Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə71/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   65   66   67   68   69   70   71   72   73

 
215 
 
92.  İbrahim  ən-Nəhai  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Əgər 
Muhəmmədin  səhabələri  bir  dırnağı  belə  məst  etmişlərsə  mən  də 
onlara 
uymağın 
fəzilətini 
əldə 
etmək 
üçün 
(ayağımı) 
yumazdım»
359

 
93.  Xəlifə  Ömər  İbn  AbdulƏziz  – rahmətullahi  aleyhi  –  deyir  ki: 
«O,  qövmün  durduğu  yerdə  sən  də  dur.  Çünki  onlar  bilərək 
durmuşdular. Dərin bir görüş ilə (bidətlərdən) uzaq durmuşdular. 
O,  durduqları  nöqtəni  açığa  çıxarmaqda  onlar  daha  güclü  idilər. 
Əgər  bu  işdə  bir  fəzilət  olsaydı,  onu  etməyə  daha  da  layiq  idilər. 
Əgər  sizlər  -  onlardan  sonra  meydana  gəldi  –  deyəcək  olsanız, 
şübhəsiz  onların  yollarına  müxalif  olan  və  sünnətlərindən  üz 
çevirəndən başqası bu yeni şeyi ortaya çıxarmış deyildir. Onlar şəfa 
üçün yetərli olacaq qədərini söylədilər, yetərli qədər söz söylədilər. 
Onlardan  irəli  gedən  həddi  aşmışdır,  onlardan  geriyə  qalan  isə 
qüsur  etmişdir.  Bir  qrup  kimsələr  onlardan  geriyə  qaldılar,  buna 
görə  də  uzaq  düşdülər.  Bir  qrup  kimsələrdə  geri  qaldılar,  buna 
görə  də  həddi  aşdılar.  Onlar  isə  bu  iksi  arasında  heç  şübhəsiz 
doğru bir hidayət üzərində idilər»
360

 
94.  İmam  Əvzai  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İnsanlar  səni 
rədd  etsələr  də  sən  sələfin  yolu  ilə  getməyə  davam  et,  səni 
qınasalarda  insanların  görüşlərindən  uzaq  ol.  Çünki  belə  etmiş 
olsan,  sən  doğru  yolda  olduğun  halda  məsələ  sənin  üçün 
açıqlanır»
361
.  
 
                                                
359
 Əbu Davud «Sünnən». 
360
 İbn Qudamə «Lumatul Etiqadi Hədi İlə Səbili Rəşad» 
361
 Xatib «Şərəfu Əshəbi Hədis». 


 
216 
95. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif 
olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan 
həyatımda da, ölümümdən sonra da vaz keçirəm»
362
.  
 
96.  Sufyan  əs-Souri  – rahmətullahi aleyhi  –  deyir  ki:  «İblis  bidəti 
günahdan  daha  çox  sevir.  Çünki  günahdan  tövbə  edilir,  bidətdən 
isə  tövbə  edilməz»
363
.  Günah  edən  kimsə  günah  etdiyini  bildiyi 
üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi umulur. 
Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də 
etməz.  Məğfirət  də  diləməz.  İblisdən  nəql  edilən:  «Adəm 
oğullarının  belini  günahlarla  qırdım.  Onlar  isə  tövbə  etməklə, 
məğfirət  diləməklə  belimi  qırdılar.  Mən  də  onlar  üçün  məğfirət 
diləmələri,  tövbə  etməyəcəkləri  günahlar  ortaya  qoydum.  Bunlar 
isə ibadət şəkilində olan bidətlərdir.  
 
97.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bizə  görə 
sünnətin  əsasları  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 
səhabələrinin izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk 
etməkdir. Çünki hər bir bidət yol azmaqdır»
364

 
98.  Qazı  Şureyh  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Sünnə  sizin 
qiyasınızdan da əvvəldir. Elə isə Sünnəyə tabe o, bidətçi olma»
365
.  
 
99. İmam Əhməd İbn Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir 
ki: «Dünyada nə qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. 
Çünki  adam  bidət  ortaya  qoydumu  qəlbindən  hədisin  ləzzəti 
sökülüb alınır»
366

 
                                                
362
 Xatib «Fakibu vəl Mutəfəkkib». 
363
 Bəğavi «Şərhu Sunnə». 
364
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
365
 Darimi 1/66, əl-Bəğavi «Şərhu Sünnə» 1/126. 
366
 Nəvəvi «ət-Təzkirə».  


 
217 
100.  Fudayl  İbn  İyad  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Hidayət 
yollarına  uy.  O,  yolu  izləyənlərin  azlığının  sənə  zərəri  yox.  Əyri 
yollardan isə çəkin. Həlak olanların çoxluğuna da aldanma»
367
.  
 
101.  Sələflər  deyillər  ki,  bağlılığın  şəxslərə  deyil,  dinə  olsun. 
Çünki  haqq  qalandır,  şəxslər  isə  gedəndir.  Haqqı  bill,  haqq  əhlini 
də bilərsən”. 
 
102. Abis İbn Rabia dedi ki: «Mən Ömər - radıyallahu anhu – nu 
Həcərul  Əsvədi  öpərkən  belə  dediyini  eşitdim:  «Mən  sənin  fayda 
verməyən,  zərəri  olmayan  bir  daş  olduğunu  çox  yaxşı  bilirəm. 
Əgər  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  səni  öpərkən 
görməmiş olsaydım, mən də səni öpməzdim»
368

 
103.  Muhəmməd  İbn  Sirin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir 
kimsə  əvvəlkilərin  izini  (yolu)  üzərə  yürüməyə  davam  etdikcə, 
doğru yol üzərində yürüməyə davam edir deməkdir»
369

 
104.  İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bidətlərdən 
çəkinin».  Bidət  nədir?  Deyə  soruşulduqda.  O:  «Bidətçilər  Allahın 
isimləri,  sifətləri,  kəlamı,  elmi  və  qüdrəti  haqqında  danışıb  duran, 
səhabələrin  və  gözəl  bir  şəkildə  onlara  tabe  olanların  susduqları 
(mövzuda) yerdə susmayan kimsələrdir»
370

 
105.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 
«Böyüklərimizə  hörmət  etməyən,  kiçiklərimizə  rəhm  etməyən  və 
alimlərimizin haqqını ödəməyən bizdən deyildir»
371
.  
 
                                                
367
 Şatibi «əl-İtisam». 
368
 Buxari, Müslim. 
369
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
370
 Bəğavi «Şəhu Sunnə» 1/217. 
371
 Musnəd 5/323, Mustədrək 1/211.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə