Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
70
şərait yaradır. O, miokard infarktının və onun fəsadlarının qarşısını ala bilir. 
Məlumdur ki, infarktdan sonra ürək əzələsi toxumalarının bir hissəsi məhv 
olur. Derinat vaxtında inyeksiya edildikdə, əzələ toxumaları məhv olmur və 
öz funksiyalarını bərpa edirlər. 
Derinat termik yanıqlarda da eff ektlidir. Onun applikasiyaları  kəskin 
ağrını kəsir, ağır infeksion fəsadların qarşısını almağa kömək edir, dəri ör-
tüyünü və onun elastikliyini bərpa edir. Yaralar dərin olduqda, toxumaların 
içində irin qalmasının qarşısını almaq məqsədilə həm də iynələr vurulur.
Beləliklə, nərəkimilər fəsiləsindən olan balıqların insan üçün əhəmiyyəti 
heç də onların qidalandırıcı xüsusiyyətləri ilə məhdudlaşmır. 


Nərəkimilər – dinozavrların həməsrləri
71
NƏRƏKİMİLƏR VƏ BİOMÜXTƏLİFLİYİN 
QORUNMASI PROBLEMİ
Biomüxtəlifl ik – “bioloji müxtəlifl ik”  ifadəsinin ixtisar edilmiş forma-
sı olaraq canlı orqanizmlərin genlərdən biosferə  qədər bütün formalarda 
müxtəlifl iyini bildirir. Biomüxtəlifl iyin  öyrənilməsi, istifadəsi və qorunub 
saxlanılması məsələlərinə bir çox dövlətlər tərəfi ndən Bioloji müxtəlifl ik haq-
qında Konvensiyanın (BMT-nin Ətraf mühit və inkişaf haqqında Konfransı, 
Rio-de Janeyro, 1992) imzalanmasından sonra böyük diqqət verilməyə baş-
landı. 
Biomüxtəlifl iyin üç əsas növü mövcuddur:
genetik müxtəlifl ik

 növ daxili müxtəlifl iyi  əks etdirir və  fərdlərin 
dəyişkənliyindən asılıdır;
növ müxtəlifl iyi

 canlı orqanizmlərin (bitkilərin, heyvanların, 
göbələklərin və mikroorqanizmlərin) müxtəlifl iyini əks etdirir. Bu vaxta qədər 
təxminən 1,7 milyon növ müəyyən edilmişdir, lakin müəyyən məlumatlara 
əsasən, onların ümumi sayı 50 milyona qədərdir; 
ekosistemlərin müxtəlifl iyi 

ekosistemlərin tipləri, müxtəlif yaşayış 
mühitləri və ekoloji proseslər arasındakı fərqləri əhatə edir. Ekosistemlərin 
müxtəlifl iyinin yalnız struktur və funksional komponentlərə görə deyil, həm 
də miqyasa görə - mikrobiogeosenozdan biosferə qədər olduğu qeyd edilir.
Bəzən ərazi quruluşunun xüsusiyyətlərini və cəmiyyətin yerli, regional 
və milli mədəniyyətlərinin təsirini əks etdirən landşaft ların müxtəlifl iyi də 
ayrıca kateqoriya kimi göstərilir. 
Bioloji müxtəlifl iyin bütün növləri bir-birindən qarşılıqlı asılıdır: gene-
tik müxtəlifl ik  növlərin müxtəlifl iyini  təmin edir. Ekosistemlərin və land-
şaft ların müxtəlifl iyi yeni növlərin yaranması üçün şərait yaradır. Növlərin 
müxtəlifl iyinin artması Biosferin canlı orqanizmlərinin ümumi genetik po-
tensialını yüksəldir. Hər bir növ müxtəlifl iyə öz töhfəsini verir – bu nöqteyi- 
nəzərdən yanaşıldıqda, lazımlı və lazımsız növlərin mövcud olmadığı aydın 
görünür. 
Yerin səthində növlərin müxtəlifl iyi qeyri-mütənasib şəkildə bölünmüş-
dür. Təbii yaşayış mühitlərində növlərin müxtəlifl iyi tropik zonada mak-


Q.M.Palatnikov, R.Y.Qasımov
72
simum dərəcədədir və en dairələri böyüdükcə azalır. Ekosistemlərin növ 
müxtəlifl iyinin  ən zəngin olduqları yerlər – yer səthinin təxminən 7%-ni 
təşkil edən və bütün növlərin 90%-dən çoxunun toplandığı yağıntılı tropik 
meşələrdir. 
Yerin geoloji tarixində biosferdə daim növlərin yaranması və yox olması 
baş verirdi – bütün növlərin mövcudluğu vaxtla məhdudlaşır. Məhv olma 
yeni növlərin  əmələ  gəlməsi ilə kompensasiya edilir və  nəticədə biosferdə 
olan növlərin ümumi sayı artırdı. Növlərin məhv olması insanın müdaxiləsi 
olmadan təbii təkamül prosesidir.
Son yüzillikdə insan fəaliyyətinin təsiri altında növlərin məhv olma 
sürəti təbii yollaməhv olmadan dəfələrlə çox olmuşdur (bəzi hesablamalara 
görə 40000 dəfə). Antropogen faktorların təsiri nəticəsində növlərin elimina-
siyası (məhv olması) səbəbindən bioloji müxtəlifl iyin azalması baş verir. Pla-
netin unikal genofondunun kompensasiya olunmayan və  bərpa edilməyən 
dağıdılması baş verir. 
İnsan fəaliyyəti nəticəsində növlərin eliminasiyası iki istiqamətdə baş verə 
bilər – bilavasitə  məhv edilmə (ovlanma) və dolayısı ilə  məhv edilmə (yaşa-
yış mühitinin pozulması, trofi k əlaqələrin pozulması). Normadan artıq ovlan-
ma növlərin sayının azalmasının  ən aydın və birbaşa  əsas səbəbidir, lakin bu 
səbəb dolayısı səbəblərə (məsələn, çayların kimyəvi tullantılarla çirklənməsi və 
meşələrin qırılması) nisbətən məhv olmaya daha az təsir edir. 
Nərəkimilərin misalında biz məhv edilmənin hər iki variantı ilə birlikdə 
üzləşirik. Bir tərəfdən həddən artıq nəzarətsiz ovlanma, digər tərəfdən isə 
sənaye və məişət tullantıları ilə çirklənmə nəticəsində yaşayış mühitinin ta-
razlığının pozulması.
Məhv olma təhlükəsi qarşısında qalmış növlərin qeydiyyata alınma-
sı üçün bir çox ölkələrdə Qırmızı Kitablar – canlı orqanizmlərin az təsadüf 
edilən və məhv olan növlərinin siyahısı yaradılır. 
Hal-hazırda nərəkimilərin əksər növləri Beynəlxalq Qırmızı Kitaba da-
xil edilmişlər. Biomüxtəlifl iyin qorunub saxlanılmalı olmasının çox səbəbləri 
var: bəşəriyyətin ehtiyaclarının ödənilməsi üçün bioloji resurslara olan ehti-
yac (qida, materiallar, dərmanlar və s), etik və estetik aspektlər (həyatın öz-
özlüyündə qiymətli olması) və s. Lakin biomüxtəlifl iyin qorunub saxlanıl-
masında  əsas məqsəd ekosistemlərin və ümumilikdə, Biosferin sabitliyinin 
təmin edilməsində (zəhərli maddələrin udulması, iqlimin sabitləşdirilməsi, 
həyat üçün yararlı  şəraitlərin yaradılması) onun tənzimlənməsində aparıcı 
rol oynamasıdır. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə