  əvvəldən  (ilk  yetişdiyi  andan  etibarən)  Əhli  Sünnə 
vəl  Cəmaatla  birlikdə  yetişdiyini  görsən  bil  ki,  ondan  (xeyirli 
şeylər) uma bilərsən. Əgər bidət əhli ilə birlikdə olduğunu görsən 
ondan ümüdünü kəs. Çünki gənc adam birinci dəfə necə yetişərsə 
o, cür də olacaq»
322
. Başqa bir yerdə: «Cavan yetişir. Əgər elm əhli 
ilə  oturub  durmağı  seçirsə,  qurtulması  ehtimalı  böyükdür.  Əgər 
başqalarına meyl edəcəksə, həlak olma ehtimalı böyükdür»
323

 
61.  İmam  Malik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bu  ümmətin 
başı  nə  ilə  islah  olunmuşsa,  bu  ümmətin  sonu  da  ancaq  onunla 
islah olunur  (düzəlir).  O,  gün  din olmayan  heç  bir  şey  bu  gün  də 
din olmaz»
324

 
62.  Abdullah  İbn  Mubarək  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
«Güvənib dayandığın əsər (əvvəlkilərin yolu) olsun»
325

 
                                                
320
 «Fəthul Bəri» 7/73. 
321
 Xatib «Şərəfu Əshəbu Hədis». 
322
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «Şərhu əl-İbanə». 
323
 İbn Batta «Şərhu əl-İbanə» 1/206. 
324
 Qadi İyad «əş-Şifa» 2/88. 
325
 Beyhəqi «Sünənul Kubra». 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə