Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   65   66   67   68   69   70   71   72   73

 
209 
63.  İbn  Şəvzəb  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Gəncin  ibadətə 
yönəldiyi  vaxt  sünnə  sahibi  olan  bir  insanla  rastlaşması  Allahın 
nemətlərindəndir»
326

 
64.  Əbu  Sələmə  İbn  AbdrRahmən  Həsənul  Bəsriyə  demişdir: 
«Mənə  sənin  özündən  fətva  verdiyini  söylədilər.  Allah  Elçisinin  – 
sallallahu  aleyhi  və  səlləm  –  in  sünnəsi  və  ya  Allah  tərəfindən 
göndərilmiş  kitabın  hökmü  ilə  olmasa  heç  vaxt  öz  fikrinə  görə 
fətva vermə»
327
.  
 
65.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İmamların 
birindən  sünnə  haqqında  soruşduqda  o,  belə  demişdir:  «Mənim 
sünnədən başqa heç bir adım yoxdur»
328

 
66.  Muafa  İbn  İmran  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İnsanı 
öləndən sonra  tərif  et.  Çünki ölənə  qədər onun sünnə  və  ya  bidət 
üzərə öləcəyi bilinməz»
329
.  
 
67.  Meymun  İbn  Mihran  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
«İslamdan başqa adlandırılan hər bir addan çəkin»
330

 
68.  Əbu  Bəkr  əl-Əyyaş  –  rahmətullahi  aleyhi  –  dən  sünnə  əhli 
kimdir?  deyə  soruşduqda  o,  dedi:  «Nəfsin  müxtəlif  istəklərindən 
bəhs ediləndə onların heç birinə tərəfdər olmayandır»
331

 
69.  Əyyub  əs-Səhtiyani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Əhli 
Sünnənin  ölümünü  istəyən  adamlar  əslində  ağızları  ilə  Allahın 
                                                
326
 İbn Batta «Şərhu əl-İbanə» səh 133, «əl-İbanə» 1/205. 
327
 Darimi 1/59. 
328
 «Mədaricus Salihin» 3/174. 
329
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
330
 İbn Batta «Şərhu əl-İbanə» səh 137. 
331
 Lələkai 1/60,65. 


 
210 
nurunu  söndürmək  istəyənlərdir.  Ancaq  kafirlər  istəməsələr  də 
Allah nurunu tamamlayacaqdır»
332

 
70.  Həssən  İbn  Atiyyə  – rahmətullahi  aleyhi  –  deyir  ki:  «Cəbrail 
Allah  Elçisinə  – sallallahu aleyhi və səlləm –  ə  Quranı  gətirdiyi  kimi 
sünnəni də gətirdi»
333
.  
 
71. Fudeyl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Gördüyüm 
bütün  xeyirli  insanlar  sünnəyə  bağlı  kimsələr  idilər  və  bidət 
sahiblərindən uzaq qalmağı əmr edərdilər»
334

 
72. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif 
olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan 
həyatımda olsun, ölümümdən sonra olsun vaz keçirəm»
335

 
73.  Həsənul  Bəsri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Şübhəsiz  ki, 
sünnə  əhli  olan  kimsələr  insanlar  arasında  say  etibarı  ilə  ən  az 
olanlardır.  Yerdə  qalan  insanlar  arasında  da  insanların  ən  az 
olanlarıdır.  Onlar  kef  və  dəbdəbə  içində  olanlarla  kef  və 
dəbdəbələrində  iştirak  etməzlər,  bidət  əhlinin  də  bidətlərinə 
qarışmazlar.  Rəbblərinə  qovuşana  qədər  sünnə  üzərində  sabit 
qalarlar. Siz də Allahın izni ilə belə olun»
336

 
74.  Rabi  İbn  Süleyman  deyir  ki:  «İmam  Şəfii  bir  gün  bir  hədis 
rəvayət  etdi.  Bir  nəfər:  «Ey  Abdullahın  atası!  Sən  bunu  qəbul 
edirsən?» deyincə Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm 
  dən  gələn  səhih  bir  hədis  rəvayət  edib  və  onu  qəbul  etməmiş 
olsam siz şahid olun ki, mən ağlımı başımdan itirmişəm»
337

                                                
332
 Lələkai 1/61. 
333
 İbn Batta «Şərhu əl-İbanə» səh 128, İbn Teymiyyə «Məcmuə əl-Fətava» 3/366. 
334
 İbn Batta «Şərhu əl-İbanə» səh 153. 
335
 Xatib «əl-Fakibu vəl Mutefakkib». 
336
 Darimi 1/72. 
337
 İbn Batta «əl-İbanə». 


 
211 
 
75. Fudeyl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Bidət sahibi 
olan  bir  kimsəyə  dinə  aid  olan  məsələlərdə  heç  vaxt  güvənmə. 
İşlərində  onunla  istişarə  (məşvərət)  etmə.  Onun  yanında  oturma. 
Bidət sahibi olan kimsənin yanına oturan bir kimsənin qəlbini Uca 
Allah kor edər»
338

 
76.  Abdullah  İbn  Mubarək  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
«Allahım  bidət  əhlindən  olan  bir  kimsənin  mənə  bir  yaxşılıq 
etməsindən  və  sonda  mənim  qəlbimin  ona  sevgi  bəsləməsinə 
imkan vermə»
339

 
77.  Sufyan əs-Səvri – rahmətullahi aleyhi – deyir ki: «Hər kim bir 
kimsənin  bidət  sahibi  olduğunu  bildiyi  halda  o,  kimsəyə  qulaq 
verib  (onu  dinləyərsə)  Allahın  onu  qoruması  üzərindən  qalxar  və 
öz halına buraxılar»
340

 
78.  İmam  əl-Əvzai  – rahmətullahi aleyhi –  deyir  ki:  «Bidət sahibi 
olan  bir  kimsənin  mübahisə  etməsinə  imkan  verməyin.  O,  vaxtı 
fitnəsi səbəbiylə qəlbinizə şübhə düşər»
341

 
79.  Məlik  İbn  Ənəs  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bidət  əhli 
kimsə  ilə  nigahlanmaz,  bidət  əhli  kimsəyə  qız  verilməz  və  onlara 
salam verilməz»
342

 
80. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Ya xeyir də bizə 
qonşuluq edərsiniz, ya da qalxıb gedərsiniz»
343

 
                                                
338
 Lələkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 
339
 Lələkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 
340
 İbn Vaddah «əl-Bidə». 
341
 İbn Vaddah «əl-Bidə». 
342
 İmam Məlik «Mudəvvənətul Kubra». 
343
 Nəsir b. İbrahim Məqdisi «Mubtasaru Kitabil Huccəti alə Tərkil Məbaccəti». 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə