Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   101   102   103   104   105   106   107   108   ...   116

338
 
dəyməyə qarşı müsbət təsir edir.  
46. Maqneziumun orqanizmdə fəaliyyəti nədən ibarətdir ? 
a) damar genişləndirmə xüsusiyyətinə malik olub, bağırsağın 
fəaliyyətini və öd ayrılmasını stimullaşdırır; b) bağırsağın fəaliy-
yətini stimullaşdırır; c) öd ayrılmasını stimullaşdırır; d) damar ge-
nişləndirmə xüsusiyyətinə malikdir; e) mədə-bağırsağın fəaliyyə-
tini stimullaşdırır.  
47. Kalium –orqanizmdə nəyi tənzimləyir ? 
a)  toxumaların  su  saxlama  qabiliyyətini  nizamlayır,  kalium 
ionları və ürək əzələlərinin tonusunu və avtomat rejimdə işləməsi-
ni, böyrəküstü vəzilərin funksiyasını; b) toxumaların su saxlama 
qabiliyyətini;  c)  ionları  və  ürək  əzələlərinin  tonusunu;  d)  ürək 
əzələlərinin tonusunu və avtomat rejimdə işləməsini; e) ürək-da-
mar xəstəliklərini.  
48. Natriumun – hüceyrələrdə fəaliyyəti nədir ? 
a)  hüceyrələrdə  osmotik  təzyiqin  saxlanılmasında,  su-duz 
mübadiləsində,  turşu-qələvi  müvazinətinin  nizamlanmasında, 
əsəb impulslarının ötürülməsində iştirak edir, qida-həzm ferment-
lərininh tərkibinə daxil olur; b) hüceyrələrdə osmotik təzyiqin sax-
lanılmasında iştirak edir; c) su-duz mübadiləsində iştirak edir; d) 
natrium – əsəb impulslarının ötürülməsində iştirak edir; e) natrium 
–fermentlərininh tərkibinə daxil olur.  
49. Fosforun orqanizmdə fəaliyyəti nədir ? 
a)  fosfor–kalsiumla  birgə  sümük  toxumasının  hüceyrə 
membranının  qurulmasında  iştirak  edir,  karbohidrat  və  enerji 
mübadiləsini  fosfor  tərkibli  birləşmələrin  (AÜF,  AİF  və  s.)  kö-
məkliyi ilə təmin edir; b) fosfor–kalsiumla birgə sümük toxuması-
nın  hüceyrə  membranının  qurulmasında  iştirak  edir;  c)  fosfor  – 
karbohidrat mübadiləsini təmin edir; d) fosfor –enerji mübadiləsi-
ni təmin edir; e) fosfor –fosfor tərkibli birləşmələrin (AÜF, AİF və 
s.) köməkliyi ilə fəaliyyət göstərir.  
50. Dəmirin insan orqanizmində rolu nədir ? 
a) orqanizmdə vacib zülalların qurulmasında iştirak edir, insan 
orqanizminə  düşən  yadcinsli  maddələrin  zərərsizləşdirilməsində, 


339
 
peroksidaza fermentinin dəmiri immunitetin saxlanmasında , qal-
xanvari vəzinin hormonlarının sintezində iştirak edir;  
b)  orqanizmdə  vacib  zülalların  qurulmasında  iştirak  edir;  c) 
insan orqanizminə düşən yadcinsli maddələrin zərərsizləşdirir; d) 
peroksidaza fermentinin dəmiri immunitetin saxlanmasında iştirak 
edir; e) qalxanvari vəzinin hormonlarının sintezində iştirak edir.  
51. Misin insan orqanizmində rolu nədir ? 
a) mis, dəmirlə yanaşı qan yaranması prosesində mühüm rol 
oynamaqla, oksidləşmə  prosesini stimullaşdırır, fermentlərin tər-
kibinə  daxil  olur,  B  qrupu  vitaminlərini  aktivləşdirir;  b)  mis  də-
mirlə yanaşı qan yaranması prosesində mühüm rol oynayır;  
c) mis oksidləşmə prosesini stimullaşdırır; d) mis fermentlərin 
tərkibinə daxil olur; e) mis B qrupu vitaminlərini aktivləşdirir.  
52. Qidada yodun çatışmazlığından nə əmələ gəlir ? 
a) böyümə ləngiyir, fiziki və psixi pozuntular müşahidə olunur 
və zob xəstəliyi əmələ gəlir; b) böyümə ləngiyir; c) fiziki pozun-
tular; d) psixi pozuntular; e) zob xəstəliyi.  
53. Manqanın insan orqanizmində rolu nədir ? 
a)  polisaxaridlərin,  hemoqlobinin  sintezində  iştirak  edir;  b) 
polisaxaridlərin  sintezində  iştirak  edir;  c)  xolesterinin  sintezində 
iştirak edir; d) yağların sintezində iştirak edir; e) zülalların sinte-
zində iştirak edir.  
54. Sinkin insan orqanizmində rolu nədir ? 
a) fermentlərin tərkibinə daxil olub hipoviz vəzinin, böyrək-
üstü və mədəaltı vəzilərin normal funksiyası üçün vacibdir; b) fer-
mentlərin tərkibinə daxildir; c) hipoviz vəzinin normal funksiyası 
üçün vacibdir; d) böyrəküstü vəzilərin normal funksiyası üçün va-
cibdir; e) mədəaltı vəzilərin normal funksiyası üçün vacibdir.  
55. Selenin fizioloji rolu nədir ?  
a) qlütationperoksidaza fermentini aktivləşdirməsidir ki, bu da 
antioksidant sisteminin komponetlərindən biridir; 
b)  yodun  yaxşı  mənimsənilməsinə,  qalxanvari  vəzinin  hor-
monlarının yaranmasına köməklik edir ; 
c) antioksidant sistemini gücləndirən komponetlərdən biridir; 
d)  qalxanvari  vəzinin  hormonlarının  yaranmasına  köməklik 


340
 
edir;  
e) orqanizmdə yodun yaxşı mənimsənilməsinə köməklik edir.  
56. Kobaltın fizioloji dozası nəyə təsir edir ? 
a) dəmirin mənimsənilməsinə şərait yaradır, qan yaranmasını 
və immunoloji aktivliyi stimullaşdırır, əsəb sisteminin degenerativ 
dəyişməsinin qarşısını alır; b) qan yaranmasını tənzimləyir; c) im-
munoloji  aktivliyi  stimullaşdırır;  d)  əsəb  sisteminin  degenerativ 
dəyişməsinin qarşısını alır; e) fizioloji dozaları dəmirin mənimsə-
nilməsinə şərait yaradır, qan yaranmasını tənzimləyir.  
57. Orqanogen elementlərin insan orqanizmində miqdarı 
nə qədərdir ?  
a) 97,3%; b) 95%; c) 93,6%; d) 90%; e) 88%. 
58. Pektin maddələrinin əsas vacib xüsusiyyəti nədir ? 
a) kompleks əmələ gətirmə qabiliyyəti, ağır metalların ionları 
ilə qarşılıqlı təsirdə olub (qurğuşun, kobalt, civə, kadmium, xrom 
və sink) insan orqanizmindən radioaktiv elementləri orqanizmdən 
çıxarmaqdır; b) kompleks əmələ gətirmə qabiliyyətidir; c) ağır me-
talların  ionları  ilə  qarşılıqlı  təsirdə  olub  (qurğuşun,  kobalt,  civə, 
kadmium,  xrom  və  sink)  insan  orqanizmindən  radioaktiv 
elementləri  orqanizmdən  çıxarmaqdır;  d)  insan  orqanizminə 
müsbət təsir edir; e) maddələr mübadiləsini stabilləşdirir.  
59. 1 qram pektin neçə mq stronsiumla əlaqəyə girib onu 
kənarlaşdıra bilir ? 
a)  160-420  mq  stronsiumla;  b)  150-400  mq  stronsiumla;  c) 
160-320 mq stronsiumla; d) 120-520 mq stronsiumla; e) 110-220 
mq stronsiumla.  
60. Linol turşusuna olan günləlik tələbat neçə qram təçkil 
edir ? 
a) 6-10 qram; b) 4-6 qram; c) 6-8 qram; d) 6-7 qram; e) 4-5 
qram.  
61. Probiotiklərin rolu nədir ?  
a) probiotiklər-canlı mikroorqanizm və ya fermentləşmiş məh-
sul  olub,  insanın sağlamlığına, mikroekoloji  statusun  normallaş-
dırılması sistemini stimullaşdırmaq yolu ilə müsbət təsir göstərir
b)  probiotiklər-canlı  mikroorqanizm  və  ya  fermentləşmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə