86
Bioloji aktiv komponetlərin mənbəyindən biri də “Vetoron”
dur. Bu preparat “Akva-MDT” Korporasiyası tərəfindən buraxılır.
“Molekulyar kapsullaşdırma” yolu ilə patentləşmiş texnologiya
əsasında istehsal olunan bu preparat suda həll olan molekulyar bir-
ləşmə əmələ gətirir ki, bu da səthi-aktiv qida maddəsi beta-karo-
tindir. Preparatın suda həll olması və tərkibində beta-karotinin və
vitaminlərin çox olması, onun tez və tam mənimsənilməsini və
saxlanma zamanı yüksək bioloji səmərəliliyini təmin edir.
O, 2% beta-karotinə; 0,8% alfa – tokoferolasetata (E vitamini)
və 0,8% askorbin turşusuna malikdir.
“Vetoronun” klinik sınağı onun antioksidant və ümumi sti-
mullaşdırıcı təsirə malik olmasını təsdiq etmişdir.
Kalsiumlu əlavələrin istifadəsi. Orqanizmin həyat fəaliyyə-
tinin vacib minerallarından biri kalsiumdur. Kalsium çatışmazlığı
xüsusilə indiki zamanda sümüklərdə ən geniş yayılmış maddələr
mübadiləsinin pozulmasıdır. Bu hal osteoxondroz, qan azlığı, so-
yuq dəyməyə meyillilik, allergiya, herpes xəstəlikləri ilə müşayət
olunur. Son illər kalsiumun radioprotektor rolunu, xüsusilə
radioaktiv maddələr olan stronsium – 90 və sezium–137-yə qarşı
bu xüsusiyyətinin olmasını qeyd edirlər. Çörək-kökə məmulatları-
nın kimyəvi tərkibinin təhlili göstərir ki, əla sort undan alınan çö-
rəyin kalsiumla zənginləşdirilməsinə ehtiyac vardır.
Bu məqsədlə çörək-kökə məmulatlarına əlavə etmək üçün
kalsium qlisirin fosfatın, kalsium laktatın və yumurta qabığı tozu-
nun istifadə edilmə imkanları öyrənilir.
Yodlaşdırılmış çörək-kökə məmulatları. Müasir çörək-kökə
məmulatlarının çeşidlərinin təhlili göstərir ki, zənginləşdirilmiş
çörək-kökə məmulatlarının tərkibində yodun miqdarı 3,0-8,0
mkq/100q-dək olur ki, bu da gündəlik yoda olan tələbatın 2–6%-
ni təşkil edir.
Qida məhsullarının yodla zənginləşdirilməsi üçün, yodun 2
əsas kimyəvi formasına – kalium yodit və kalium
yodata üstünlük
verilir. Tədqiqatlar göstərir ki, duzun kalium yoditlə işlənməsi bir
o qədər səmərə vermir. Çünki, kalium yodit müqayisədə dayanıqlı
birləşmə deyildir. Son zamanlar Rusiyada xörək duzunu kalium