Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   98   99   100   101   102   103   104   105   ...   116

328
 
əti,  ev  dovşanı,  toyuq),  həmçinin  balığı  (sudak,  treska,  navaqa, 
sazan) suda bişirilmiş formada; həftədə bir dəfə-qızardılmış və ya 
üzərinə  şirə  tökülmüş  formada  istifadə  etmək  məsləhət  görülür. 
Qarnir kimi, tərəvəzlər təbii halda ( turşudulmuş və ya təzə kələm, 
noxud, salat, turp, xiyar, pomidor, kabaçki) istifadə olunur. Bərk 
bişmiş  yumurta;  yağsız  şor  istənilən  formada,  içkilərdən:  tünd 
olmayan çay, südlü kofe, tomatlı və meyvə-giləmeyvə şirələri (turş 
meyvə-giləmeyvə  sortlarından)  məsləhət  görülür.  Sərbəst  maye 
gün ərzində 1 litr təşkil edir.  
Hamilə qadınlarda piylənmə zamanı rasionun bioloji dəyərini 
yüksəltmək  üçün  midiya,  dəniz  kələmi  və  s.  dəniz  məhsulları 
məsləhət  görülür.  Dəniz  məhsullarında  əvəzolunmayan  amintur-
şuları, mikroelementlər, o cümlədən yod olur. 
Bir günlük rasionun hazırlanamsı üçün lazım olan məhsulların 
siyahısı aşğıdakılardır (1-ci  və 2-ci  hamiləlik dövrləri üçün):  ət-
150 q, balıq-160 q, süd-250 q, kefir-200 q, yağsız şor-200 q, xama-
15 q, kərə yağı-20 q, bitki yağı-20 q, yumurta-1 ədəd, şəkər-1 q, 
çovdar çörəyi-150 q, yarma və makron məmulatları-30 q, kartof-
50 q, kələm-100 q, çuğundur-50 q, yerkökü-50 q, tomat və digər 
tərəvəzlər-200 q, meyvə və giləmeyvə (şirin omayan sortlar) və ya 
şirə-150 q. 
Piylənmiş  hamilə  qadınların  bir  günlük  menyusu  (birinci  və 
ikinci hamiləlik dövrü üçün). 
Birinci səhər yeməyi: suda bişirilmiş mal əti (120 q) və ya şor 
suflesi (170 q), və ya zülallı, xamalı omlet (60 q); xiyar, pomidor 
(200 q); süd və ya südlü kofe (200 q). 
Ikinci səhər yeməyi: yumurta (1 ədəd) və ya yağsız şor (170 
q) və ya sardelka (150 q) və ya vareniki 120 q); şirə və ya çay (200 
q). 
Nahar: vegetarian çuğundur şorbası və ya tərəvəz şorbası və 
ya  vegetarian  borşu  (250  q),  suda  bişirilmiş  balıq,  bitki  yağı  və 
xiyarla (150/150 q), və ya soyutma dil, yulaf və ya qarabaşaq sıyığı 
ilə (50/100 q). 
Qəlyanaltı: itburnu həlimi, tomat şirəsi (200 q) və ya meyvə, 
giləmeyvə (150-200 q). 


329
 
Şam: yerkökü-şor pudinqi (150 q) və ya xamalı, zülallı omlet, 
(100 q), və ya şor suflesi (170 q); isladılmış qara gavalı (100 q) və 
ya təzə kələm salatı (100 q). 
Yatmazdan əvvəl –kefir (200 q). 
Gün ərzində-çovdar çörəyi - (150 q). 
  
 


330
 
BEŞİNCİ FƏSİL  
 
TƏLƏBƏLƏRİN SƏRBƏST İŞLƏRİNİN TƏŞKİLİ ÜÇÜN 
MATERİALLAR 
 
TESTLƏR 
 
1.  Bütün  qida  məhsullarını  neçə  böyük  qrupa  bölmək 
olar? 
a)2 ; b)3; c)4 ; d)5; e)6. 
2. Hal-hazırda dünyada ümumi qida məhsulları arasında 
funksional qida məhsullarının payı neçə % təşkil edir?  
a) 10%-dən az; b) 15; c) 20; d) 30 ; e) 40%. 
3.  Dünya  bazarında  funksional  qida  məhsullarının  neçə 
%-i  ABŞ, Yaponiya  və Mərkəzi  Avropa dövlətlərinin payına 
düşür ? 
a) 30%-i ABŞ, 35%-Yaponiya, 20%-dən çox Mərkəzi Avropa 
dövlətlərinin; 
b) 20%-i ABŞ, 35%-Yaponiya, 40%-dən çox Mərkəzi Avropa 
dövlətlərinin; 
c) 40%-i ABŞ, 25%-Yaponiya, 30%-dən çox Mərkəzi Avropa 
dövlətlərinin; 
d) 10%-i ABŞ, 15%-Yaponiya, 10%-dən çox Mərkəzi Avropa 
dövlətlərinin ; 
e) 30%-i ABŞ, 45%-Yaponiya, 30%-dən çox Mərkəzi Avropa 
dövlətlərinin. 
4.  Dünya  bazarında  funksional  qida  məhsullarının 
istehsalında lider dövlətlər hansılardır ? 
a) Almaniya, Böyük Britaniya və Fransa; b) Almaniya, Böyük 
Britaniya, Rusiya və Fransa; c) Almaniya, Böyük Britaniya, İtaliya 
və Fransa; d) Böyük Britaniya və Fransa; e) Almaniya və Fransa. 
5. Qida inqredientləri hansılardır ? 
a) vitaminlər, mineral maddələr, qida lifləri, yarımdoymamış 
yağ turşuları, probiotiklər, prebiotiklər, sinbiotiklər və digər bir-
ləşmələr;  b)  qida  lifləri,  yarımdoymamış  yağ  turşuları;  c) 


331
 
sinbiotiklər və digər birləşmələr; d) mineral maddələr, qida lifləri 
və digər birləşmələr ; e) vitaminlər, prebiotiklər, sinbiotiklər.  
6. Vitaminlər nəyə görə vacib lazımdır ? 
a)  həzm  aparatının  normal  işi  üçün,  qan  yaratma  üçün, 
orqanların funksiyaları üçün, radiasiya, kimyəvi, toksiki təsirlər-
dən  orqanizmi  qorumaq  üçün;  b)  qan  yaratmaq  üçün;  c)  toksiki 
təsirlərdən  orqanizmi  qorumaq  üçün;  d)  həzm  aparatının  normal 
işi üçün; e) orqanların funksiyaları üçün. 
7.  Vitaminlərin  kifayət  qədər  qəbul  edilməməsi  insanın 
orqanizminə hansı mənfi təsiri göstərir? 
a) insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəiflə-
yir,  soyuq  dəymə  və  infeksiya  xəstəliklərinə  müqaviməti  azalır, 
əmək şəraitinin və xarici mühitin zərərli təsirinin orqanizmə mənfi 
təsiri güclənir, xəstəliyin keçməsi çətinləşir, onun müvəffəqiyyətli 
müalicəsi ləngiyir; 
b) fiziki və əqli iş qabiliyyəti zəifləyir; c) əmək şəraitinin və 
xarici mühitin zərərli təsirinin orqanizmə mənfi təsiri güclənir; d) 
istənilən xəstəliyin keçməsi çətinləşir; e) soyuqdəymə və infeksiya 
xəstəliklərinə müqaviməti azalır. 
8. A vitamini- (retinol) orqanizmə nə üçün lazımdır ? 
a) A vitamini- (retinol) orqanizmin böyümə və inkişafına, ske-
letin, tənəffüs, həzm aparatlarının, sidik qovuzu yolların formalaş-
ması üçün; 
b ) sidik qovuzu yolların formalaşması üçün;  
c) skeletin, formalaşması üçün; 
d) həzm aparatlarının formalaşması üçün;  
e) orqanizmin böyümsi, inkişafı və formalaşması üçün. 
9.  Qida  lifləri  hansı  spesifik  fizioloji  xüsusiyyətlərə 
malikdir ? 
a) bağırsağın fəaliyyətini stimullaşdırır, müxtəlif toksiki məh-
sulları (radionuklidləri, kanserogen maddələri, tam həzm olmayan 
qida  məhsulları)  adsorbsiya  edir,  lipid  mübadiləsini  intensiv-
ləşdirir,  xolesterinin  qana  sorulmasının  qarşısını  alır,  bağırsağın 
mikroflorasının tərkibinin normallaşmasında iştirak edir və çürü-
mə prosesinin qarşısını alır; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə