Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   95   96   97   98   99   100   101   102   ...   116

319
 
Saat 21-də qatıq, kefir və ya digər südturşusu məhsulları bal 
və ya şəkərlə. 
Payızda:  
1-ci  səhər  yeməyi:  pomidor,  xiyar,  kartof  və  digər  mövsüm 
tərəvəzlərindən bitki yağı və  ya xama ilə salat; qatıqlı şor; südlü 
çay və ya kofe yağ ilə. 
2-ci səhər yeməyi: südlü lapşa, qızardılmış balqabaq mürəbbə 
ilə. 
Nahar: turş kələm şorbası və ya kartoflu, təzə xiyarlı, yerköklü 
və xamalı şorba (vegetarian və ya ət bulyonunda); pörtlədilmiş ət 
və  ya  qarnirli  kotlet;  tərəvəzlərdən:  təzə  pomidor;  bişmiş  südlü 
alma. 
Şam: pörtlədilmiş  yunan qabağı,  yunan qabağından aladi və 
ya qızardılmış yunan qabağı, südlü çay kökə ilə. 
Saat 21-də qatıq (kefir və ya alma). 
 
4.3.4. Patologiyalı hamilə qadınların qidalanması 
Hamilə  qadınların  ürək-damar  sistemi  xəstəliyi  zamanı 
qidalaması. Qidalanma müxtəlif orqan və sistemlərin funksional 
vəziyyətinin,  mübadilə  proseslərinin  normallaşmasına,  orqaniz-
min  immun  xüsusyyyətlərinin  və  müqavimətinin  artırılmasına, 
bütün orqanlarda və toxumalarda qan dövranının yaxşılaşdırılma-
sına yönəlmişdir. O, orqanizmdən azotlu şlakların, tam oksidləş-
məmiş  mübadilə  məhsullarının  kənar  olunmasına,  asidozun 
azalmasına,  orqanizmin  və  dölün  oksigen  çatışmazlığına  qarşı 
adaptasiyasını artırmalıdır.  
Ürək-damar  xəstəliklərinə  malik  olan  hamilə  qadınlar  üçün 
məsləhət  görülən  qida  optimal  miqdarda  tamqiymətli  zülallara 
malik olması ilə xarakterizə olunur. Bu zülalların tərkibində xolin, 
metionin,  tirozin,  lipotrop  maddələr,  suda  həll  olan  vitaminlər; 
yüksək  miqdarda  kalium,  maqnezium  və  məhdud  miqdarda 
natrium düzları, heyvani yağ və karbohidratlar olur.  
Ürəyin  revmatik  qüsuru zamanı pəhriz qeyri-spesifik desen-
sibilizasiya vasitəsi olmaqla, orqanizmin immun xüsusiyyətini və 


320
 
müqavimətini artırmalı, böyrəküstü vəzin funsksiyasını gücləndir-
məlidir.  
Ürəyində revmatik qüsur olan hamilə qadınlarda yağ mübadi-
ləsinin  xüsuiyyətlərindən  asılı  olaraq  doymuş  yağ  turşularına 
malik  olan  yağların  miqdarının  mötədil  məhdudlaşdırılması  və 
rasiona doymamış yağ turşularının (zeytun, günəbaxan, qarğıdalı 
yağları), həmçinin xolesterinlə zəngin olan məhsulların daxil edil-
məsi məqsəduyğundur, çünki onlar steroid hormonlarının sintezi 
üçün vacibdir. 
Hamiləliyin  birinci  yarısında  pəhrizin  tərkibinə  zülallar-80q 
və karbohidratlar-300q olmaqla rasionun gündəlik kaloriliyi 2400-
2700  kkal  təşkil  edən  maddələr  daxil  edilir.  Hamiləliyin  ikinci 
yarısında  zülalların  miqdarı  140  q-dək,  yağlar  90  q-dək  və 
karbohidratlar  -  350  q-dək  artır  və  bu  halda  rasionun  kaloriliyi 
2800-3000 kkal-dək yüksəldir. 
Hamiləliyin 1-ci və 2-ci yarısında rasionun mineral və vitamin 
tərkibi  aşağıdakı  kimi  olur:  natrium-xlorid  3-4  q,  kalium  5q, 
kalsium-1,5-1,6 q, fosfor-2 q, dəmir-30 mq, A-vitamini-2 mq, B
1
-
5 mq, B
2
-5 mq, B
3
-30 mq, B
6
-5 mq, B
12
-50 mkq, foli turşusu-800 
mkq, askorbin turşusu-300 mq, sərbəst maye bir litrədək. 
Hamiləliyin 1-ci  yarısında 1 günlük rasionun hazırlanmasına 
lazım olan məhsulların siyahısı aşağıdakı kimidir: balıq-200 mq, 
ət-100 q, yağsız şor-200 q, süd-300 q, xama-20 q, kərə yağı-10 q, 
bitki yağı-20 q, yumurta-1 ədəd, 1 yumurtanın zülalı, şəkər-30 q, 
çovdar çörəyi-100 q, buğda çörəyi-100 q, qarabaşaq yarması-50 q, 
kartof-150  q,  kələm-100  q,  çuğundur-100  q,  yerkökü-100  q,  baş 
soğan-35  q,  pomidor  və  digər  tərəvəzlər-200  q,  meyvə  və 
giləmeyvə-300 q, mövüc və ərik qurusu-100 q. 
Hamiləliyin  2-ci  yarısında  ətin miqdarını  110  q, şoru-250 q, 
çovdar çörəyini-150 q, kartofu 180 qrama qədər artırmaq lazımdır.  
Revmatk ürək qüsuru  olan hamilə qadınlar üçün bir  günlük 
menyu (hamiləliyin 1-ci və 2-ci yarısı üçün) aşağıdakı kimi olur:  
Birinci səhər yeməyi: kərə yağı (10 q), zülal omleti (100 q) və 
ya  soyutma  yumurta  və  ya  soyutma  balıq  (100  q);  təzə 
tərəvəzlərdən salat və ya vineqret (100 q), çay (200 q). 


321
 
Ikinci səhər yeməyi: pendir qutabı və ya xamalı şor (150 q), 
süd və ya ərik şirəsi (200 q). 
Nahar: turş kələm və ya tərəvəz şorbası və ya vegetarian borşu 
(250  q);  qoyun  və  ya  toyuq  ətindən  tefteli  və  ya  suda  bişmiş  ev 
dovşanı  (100  q);  qarabaşaq  və  ya  yulaf  sıyığı  (200  q),  və  ya 
çuğundur  və  ya  yerkökü  püresi  (100  q);  ərik  qaxından  və 
mövücdən hazırlanan kompot (100 q). 
Günorta yeməyi: alma, yağsız şor (150 q) və ya buğa verilmiş 
qara gavalı (50 q) və itburnu həlimi (100 q). 
Şam: pendir qutabı ilə vareniklər (150 q) və ya xamalı tərəvəz 
raqusu (125/10); südlü çay və ya süd (100 q). 
Yatmazdan əvvəl –kefir (150 q). 
Gün ərzində çovdar çörəyi (100q), buğda çörəyi (100 q). 
Hipertoniya  xəstəliyi  olan  hamilə  qadınların  pəhrizi.  Bu 
pəhriz  mərkəzi  əsəb  sisteminin  yüksək  dərəcədə  oyanmasının 
azaldılmasına, böyrəklərin funksional vəziyyətinin yaxşılaşması-
na,  böyrəküstü  vəzlərin  dərisinin  funksiyasının  azaldılmasına, 
mübadilə  prosesinin  normallaşmasına  yönəldilmişdir.  Pəhrizdə 
tərkibində  kalium,  maqnezium  olan  məhsulların  miqdarı 
çoxaldılmalıdır  ki,  damara  hərəkətverici  mərkəzin  qıcıqlanması-
nın sıxılmasına hipotenziv təsir yaransın. Eyni zamanda tərkibin-
dən  xlorid,  xolesterin  və  yağ  yurşuları  olan  məhsulların  miqdarı 
azaldılmalıdır. 
Pəhrizin  tərkibində  xolesterini  olan  heyvan  mənşəli  yağların 
və  digər  məhsulların  tam  çıxarılması  yol  verilməzdir,  çünki  bu, 
damarların keçiricilik qabiliyyətinin artmasına, orqanizmin A və 
E vitaminləri ilə kasadlaşmasına, öd piqmentlərinin prostoqlandin-
lərin,  cinsi  hormonların,  böyrəküstü  və  hipoviz  vəzlərinin  qabıq 
hormonlarının sintezinin pozulmasına səbəb olur. 
Hamiləliyin  birinci  yarısında  pəhriz  qidalanmanın  kimyəvi 
tərkibi aşağıdakı kimi olmalıdır: zülal-120 q, yağlar-80 q, karbo-
hidratlar-350 q. Bu halda gündəlik rasiounun kaloriliyi 2400-2800 
kkal olur. Hamiləliyin 2-ci yarısında zülallar 130 q, yağlar 90q və 
karbohidratların miqdarı 450 q-a çatdırılmaqla gündəlik rasionun 
2800-3400 kkal-yə qədər artırılması tələb olunur. Sərbəst mayenin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə