Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   2   3   4   5   6   7   8   9   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
6
da yazılar yazırdılar. Aristotel (bizim eradan əvvəl 384 -322 illər) qeyd edirdi 
ki, nərə dadlı balıqdır. O həmçinin yazırdı ki, bu balıqların üzmə qovuğun-
dan alınan jelatindən möhkəm yapışqan kimi istifadə olunurdu. Jelatindən 
həmçinin şərabın duruldulmasında istifadə edilirdi. İndiki dövrdə jelatin ba-
lıq yapışqanı adlandırılır. 
Siseron (bizim eradan əvvəl 106-43 illərdə) ziyafətlər üçün nərə balığı 
alarkən onun çox baha olmasından gileylənirdi. Şair Odissey isə (bizim era-
dan  əvvəl 45 il – bizim eranın 17-ci ili) nərə balığını balıqların  şahı kimi 
təsvir etmişdi. Böyük Pliniy (bizim eranın 23-79 illəri) ziyafətlər zamanı fl ey-
ta və truba sədaları altında gül çələngi ilə bəzədilmiş bütöv nərə balığının 
gətirilməsi və masaya qoyulmasından bəhs edirdi. Yunan yazıçısı Afi neyin 
sözlərinə inansaq, bizim eranın 2-ci əsrində  nərə balığı mühüm bayram 
və ziyafətlərdə  ən sevimli xörək idi. Bundan əlavə, Uelsdə Roma yaşayış 
məskənlərində aparılmış qazıntılar Roma imperiyasının uzaq sərhədlərində 
belə insanların nərə balıqlarının çoxaldılması ilə  məşğul olmasını sübut 
edir. 
Orta  əsrlərdə  nərə balıqlarının böyük sürüləri bir çox Avropa çayları, 
o cümlədən  İngiltərədə Temza, Fransada Sena və Jironda, İtaliyada Po, İs-
paniyada Ebro və Qvadalkvivira və Dunay çayının yuxarı hissəsinə  qədər 
üzürmüşlər. 
Almaniyada isə  nərə balıqları o qədər çox idi ki, əmək müqavilələrinə 
işçilərin həft ədə iki dəfədən artıq balıq yemək məcburiyyətini qadağan edən 
bənd salınmışdı.  
Bununla belə nərə balıqları çox yüksək qiymətləndirilirdi: Rusiya, Çin, 
Almaniya, Danimarka, Fransa və İngiltərə kimi bir çox dövlətlərin başçıları 
nərə balıqları üzərində öz hüquqlarını irəli sürürdülər. Nəticədə, balıqçılar 
ovladıqları balıqları dövlət başçılarına müəyyən edilmiş qiymətlərlə satmağa 
məcbur idilər. Nərə balığı zadəganların ən önəmli yeməklərindən idi. 
İngiltərə kralı  İkinci Henrinin (1133-1189-cu illər)  əmrinə  əsasən nərə 
balıqları kral hökmdarlığının mühafi zəsi altına keçmişdi. Daha sonra, 14-
cü əsrdə İkinci Eduard (1284-1327-ci illər) “kral balığı” haqqında sərəncam 
verdi. Bu sənədin surəti Kral Vindzor kitabxanasında hələ də saxlanılır. İndi 
Britaniya sularında nadir hallarda nərə balığı tutulanda, hökmdar hələ  də 
ovlanan balığa ilk hüququnu özündə saxlayır (lakin adətən balıqçının kral və 
ya kraliçaya təklif etdiyi balığın özündə saxlanması təklif olunur).
1240-cı ildə Batı xan tərəfi ndən təşkil olunmuş bir ziyafət barədə 
məlumatlar bu günə qədər saxlanılmışdır (Çingiz xanın nəvəsi Batı xan hərbi 


Nərəkimilər – dinozavrların həməsrləri
7
şücaətlərindən savayı xüsusi kulinar resept icad etməsinə görə  də  məşhur 
olmuşdu. O, ət tikələrini atın belinə düzməklə bütün gün ərzində atda gəzər 
və nəticədə ət həddən artıq bişmiş kimi yumşaq olurdu). Batının ziyafəti cökə 
balığından hazırlanmış  şorbadan başlardı  və sonra masaya qızardılmış iri 
nərə balığı verilirdi. Bunun ardınca angvil balığından hazırlanmış kulebya-
ka, içi xırda doğranmış göbələklə doldurulmuş çökələr və sonra şəkərlənmiş 
alma və kürü gələrdi. 
Nərə balıqlarına öz hüquqlarını həmçinin Fransa və Danimarka kimi 
bir çox ölkələrin hökmdarları da irəli sürürdü. 1165-cı ildə Araqon kralı 
İkinci Alfonso öz təbəələrinə azad şəkildə Ebro çayında balıq ovlamağa 
icazə vermişdi, lakin nərə balıqlarına olan hüququ özündə saxlamışdı. 
Fransada “le droit d’esturgeon” ifadəsinin mənası ondan ibarət idi ki, ça-
rın əmrinə əsasən Sena və Rona çayları ilə məhdudlaşdırılan ərazidə ov-
lanan bütün nərə balıqlarına olan hüquqlar aristokrat və ali ruhanilərdə 
saxlanılırdı. XVII əsrdə isə  məşhur maliyyə naziri Jan-Batist Kolber bu 
günə kimi qüvvədə olan nərə balıqlarının mühafi zəsinə yönəlmiş xüsusi 
məhdudiyyətləri tətbiq etdi. 
Rusiya da kənarda qalmamışdı. Burada kürü emalının öyrənilməsinə XII 
əsrdə başlanmışdı,  İvan Qroznının zamanında isə balıqçılar çarın masasını 
nərə balıqları ilə  təmin etməyə borclu idi. Bundan əlavə peşəkar ovçuların 
hökmdara ödəməli olduqları kürü vergisi mövcud idi. Aleksey Mixayloviçin 
1672-ci il tarixli əmrinə əsasən 50 saray ovçusunun hər biri ildə çara 30 ədəd 
balıq ödəməli idi. Bundan əlavə, Rusiyada və Macarıstanda bölgə balığının 
yaşadığı çay sahələri hökmdarların sərəncamlarına əsasən vassallara xüsusi 
xidmətlərinə görə verilirdi. 
Nərə balıqlarının “çar balığı” kimi qəbul olunması  ənənəsi Rusiyada 
inqilaba qədər saxlanılmışdı. Hər il balıqçılar II Nikolaya 11 ton seçilmiş 
qara kürü gətirərdi. Buna görə o, “bütün balıq ovlarının Böyük Hökmdar 
tərəfi ndən mənimsənilməsi”, yəni balıqçılığın dövlət inhisarına alınmasına 
sərəncam verən sələfi  I Pyotra minnətdar olmalı idi. İlk növbədə bu nərə ba-
lıqlarına aid idi. 
Eyni zamanda, XIX əsrin sonuna qədər Rusiyada ən ucuz və asanlıqla 
əldə olunan qida məhsullarından biri balıq idi ki, nərə balıqları bu siyahıda 
heç də sonuncu deyildi. A.P. Çexov Saxalin adasına səfərini təsvir edərkən 
yazmışdı ki, “yol kənarında təsadüf olunan hər bir yeməkxanada qıtığotu 
ilə duzlanmış bölgə balığına rast gəlmək mümkündür”. Rusiyada nə qədər 
bölgə balığı duzlanır!...”.
 


Q.M.Palatnikov, R.Y.Qasımov
8
Bu onunla izah olunur ki, indiyə  qədər nərə balıqlarının  əsas mənbəyi 
Xəzər dənizi sayılır (dünya ehtiyatlarının 89%-i), az sayda isə Azov və Qara 
dənizlərində rast gəlinir. 
Hələ 2500 il bundan əvvəl Herodot yazırdı ki, skif tayfaları nərə balıqla-
rını Qara dəniz, Azov dənizi və Xəzər dənizində tuturdu. 
Xəzər dənizinin nərə balıqlarının əsas mənbəyi olmasını ərəb yazıçısı İbn-
Fəqih “Ölkələr haqqında” kitabında və Avropa səyahətçiləri, xüsusən Marko 
Polo və Olearin də yazırdı. Klavdiy Elian xəzərlərin torpağında uzunluğu 8 
qulaca (3-4 metr) çatan iri itiburunlu balıqların yaşadığı nəhəng göl haqqında 
yazırdı. Balıqları ovlayır və satışa aparırdılar. Onların piylərindən gözəl maz, 
içalatından isə şəff af və sərt yapışqan düzəldilirdi. 
Amma ilk növbədə, qısa olaraq Xəzər dənizinin xüsusiyyətlərindən bəhs 
edəcəyik. 
XƏZƏR DƏNİZİ VƏ ONUN SİRLƏRİ
Xəzər dənizinin adı  hələ Herodot tərəfi ndən çəkilirdi. Lakin sonrakı 
dövrdə bu dənizin digər adlarına da rast gəlmək mümkündür – Qirkan, Xa-
zar, Xvalın (sonuncu ad XVII əsrə qədər Rusiyada istifadə olunurdu). Türklər 
onu Kuçqun dəniz, tatarlar Ağ dəniz, farslar Dorsa və Şizir, türkmənlər isə 
Kükküz adlandırırdı. Xəzər əsrlər boyunca müxtəlif adlara malik olub (bəzi 
məlumatlara görə təqribən 70 adı olub): Abeskun dənizi, Alban dənizi, Quz-
qun dənizi, Bakı, Gilyan, Qürqən, Muğan dənizi, Kaspi və sair. 
Xəzər dənizinin ərəbcə adı (Baxr-əl-xəzər), farsca (Dərya ya Xəzər), türkcə 
və azərbaycanca (Xəzər dənizi) adlandırılır. Xəzər dənizinin adı VII—X əsrdə 
şimal-qərb sahilində qüdrətli bir dövlət-Xəzər xaqanlığını yaratmış xəzərlərin 
adından götürülüb.
Bu ada ilk dəfə IX əsrdə ərəb coğrafi  yazılarında rast gəlinib (İbn Xordadbəy, 
onun davamçıları İbn əl-Fəqih və Kudama ibn Cəfər). İlk olaraq Xəzər adı Qara 
dənizə və nadir hallarda Azov dənizinə deyilirdi (o dövrdə xəzərlərin Krımdakı 
mövqeyi güclü idi). X əsrdən başlayaraq bu ad həmişəlik Xəzər dənizinə verilir. 
Maraqlıdır ki, xəzərlər özləri dənizlərdə üzmürdü və heç bir donanmaya malik 
deyildi. Onların adının bir sıra xalqların tarixi yaddaşında qalması faktı onla-
rın regionun tarixində mühüm rol oynadıqlarını sübut edir. VII—VIII əsrlərdə 
xəzərlərin təsiri vaxtaşırı basqınlarla, daha sonra (IX—X əsrlərdə) fəal dəniz 
ticarətində ifadə olunurdu. Xəzərlərin paytaxtı İtil Volqa çayının mənsəbində 
müsəlman tacirliyinin iri faktoriyası (ticarət məntəqəsi) idi. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə