Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   96   97   98   99   100   101   102   103   ...   116

322
 
miqdarı ümumilikdə gün ərzində 1-1,2 litr olmalıdır.  
Rasionun  mineral  və  vitamin  tərkibi  (1-ci  və  2-ci  hamiləlik 
dövründə) aşağıdakı kimi olur: natrium-xlorid 3q-a qədər, kalium-
6 q, kalsium-1,5 q, fosfor-2,8 q, dəmir-20 mq, A-vitamini-2,5 mq, 
B
1
-3 mq, B
2
-5 mq, B
3
-10 mq, B
6
-5 mq, B
12
-50 mkq, foli turşusu-
800 mkq, askorbin turşusu-300 mq. 
Hamiləliyin  1-ci  yarısında  1  günlük  rasion  hazırlamaq  üçün 
lazım olan məhsulların siyahısı aşağıdakı kimidir: balıq-100 q, ət-
100 q, şor-200 q, kefir-200 q, süd-250 q, kərə yağı-20 q, xama-20 
q,  bitki  yağı-25  mq,  yumurta-1  ədəd,  şəkər-40  q,  yarma-60  q, 
çovdar çörəyi-150 q, buğda çörəyi-100 q, kartof-200 q, kələm-200 
q, meyvə-giləmeyvə və ya şirə-300 q. Hamiləliyin 2-ci yarısında 
əti  110,  balığı-110  q,  bitki  yağını-30  q,  çovrad  çörəyini-200  və 
buğda  çörəyini  150  qrama  qədər  artırmaq  tələb  olunur.  Qalan 
məhsullar  da  1-ci  hamiləlik  dövründə  olduğu  miqdarda  təyin 
olunur.  
Ürək-damar  xəstəlikləri  olan  hamilə  qadınlar  üçün,  xüsusilə 
hipertoniya xəstəliyi zamanı suda bişirilmiş ət və balıq, ədviyyat 
(xardal,  qıtığotu,  bibər),  tünd  çay  və  kofe  məsləhət  görülmür. 
Spirtli içkilərin qəbulu isə qəti yol verilməzdir. Bütün məhsullar 
əsasən  suda  bişirilməklə,  hərdən  bir  konservləşdirilərək  pörtül-
məklə hazırlanır. Qida təzə və dadlı olmaqla çox isti olmamalıdır. 
Xroniki  hepatoxolesistit  xəstəliyi  olan  hamilə  qadınların 
qidalanması.  Qidalanma  qaraciyərin  və  öd  ifraz  edən  yolların 
pozulan funksiyalarının bərbasına, qlikogen toplanmasının artma-
sına,  orqanın  yağ  infiltrasiyasının  azalmasına,  həmçinin  orqa-
nizmdə  immunbioloji  prosesləri  stimullaşdırmağa,  mübadilənin 
pozulmasının normallaşdırılamsına köməklik etməlidir. 
Xroniki  hepatoxolesistit  xəstəliyi  olan  hamilə  qadınlar  üçün 
əsas zülal növü süd və süd məhsullarının zülal kazeinidir. O, yaxşı 
həzm olunur, tez və asan sorulur. Südün zülalı optimal əvəzolun-
mayan aminturşuları dəstinə malik olur.  
Metionin, xolin və lesitinin olması, qaraciyərin yağ distrofiya-
sının  inkişafına  maneçilik  törədir.  Süd  və  şorla  orqanizmə  vi-
taminlər, kalsium duzları daxil olur ki, bu da ödün qələviləşməsinə 


323
 
köməklik edir. Lipotrop maddələr (metonin, inozit) ətin və balığın 
tərkibində olduğundan belə xəstələrin rasionuna daxil edilməlidir. 
Pəhrizdə,  xolesterinlə  zəngin  olan  (yağlı  ət  sortları,  balıq, 
beyin) məhsullar məhdudlaşdırılmalı, eyni zamanda rasionda bitki 
yağlarının payı artırılmalıdır. Heyvani  yağlardan kərə yağı, bitki 
yağlarından  isə  günəbaxan,  qarğıdalı,  zeytun  yağları  məsləhət 
görülür. Digər müsbət keyfiyyətləri ilə yanaşı, yağlar həm də öd 
ifrazını stimullaşdırır.  
Hər  gün  bitki  yağı  istifadə  edilməsi  məsləhət  görülür,  çünki 
onların  tərkibində  həyati  vacib  olan  doymamış  yağlardan  başqa 
hamiləliyin normal inkişafı üçün vacib olan E vitamini də vardır. 
Xroniki hepatoxolesistit xəstələrinin pəhrizində kifayət qədər 
tərəvəz və meyvələr olmalıdır. Ən vacibləri təzə və ya turşudulmuş 
kələm, balqabaq, çuğundur, qarpız, yemiş, gavalı,  ərik və üzüm-
dür. Bu məhsullar kalium, maqnezium, dəmir və vitaminlərlə zən-
gin  olub,  qəbizliyi  aradan  qaldırır,  öd  qabarcığının  sfinkterinin 
(dəliyi daraldan həlqəvi əzələ) açılmasına köməklik edərək, ödün 
bağırsağa tökülməsinə səbəb olur.  
Hamiləliyin 1-ci yarısında pəhrizin kimyəvi tərkibi aşağıdakı 
kimi  tövsiyə  olunur  (qramla):  zülallar-120,  yağlar-80, 
karbohidratlar-400;  gündəlik  rasionun  kaloriliyi  isə  -  2600-2800 
kkal. Hamiləliyin 2-ci yarısında zülalların miqdarı-140, yağlar-20 
və  karbohidratlar-450  qrama  çatdırılmaqla,  rasionun  kaloriliyi 
3000-3200 kkal-ə çatdırılmalıdır. 
Rasionun  mineral  və  vitamin  tərkibi  (1-ci  və  2-ci  hamiləlik 
dövründə) aşağıdakı kimi olur: natrium-xlorid 5-6 q, kalium-10-
12 q, kalsium-1,5-2 q, fosfor 2-2,5 q, dəmir-30 mq, A-vitamini-2 
mq, B
1
-4-6 mq, B
2
-4-6 mq, B
3
-40-60 mq, B
6
-4-5 mq, B
12
-50 mkq, 
foli turşusu-800 mkq, askorbin turşusu-300-400 mq. 
Hamiləliyin  1-ci  yarısında  1  günlük  rasionun  hazırlanması 
üçün  məhsul  seçimi  aşıağıdakı  kimidir  (qramla):  balıq-100,  ət-
100,  yağsız şor-200, kefir-250, süd-250, xama-20, kərə  yağı-20, 
bitki  yağı-20,  çovdar çörəyi-100, buğda çörəyi-200, şəkər (bal)-
75,  yarma  və  makaron  məmulatı-100,  kartof-200,  kələm-100, 
çuğundur-80, yerkökü-70, baş soğan-35, meyvə-giləmeyvə-300.  


324
 
Hamiləliyin 2-ci yarısında balıq məhsullarının və ətin hər biri-
nin miqdarını 150, şoru-240 və bitki yağlarını-30qrama qədər ar-
tırmaq məsləhət görülür. Qalan məhsulların miqdarı 1-ci hamiləlik 
dövründə olduğu kimidir. 
Bir günlük menyu (1-ci və 2-ci hamiləlik dövrləri üçün) belə 
olur: 
Birinci səhər yeməyi: zülal omleti (130 q) və ya yerkökü-şor 
suflesi (250 q, və ya suda bişirimiş balıq (150 q); tərəvəzlərin bitki 
yağında salatı (100 q); çay və ya itburnu həlimi (200 q). 
İkinci səhər yeməyi yağsız şor pastası (160 q) və ya təzə şor 
(150  q),  suda  bişirilmiş  treska  (150  q),  süd  və  ya  itburnu  həli-
mindən (200 q) ibarət olur. 
Nahar:  təzə  kələmdən  hazırlanan  turş  şorba  və  ya  tərəvəz 
şorbası soyutma ət ilə və ya vegetarian borşu (250 q), mal əti tef-
telisi və ya buğda bişmiş balıq kotleti və ya suda bişmiş ev dovşanı 
(100-150 q); qarabaşaq sıyığı və ya kartof, çuğundur püresi (140 
q);  tərəvəz  salatı  və  ya  vineqret  (100  q);  ərik  qurusu  və  mövüc 
kompotu və ya ərik şirəsi (200 q). 
Qəlyanaltı:  yağsız  şor  və  ya  şor  süflesi  (150  q),  ərik,  alma 
şirəsi və ya itburnu həlimi (200 q). 
Şam: suda bişmiş balıq (150 q) və ya vareniki (120 q), və ya 
suda bişmiş ətdən raqu bitki yağında tərəvəzlə (50/240); şirə (100 
q). 
Yatmazdan əvvəl-kefir (200 q). 
Gün ərzində -çovdar çörəyi (100 q); buğda çörəyi-(100 q). 
Xroniki  qlomerulonefrit  xəstəliyi  olan  hamilə  qadınların 
müalicəvi  qidalanması.  Xəstəliyin  forma  və  mərhələsindən  asılı 
olaraq pəhrizə iltihab, desensibilizə edən, antianimiya, sidikqovu-
cu və hipotenziv təsir edən maddələrlə zəngin olan məhsullar daxil 
edilir. 
Xəstəliyin yüngül formasında, böyrəklərin azot-ifrazat funksi-
yasının  az  pozulma  hallarında,  ekstrarenal  vəziyyət  olmadıqda 
(hipertenziya, şişmək), qidalanmada minimal məhdudiyyət qoyu-
lur. Gündəlik rasiona 90-120 q zülal (1 kq hamilə qadın çəkisinə 
1,5 q), 80 q yağ, 400-450 q karbohidratlar, 6-7 q xörək duzu, 1-ci 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə