Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   97   98   99   100   101   102   103   104   ...   116

325
 
hamiləlik  dövründə  maye  1200  ml  və  ikinci  hamiləlik  dövründə 
1000 ml daxil olur. 
Nefrotik  sindrom  zamanı  (şişmə,  gündəlik  proteinyriya  3,5-
4,0 q) böyrək çatışmazlığı olmadıqda zülalın miqdarı sidikdə ifraz 
olunan zülal nəzərə alınmaqla 1,5 q/kq hesabı ilə artırılır. Yağ və 
karbohidratların  miqdarı  yüngül  nefrit  formasında  olduğu  qədər 
təyin  olunur.  Mətbəx  duzu  hamiləliyin  1-ci  yarısında  4-5,  ikinci 
mərhələsində isə 3-4 qramadək məhdudlaşdırılır. 
Çox şişmə zamanı heyvani zülalın miqdarı azaldılır və əsasən 
bitki  mənşəli  yağlar  təyin  olunur.  Tərkibində  yüksək  miqdarda 
kalium  duzuna  malik  olan  (300-400  ml)  məhsullar  məsləhət 
(bişmiş  kartof,  balqabaq,  ərik,  yunan  qabağı,  gavalı)  görülür. 
Arterial təzyiqin bir az qalxması zamanı (140/90 mm civə sütunu) 
çuğundur şirəsi, quş üzümü, başınağacı, qara üvəz; anemiya zama-
nı-dəmirlə,  foli  turşusu  və  kobaltla  zəngin  olan  (çiyələk,  meşə 
çiyələyi,  alma,  nar,  üzüm,  naringi  şirəsi,  təzə  kələm)  məhsullar 
məsləhət görülür. 
Xroniki nefritin hipertonik forması zamanı zülalın miqdarı 1-
1,2  kq-dək  azaldılır.  Zülala  olan  təlabat  əsasən  yumurta  və 
kartofun hesabına ödənilir ki, bunların da tərkibində bütün əvəz-
olunmayan  aminturşuları  vardır.  Ətin  tərkibində  natrium  çox 
olduğundan o, məhdudlaşdırılır. Xörək duzu rasionda 1-ci hamilə-
lik dövründə 4-5 q-dək ikinci, hamiləlik dövründə isə 2-3 q azal-
dılır.  Qalan  nutrientlər  rasiona  nefrotik  sindromda  olduğu  kimi 
daxil olur.  
Xroniki nefritin qarışıq formasında pəhrizin kimyəvi tərkibi, 
xəstəliklərin əsas kliniki təzahürləri nəzər alınmaqla, yəni hiperto-
nik və şişmə sindromlarının əlamətlərindən hansının üstünlük təş-
kil etməsi ilə əlaqədar olaraq müəyyən olunur. 
Qidanın  dad  keyfiyyətlərinin  yaxşılaşdırılması  üçün  bişmiş 
soğan, sarımsaq, bibər, cəfəri, şüyüd və xardalın istifadəsinə icazə 
verilir. Tərəvəz və meyvələr çiy, qızardılmış, bişmiş və pörtlədil-
miş halda istifadə edilə bilər. 
Rasionların  gündəlik  kaloriliyi  hamiləliyin  1-ci  yarısında 
2700-2800 kkal, 2-ci yarısında isə 3000-3200 kkal olur. 


326
 
Bir günlük rasion seçimi (hamiləliyin 1-ci və 2-ci yarısı üçün) 
aşağıdakı  kimidir(qramla):  balıq-100,  yağsız  şor-150,  kefir-200, 
süd-200, xama-20, bitki yağı-25, kərə yağı-20, buğda çörəyi-250, 
şəkər-40,  yarma  və  makaron  məmulatları-60,  kartof-200, 
çuğundur və yerkökü hərəsi-100, kələm-150, baş soğan-35, digər 
tərəvəzlər-200,  meyvə-giləmeyvə-300,  itburnu  həlimi  200  və 
yumurta-2  ədəd.  Sərbəst  maye  hamiləliyin  1-ci  və  2-ci 
mərhələlərində müvafiq olaraq 1200 və 1000 ml olmalıdır.  
Xroniki  qlomerulonefrit  xəstəliyi  olan  hamilə  qadınlar  üçün 
birgünlük menyu (hamiləliyin birinci və ikinci yarısı üçün). 
Birinci səhər yeməyi: omlet (130 q), və ya ət, və ya balıq (suda 
bişmiş -75-100 q), xamalı yerkökü kotleti (240/10 q) və ya südlü 
düyü sıyığı (200 q); süd və ya südlü çay (200 q). 
Ikinci səhər yeməyi: pendir qutabı (120 q) və ya yerkökü şor 
suflesi (150 q) və ya suda bişmiş yunan qabağı (200 q), alma və ya 
ərik şirəsi (100 q). 
Nahar: düyü və ya qarabaşaq şorbası və ya vegetarian borşu, 
və ya çuğundur şorbası, və ya turş təzə kələm şorbası (250 q); suda 
bişmiş ətdən qulyaş (75 q) və ya buğda bişmiş balıq kotleti (100 
q), və ya suda bişmiş balıq (100 q); çuğundur və ya kartof püresi 
(200 q); və ya suda bişmiş kələm (200 q); təzə tərəvəz salatı (100 
q); təzə meyvədən kompot və ya kisel (200 q), və ya tomat şirəsi 
(200 q). 
Günorta qabağı: alma və ya ərik şirəsi, və ya quru meyvələr-
dən  kompot  (100  q),  və  ya  yumurta  (1ədəd)  və  ya  suda  bişmiş 
balqabaq yağ ilə (200 q), və ya suda bişmiş yunan qabağı (200 q). 
Şam: suda bişmiş kartof, pörtlədilmiş kələm ilə (100/80 q) və 
ya tərəvəz raqusu (200 q), şəkərsiz şor zapekankası (100 q) və ya 
şor (200 q), və ya qarabaşaq sıyığı (200 q); süd və ya çay (200 q). 
Yatmazdan əvvəl kefir (150 q). 
Xroniki pielonefrit. Pəhrizə olan əsas təlabat və qidanın mət-
bəx işlənməsi xroniki nefritdə olduğu kimidir. 
Xəstələr kifayət qədər maye qəbul (gündə 1,5 litrədək) etmə-
lidirlər.  Kompotlar,  kisel,  süd,  meyvə  və  tərəvəz  şirələri  və  zəif 


327
 
minerallaşmış su məsləhət görülür. Xüsusilə quşüzümü və tərki-
bində xeyli miqdarda natrium-benzoat olan mərsin morsu çox fay-
dalıdır.  Sonuncu  qaraciyərdə  amin-sirkə  turşusunun  təsirindən 
hippur turşusuna çevrilir ki, bu da böyrəklərdə və sidik ifrazatı yol-
larında bakteriostatik təsir göstərir.  
Xörək duzunu ancaq şişmə və hipertenziya olan zaman məh-
dudlaşdırırlar. 
Piylənmə. Piylənmə zamanı hamiləlik və doğuş çətinliklə ke-
çir, dölün və yeni anadan olan uşağın inkişafı pozulur. Hər şeydən 
əvvəl  piylənmənin  mübadiləli-alimentar  formasına  rast  gəlinir, 
çünki  müalicəvi  qidalanma,  hamiləlik  zamanı,  bu  patalogiyanın 
əsas müalicə üsulu sayılır. Birinci dərəcəli piylənmə zamanı (bə-
dən  çəkisi  normadan  10-29%  artıq  olur)  sağlam  hamilə  qadınlar 
üçün  məsləhət  görülən  rasionla  kifayətlənmək  olar.  II  və  III 
dərəcəli piylənmə zamanı (bədən çəkisi normadan müvafiq olaraq 
30-49% və 50-99% arıtıq olur) az kalorili, kimyəvi tərkibinə görə 
balanslaşdırılmış pəhriz təyin etmək lazımdır. Belə pəhriz bütün 
hamiləlik dövrünə təyin edilməlidir. Əgər müalicə prosesi zamanı 
xəstənin bədən çəkisinin artması və ya azalması müşahidə olunar-
sa rasiounun təyinatında düzəliş edilməlidir.  
Pəhrizin kimyəvi tərkibi belədir: zülallar 100-120 q, bu zaman 
heyvan mənşəli zülalların miqdarı-50%-dən az olmamalı, karbo-
hidratlar-200  q-dək,  yağlar-80  q  olmalıdır.  Rasionun  gündəlik 
kaloriliyi 1900-2100 kkal-dən çox olmamalıdır.  
Hamiləliyin  I  və  II  yarısı  üçün  rasion  təxminən  eynidir. 
Piylənmə zamanı rasionların kaloriliyi əsasən karbohidratların he-
sabına azaldılır. Bu məqsədlə sellüloza ilə zəngin olan az kalorili 
məhsullar (kobud üyünmə ununun çörəyi, tərəvəzlər, və meyvələr) 
məsləhət görülür.  
Hamilə  qadınların  pəhrizindən  iştaha  yaradan  kəskin,  duzlu 
xörəklər və ədviyyat çıxarılır. Xörək duzunun da miqdarı azaldıl-
malıdır,  çünki  o,  orqanizmdə  mayenin  ləngiyib  qalmasına  şərait 
yaradır. 
Birinci xörək kimi, tərəvəzli şorba, həftədə 2-3 dəfə isə zəif ət 
və ya balıq bulyonu məsləhət görülür. Ət və quş ətini (yağsız mal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə