Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   2   3   4   5   6   7   8   9   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
12
qədər səyahət etmiş alman təbiətşünası və səyahətçisi Aleksandr Humboldt 
belə bir fərziyyə irəli sürdü ki, dəniz səviyyəsinin dəyişməsinin səbəbi hədsiz 
quruluq və rütubətlə  fərqlənən illərin vaxtaşırı  təkrar olunmasıdır. Onun 
1768-1774-cü illər ərzində Peterburq Elmlər Akademiyasının Rusiyanın orta 
vilayətlərində, Aşağı Povoljye və Xəzəryanı ovalıq rayonlarında aparılan eks-
pedisiyaya başçılıq edən həmyerlisi Pallas dəniz səviyyəsinin dəyişməsinin 
hidrometeoroloji amillərdən asılılığını qeyd edirdi. Bunlara temperaturun, 
küləyin təsiri, atmosfer yağıntılarının miqdarı  və çaylarla gətirilən suyun 
miqdarı daxil idi. Fantastik fərziyyələr də irəli sürülürdü: Güya “Qara-Boğaz-
Göldə bir dəlik var və bu dəlik vasitəsilə Xəzərin suları okeana axıb gedir”. 
Xəzər dənizi səviyyəsinin artması nəticəsində fi ziki-coğrafi  şəraitin dəyişməsi 
Xəzər xaqanlığının və xəzərlərin məhv olmasına səbəb oldu. Çünki ölkə iq-
tisadiyyatı ərazinin üçdə ikisinin itirilməsi nəticəsində dağıldı. Lev Qumil-
yov Xəzər dövlətinin məhv olmasını dramatik şəkildə təsvir edir: “965-ci ildə 
rusların, quzların və peçeneqlərin Xəzər dövlətinə birgə zərbəsi nəticəsində 
yarısı su altında qalmış ölkənin müstəqilliyinə son qoyuldu”. 
Xəzər dənizinin ümumi şəkli daim dəyişir. Dəniz 49 m mütləq səviyyəyə 
qalxmış, mənfi  50 m səviyyəyə qədər enmişdir. Su ən yuxarı səviyyəyə çat-
dığı zaman Kumo-Manıç  əyrisi vasitəsilə  Xəzər dənizi və Qara dəniz ara-
sında  əlaqə yaranırdı. Xəzər dənizi səviyyəsinin qeyri-sabitliyinə bir çox 
arxeoloji tapıntılar dəlalət edir. Məsələn, Abşeron körfəzinin dibində torpaq 
bəndinin tikintisi zamanı, 1,5 m dərinlikdə bizim eradan əvvəl 1-ci əsrə aid 
daş  qəbirlərdə  dəfn edilmiş skif döyüşçülərinin skeletləri aşkar olunmuş-
dur. 
İtalyan coğrafi yaşünasının 1320-ci ilə aid dəlillərinə görə “dənizin 
səviyyəsi hər il bir ovuc artır və demək olar ki, bir çox yaxşı şəhərlər məhv 
olub”. Yaxın tarixi keçmişdə də dənizin səviyyəsi həm kəskin dərəcədə ar-
tıb, həm də azalıb. V.N. Tatişevin (1793) sözlərinə görə “1723-cü ildən 1742-ci 
ilə qədər su 8 futdan çox artıb”, yəni 19 il ərzində 2,.5 metr. Akademik L.S. 
Berqin rəyinə görə, 1807-1824 illər ərzində dənizin səviyyəsi 2 metrdən çox 
azalıb. 
20-ci əsrin 30-cu illərində dəniz növbəti dəfə azalmağa başladı. 1977-ci 
ildə mənfi  29,03 metr azalma qeydə alındı ki, bu, sonuncu 300 ildə müşahidə 
olunan ən aşağı səviyyə idi. 
1978-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsi qalxmaqdadır, hal-
hazırda o mənfi  27 həddinə çatmışdır və  dənizin qalxması  hələ  də davam 
edir. 


Nərəkimilər – dinozavrların həməsrləri
13
İqlim şəraitlərindən asılı olaraq, Xəzərin səviyyəsi bu gün ilə müqayisədə 
hələ 4-5 metr də qalxa bilər. Bunun nəticəsində dəniz suyu on kilometrlərlə 
quruya doğru hərəkət edəcək. 
Xəzər dənizinin səviyyəsinin dəyişməsinin səbəbi barədə indiyə  qədər 
vahid bir rəy yoxdur. 
13 milyon il bundan əvvəl Sarmat dənizində  qızıl balıq və kefal, del-
fi n  və balina ilə  bərabər Xəzər nərələrinin  əcdadları da yaşayırdı. Həmin 
dövrdə dənizdə yalnız iki növ nərəkimi balıqlar yaşayırdı, bir növ isə çay-
larda məskunlaşmışdı. O zamandan bəri Qafqaz dağları qalxmışdır. Duzlu 
səhralar göllərə və Aralıq dənizinə çevrilmiş, Aqçaqıl dənizinin sahilləri isə 
Ural dağlarına qədər gəlib çatmışdır. Buzlaqlar Volqoqrad və Rostov-Dona 
qədər gəlib yetişmişdir. Xəzər ilə Pont arasında son əlaqə 14 min il bundan 
əvvəl kəsilmiş, Aral isə XIII əsrdə ayrılaraq sərbəst göl kimi qalmışdı. Yalnız 
bundan sonra hər hövzənin özünün xüsusiyyətləri formalaşdı. 
Xəzər dənizi dünya okeanından təcrid olundu və burada unikal bi-
osenoz yarandı. Məhz buna görə  Xəzərdə yaşayan canlıların  əsas hissəsi 
endemiklərdir. 
Xəzərin biotasını 4 hissəyə bölmək olar. 
Birinci qrupa təxminən 70 milyon il bundan əvvəl Tetis dənizində 
məskunlaşmış qədim formaların nəsilləri daxildir. Buraya Xəzər xulbalıqları, 
siyənəkləri, bəzi molyusklar və  xərçəngkimilərin  əksəriyyəti daxildir. Yerli 
xərçəngkimilərdən Xəzər dənizində çoxsaylı uzunətəkli artemiya xərçəngləri 
məskunlaşır. 
Xəzərin faunasının ikinci qrupunu arktik növlər – buzlaşmadan sonra-
kı dövrdə şimaldan Xəzərə daxil olmuş canlılar təşkil edir. Bu qrupa onur-
ğasızlardan – mizidlər, krevetlərə  bənzər kiçik (5 mm-dən 2,5 sm-ə  qədər) 
xərçəngkimilər, izopodlar (düzayaqlı  xərçənglər) dəstəsindən olan kiçicik 
dəniz tarakanları daxildir. 
Balıqlardan bu qrupa Xəzər kumjası və alabalıqlar fəsiləsinin Xəzərdə olan 
yeganə nümayəndəsi ağ qızılbalıq daxildir. Ağ qızılbalığın ən yaxın qohumu 
olan nelma Avroasiyanın və Amerikanın şimal dənizlərində məskunlaşmışdır. 
Qiymətli ov balığı olan ağ qızılbalıq (130 sm, 14 kq) Xəzərdə kilkə və başqa 
cavan siyənəklər ilə qidalanır. Bu balıq kürü tökmək üçün Volqa çayı ilə Ka-
maya qədər qalxır. 
Əsil suitilər fəsiləsinə aid olan Xəzərin yeganə  məməlisi Xəzər suitisi 
də arktik növlərə aid edilir. Xəzər suitiləri sürü şəklində yaşayır, kiçik ba-
lıq və  xərçəngkimilərlə qidalanırlar. “Suitilərin”  şimal vərdişləri çoxalma 


Q.M.Palatnikov, R.Y.Qasımov
14
mövsümündə özünü göstərir. Suiti körpələri qışda Xəzərin şimalında dün-
yaya gəlir, üzməyi və qida əldə etməyi öyrənənə qədər buzların üstündə qa-
lırlar. Qiymətli xəzlərinə görə bu suitilər fəal  şəkildə ovlanırdılar. Hələ bu 
yaxınlara qədər onlar məhv edilmə təhlükəsi qarşısında idilər. Hal-hazırda 
suitilərin sayı bərpa edilir. 
Üçüncü qrup canlılara Qara dənizdən Xəzərə müstəqil və ya insanların 
köməyi ilə daxil olmuş Aralıq dənizi növləri aiddir. Bunlar molyuskların iki 
növü olan mitilyastr və abra, xərçəngkimilər – yanı üstə üzən xərçənglər, 
krevetlər, Qara dəniz Atlantika krabı və balıqlar – kefalkimilər fəsiləsindən 
olan sinqil və sivriburun, iynəbalıq və Qara dəniz kalkanı daxildir. 
Nəhayət, canlıların dördüncü qrupu balıqların şirin su növləridir. Xəzərə 
daxil olaraq onlar dəniz və ya keçici balıqlara çevrilmişlər. Bu qrupa dənizə 
daxil olan tipik şirin su balıqları da aid edilir. Buraya naqqa, sıf, karp balıqları 
fəsiləsindən olan – şirbitlər, qırmızıdodaq xəşəm və Xəzər qarasolu daxildir. 
Bu qrupa həmçinin rus və İran nərəsi, ağ balıq – bölgə və uzunburun aid 
edilir. Qeyd edilməlidir ki, dünyanın bütün nərəkimilər fəsiləsindən olan ba-
lıqların ehtiyatlarının təxminən 80%-i Xəzərdə cəmləşmişdir. Şirbit (1 metrə 
qədər, 20 kq-a qədər) və qarasol (50 sm, 3 kq) qiymətli ov balıqlarıdır. Onlar 
su dibində yaşayan orqanizmlərlə - molyusklarla, sürfələrlə, xərçəngkimilərlə 
və kiçik balıqlarla qidalanırlar. 
Xəzər dənizinin  əsas sərvəti isə, sözsüz ki, kitabımızı  həsr etdiyimiz 
nərəkimilər fəsiləsindən olan balıqlardır. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə