Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   65   66   67   68   69   70   71   72   73

 
218 
106.  «Ey  iman  gətirənlər! Sizə bəlli  olunca  qanınızı  qaraldacaq 
şeylər  barəsində  soruşmayın.  Əgər  onlar  haqqında  Quran  nazil 
edildikdə  soruşsanız, onlar  sizə  aydın olar.  (Lakin  pis  vəziyyətdə 
qalar  və  kədərlənərsiniz).  Allah onları  (indiyə qədər  verdiyiniz  bu 
cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə 
əzab  verməkdə  tələsən  deyildir!)».  (əl-Maidə  101).  «(Allah) 
buyurdu:  “Ey  Nuh!  O  sənin  ailəndən  deyildir.  Çünki  o  (küfr 
etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək 
xahişin  yaxşı  iş  deyildir).  Elə  isə  bilmədiyin  bir  şeyi  Məndən 
istəmə.  Sənə  cahillərdən  olmamağı  tövsiyə  edirəm  (məsləhət 
görürəm)».  (Hud  46).  «Bir  baxın,  siz  o  kimsələrsiniz  ki,  bildiyiniz 
şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz 
şeylər  barəsində  niyə  mübahisəyə  girişirsiniz?!  Əlbəttə,  (həqiqəti) 
Allah  bilir,  siz  bilməzsiniz!».  (Ali  İmran  66).  Şabi  –  rahmətullahi 
aleyhi – deyir ki: «Bilmirəm demək elmin yarısıdır». İmam Əhməd 
–  rahmətullahi  aleyhi  –  dən  insanların  fikrincə  hər  şeyi  bilən  alim 
barəsində soruşdular. O: «İnsanların bütün suallarına cavab verən 
şəxs məcnundur». İbn Sirin – rahmətullahi aleyhi – deyir ki: «İnsanın 
cahil (savadsız) kimi ölməsi onun üçün bilmədiyini danışmasından 
daha xeyirlidir». Səd b. Cubeyr – rahmətullahi aleyhi – deyir ki: «Vay 
olsun bilmədiyinə bilirəm deyən hər bir kəsə»
372
.  
 
107.  Həsənul  Bəsri  –  rahmətullahi  aleyhi  -  deyir  ki?  «Sizdən 
birinizin elm öyrənməyi yalnız Alimdir deyilsin deyə olmasın». İbn 
Sirin  –  rahmətullahi  aleyhi  –  dən  bir  şey  soruşduqda  rəngi 
dəyişərdi».  Nəsəi  –  rahmətullahi  aleyhi  -  dən  bir  şey  soruşduqda 
ikrah hissi oyanardı və deyərdi: «Soruşmağa məndən başqa adam 
tapmadın».  İmam  Məlik  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Bir  şey 
soruşulduqda elə bil ki, Cənnət və Cəhənnəm arasında durmusan. 
Sənin fikrin onu tez  başından  uzaq  etmək  olmasın.  Dərdin özünü 
necə  xilas  etmək  olsun.  Özün  üçün  Qiyamət  günü  bir  çıxış  yolu 
olacaqsa onda danış, əks halda sus».  
                                                
372
 «Ədəbuş Şəriyyə» 2/64-69, «Məalimu Fi Tarixi Tələbəi Elm» s. 207,208.  


 
219 
 
108.  Sələflər  deyərdilər:  «Elm  rahat  bədənlə  əldə  edilməz. 
Rahatlıq yalnız yorğunluqla əldə edilir. Nemətlərə çatmaq yalnız o, 
yolda  olan  çətinliklərə  dözməklə  olur.  Bu  rahatlığa  yalnız 
Cənnətdə çatılır». Rabi b. Xuseym – rahmətullahi aleyhi – yə deyirlər 
ki:  «Öz  nəfsinə  bir  az  rahatlıq  ver».  O:  «Mən  onun  rahatlığını 
istəyirəm»  dedi.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  dən  nə  vaxt 
rahatlıq  tapırlar.  O:  «Birinci  ayağını  Cənnətə  qoyduğun  zaman». 
Sələflər deyərdilər: «Dünya var ikən mən yox idim. Dünya qaldığı 
zaman  mən  olmayacağam.  Buna  görə  də  istəmirəm  ki,  günlərim 
zay olsun».  
 
109.  Cəfər  İbn  Muhəmməd  deyir  ki,  mən  Quteybənin  belə 
dediyini dinlədim: «Bir kimsənin Yəhya b. Səid, AbdurRahman b. 
Mehdi, İmam Əhməd, İshaq b. Rahaveyh və s. zikr edərək – hədis 
əhli  olan  kimsələri  sevdiyini  görsən  heç  şübhəsiz  ki,  o  kimsə 
sünnəyə  uyan  birisidir.  Onlara  müxalif  olan  kimsə  də  bil  ki,  o 
bidətçi birisidir»
373
.  
 
110.  Həsənul  Bəsri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir  kimsə 
əgər  ilk  gedənlərə  (sələfə)  yetişənlərdən  olsaydı  və  sonra  bu  gün 
dirilmiş  olsaydı  İslamdan  tanıdıq  bir  şey  görməzdi.  Bu  namaz 
müstəsna»
374
.  
 
111.  İbn  Sirin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Həm  bir  bidəti 
qəbul edib, həm də bir sünnəyə əməl edən heç kimsə ola bilməz»
375
.  
 
112.  Əli  -  radıyallahu  anhu  –  deyir  ki:  «İnsanlarla  onların  başa 
düşdükləri  tərzdə  danışın.  Əgər  Allah  və  Rəsulunun  təqzib 
olunmasını istəmirsinizsə»
376
.  
                                                
373
 Laləkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 
374
 İbn Vaddah «əl-Bidau vən Nəbiyyu».  
375
 Darimi 1/69, İbn Batta «Şərhu əl-İbanə» səh 133. 


 
220 
 
113.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  ilə  məkkədə  İbn 
Quteylə  Əshəbul  Hədisdən  söz  açınca:  «Əshəbul  Hədis  pis  bir 
topluluqdur»  dedi.  İmam  paltarını  silkəliyərək  qalxdı  və:  «O, 
zındıq  birisidir,  zındıq  birisidir»  sözlərini  evə  girənədək  təkrar 
etdi
377

 
114.  Həsənu  Bəsri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Qorxu  və 
ümüd möminin iki miniyidir»
378

 
115. Fudayl İbn İyad  – rahmətullahi aleyhi – deyir ki: «Mömin az 
danışar, çox iş görər. Münafiq isə çox danışar, az iş görər. Möminin 
danışması hikmətdir, susması təfəkkürdür, baxışı ibrətdir, işi gücü 
yaxşılıq  etməkdir.  Belə  olduğu  zaman  daima  ibadət  içində  olmuş 
olursan»
379
.  
 
116.  Malik  İbn  Dinar  – rahmətullahi aleyhi  –  deyir  ki:  «Möminin 
misalı harada olursa olsun gözəlliyi yanında olan inci kimidir»
380

 
117. Vəhb İbn Munəbbih – rahmətullahi aleyhi – deyir ki: «Mömin 
öyrənmək  üçün  başqalarına  qarışar,  səhf  etməmək  üçün  sükut 
edər,  başa  düşməsi  üçün  danışar,  rahat  və  hüzur  içində  olmaq 
üçün tək qalar»
381
.  
 
118.  Muhəmməd  İbn  Munkə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
«Allah  mömin  qulu  ilə  birlikdə  onun  uşağını  və  uşağının  uşağını 
da qoruyar. Onun evini də ətrafdakı evləri də qoruyar. Mömin qul 
                                                                                                           
376
 Buxari 1/95.  
377
 əl-Bərbəhari «Şərhu Sunnə».  
378
 İmam Əhməd «Zuhd» 2/238.  
379
 Əbu Nuaym əl-Əsfəhani «Hiylətul Övliya» 3/98.  
380
 Əbu Nuaym əl-Əsfəhani «Hiylətul Övliya» 2/377.  
381
 Əbu Nuaym əl-Əsfəhani «Hiylətul Övliya» 4/68.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə