Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   65   66   67   68   69   70   71   72   73

 
212 
81.  Abdullah  İbn  əd-Dəyləmi  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
«Təcrübəmdən  bildiyimə  görə  dinin  yox  olması  sünnəni  tərk 
etməklə  başlanır»
344
.  Başqa  bir  yerdə  isə  o,  demişdir:  Bir  parçanın 
süzülməsi kimi, sünnə də yavaş-yavaş unudulacaqdır»
345
.  
 
82. Həsənul Bəsri və Əbu Sufyan – rahmətullahi aleyhi – deyir ki: 
«Uca  Allahın:  «Sonra  səni  də  dində  şəriət  sahibi  etdik.  Sən  də  o, 
şəriətə tabe ol…» (əl-Casiyə 18) buyurduğunu: «Sünnə üzrə etdik» 
deyə açıqlamışlar
346
.  
 
83.  İmam  Əbu  Xatim  əl-Hənzəli  ər-Razi  –  rahmətullahi  aleyhi  – 
deyir  ki:  «Bidət əhlinin  əlaməti  rəvayət  alimlərinə  dil uzatmaqdır. 
Zındıqların  əlaməti  isə  rəvayət  elmi  ilə  məşğul  olanlara  Haşaviyə 
adını  vermələridir.  Onlar  beləliklə  rəvayətləri  yox  etmək istədilər. 
Cəhmiyənin əlaməti isə Əhli Sünnətə müşəbbih adını vermələridir. 
Qədəriyənin əlaməti Əhli Sünnətə Cəbriyəçilər adını vermələridir. 
Murciyənin  əlaməti  Əhli  Sünnətə  müxaliflər,  nöqsançılar  adını 
vermələridir.  Bidət  əhlinin  əlaməti  Əhli  Sünnətə  Nəvasiv  adını 
vermələridir.  Əhli  Sünnətə  isə  yalnız  bir  ad  uyğun  düşə  bilər. 
Bütün  bu  isimlərin  onlar  haqqında  istifadə  edilməsinə  yer 
yoxdur»
347

 
84. Əyyub əs-Sahtiyani – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz 
ki,  bidət  əhli  sapıq  kimsələrdir.  Görüşümə  görə  onlar  ancaq 
Cəhənnəmə gedəcəklər»
348
.  
 
85.  Qadi  Əbu  Yusuf  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mən 
Cəhmiyənin,  Bidət əhli və Qədəriyəçi olan bir kimsənin arxasında 
namaz qılmaram»
349

                                                
344
 Darimi 1/45, ibn Vaddah «əl-Bidə» səh 38. 
345
 İbn Vaddah «əl-Bidə» səh 66. 
346
 Lələkai 1/69. 
347
 ər-Razi «Aslus Sünnəti Vatiqadud Din». 
348
 İbn Batta  «əl-İbanə». 


 
213 
 
86. İmam AbdurRahmən İbn Mehdi – rahmətullahi aleyhi – deyir 
ki: «İnsanlar müxtəlifdir. Bəziləri sünnədə də hədisdə də imamdır. 
Bəziləri isə təkcə hədisdə imamdırlar. Sünnə və hədisdə imam olan 
şəxs isə Sufyan əs-Səuridir»
350
.  
 
87.  İmam  əl-Bərbəhari  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Sən  bir 
kimsənin  rəhbərə  qarşı  bəd  dua  etdiyini  görsən  bil  ki,  o  bidət 
sahibidir.  Əgər  bir  kimsənin  rəhbərin  islah  olması  üçün  dua 
etdiyini  görsən  bir  ki,  o  –  Uca  Allahın  izniylə  –  sünnətə  bağlı  bir 
kimsədir»
351
.  
 
88. Fudeyl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Əgər mənim 
qəbul  ediləcək  bir  duam  olsaydı  bunu  mütləq  rəhbər  üçün 
ayırardım. Çünki bizlər onların islah olunmaları üçün dua etməklə 
əmr olunduq, onlara bəd dua etməklə isə qadağan olunduq. İstərsə 
haqsızlıq etsinlər, istərsə zülm. Çünki onların zülm və haqsızlıqları 
öz  əleyhlərinədir.  Salamat  olmaları  isə  həm  özlərinə,  həm  də 
müsəlmanların  lehinədir.  Digər  tərəfdən  onların  islah  olunmaları 
ilə  ümmət  də islah olur. Çünki  mənim salehliyim  yalnız özümün, 
başçıların salehliyi isə bütün müsəlmanların xeyrinədir»
352

 
89. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – 
Allah  sənə  rəhm  etsin  –  hökmüdarların  zülmləri  Allahın 
intiqamlarından  bir  intiqamdır.  Uca  Allahın  intiqamlarına  da 
qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, 
günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın itiqamı 
qılıncdan  daha  da  kəskindir»
353
.  Başqa  bir  rəvayətdə:  «Həsənul 
Bəsri  –  rahmətullahi  aleyhi  –  Həccaca  bəd  dua  edən  bir  kimsənin 
                                                                                                           
349
 Lələkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat». 
350
 «Cərhu ət-Tədil» 1/118, Lələkai 1/63 müqddimə. 
351
 «Şərhu Sünnə» s. 116. 
352
 «Şərhu Sünnə» s. 114, Əbu Nueym «Hiylətul Övliya» 8/91. 
353
 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 


 
214 
sözlərini  eşitdikdə  belə  demişdir:  «Bunu  etmə,  Allah  sənə  rəhmət 
etsin.  Əslində  bu  müsibətlər  sizə  öz  əllərnizlə  etdiklərnizdən  ötrü 
gəlmişdir.  Biz  qorxuruq  ki,  Həccac  əsr  edilir  və  ya  ölürsə, 
meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»
354

 
90.  Abdullah  İbn  əs-Surri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Biz 
hava əhlinə rədd verməyi Sünnə saymırıq. Lakin biz sünnə sayırıq 
onlarla  söhbət  etməkdən  uzaq  durmağı”
355
.  AbdurRahman  İbn 
Mehdidən – rahmətullahi aleyhi – soruşurlar: “Bir nəfər bidət əhlinə 
rədd  üçün  kitab  yazmışdır”.  O:  “Nə  ilə  Rədd  etmişdir?  Quran  və 
Sünnə ilə?”.  Adam:  “Xeyr,  ağıl  və  düşüncələrilə”  dedi. İmam:  “O, 
sünnədən  uzaqlaşmış,  bir  bidəti  başqa  bidətlə  rədd  etmişdir”
356

İmam  Əhməddən  –  rahmətullahi  aleyhi  –  bidət  əhlinə  rədd  üçün 
icazə istədilər. İmam: “Biz eşitmiş və görmüşük ki, alimlər bidət və 
zəlalət  əhli  ilə  münaqişə  edib,  vaxt  keçirməyi  qadağan  edərdilər. 
Allahın 
kitabı 
və 
Peyğəmbərimizin 
Sünnəsində 
olanla 
kifayətlənmək,  zəlalət  və  bidət  əhlinə  rədd  üçün  onlarla 
oturmaqdan çəkinmək lazımdır. Həqiqətən onlar səni şübhəyə sala 
bilər,  lakin  öz  bidətlərində  isə  əl  çəkməzlər.  Allahın  izni  ilə  daha 
yaxşıdır  onlardan  uzaq  olmaq  bə  onlarla  mübahisələrdən 
qaçmaq”
357

 
91. İbnul Məcisun deyir ki, İmam Malikin  – rahmətullahi aleyhi – 
belə  dediyini  dinlədim:  «Hər  kim  İslamda  gözəl görərək  bir  bidət 
ortaya  çıxararsa,  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  in 
risalətinə  qarşı  xainlik  etdiyini  iddia  etmiş olur.  Çünki  Uca Allah: 
«Bu  gün  dininizi  tamamlayıb  mükəmməl  etdim….».  (əl-Maidə  3) 
deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu 
gün də din olmaz»
358

                                                
354
 İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119. 
355
 İbn Batta “İbanə əs-Suğra” 2/365.  
356
 Suyuti “Mantiq Va əl-Kələm An İlim əl-Kələm” 131.  
357
 İbn Batta “İbanə əs-Suğra” 1/44.  
358
 Şatibi «əl-İtisam».  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə