Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   2   3   4   5   6   7   8   9   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
19
Nərəkimilər fəsiləsindən olan balıqların kürüdən çıxan sürfələrinin 
bədənlərinin aşağı hissəsində sarılıq kisəsi olur və sürfə ilk inkişaf dövründə 
bu kisədə olan qidadan istifadə edərək daxili (endogen) qidalanma mərhələsi 
keçirlər; sarılıq kisəsi sovrulub qurtardıqdan sonra sürfələr fəal xarici (ek-
zogen) qidalanmaya keçirlər. Bundan sonra sürfələr ya çayın mənsəbinə 
üzürlər (məsələn, Kubanda uzunburun), ya da çayda qalırlar. Amma birillik 
körpələr bir qayda olaraq elə həmin yay dənizə düşürlər. Çaylarda sürfələr 
əvvəlcə planktonla (dafniya və s.), böyüdükcə isə  xərçəngkimilərə  və su 
qurdlarına keçirlər. Cavan bölgələr hələ çayda ikən yırtıcı kimi qidalanmağa 
başlayır. 
Nərəkimilər fəsiləsindən olan balıqların sonrakı yaş dövrləri cinsi 
yetkinliyə çatana qədər qidalanmaları dənizdə gedir. Beləliklə, Xəzər dənizi, 
Azov dənizi, Qara dəniz və başqa dənizlər nərəkimilər fəsiləsindən olan 
balıqların bütün yaş qrupları üçün nəhəng təbii yetişdirmə sahələri rolunu 
oynayırlar. Nəsil verən balıqlar da təkrar kürü tökənə  qədər dənizdə qida 
axtarmaqla məşğul olurlar. 
Sibir və Amur çaylarının nərəkimilər fəsiləsindən olan balıqları daim 
çayda yaşayır, lakin payıza yaxın çayların deltalarına (Ob-Taz deltası, Amur 
limanı), çayların mənsəblərinə tərəf aşağı enirlər; yazda kürü tökmək üçün 
çaylarla üzüyuxarı qalxırlar. Baykal nərəsi yetkin yaşda Baykalda yaşayır, 
kürü tökmək üçün isə çaylara gedir (Selenq, Barquzin). 
Keçici nərəkimilərin payızda və yazda kürü tökən irqləri vardır. Payız 
irqi o balıqlara deyilir ki, onlar kürü tökmək üçün həmin il çaya daxil olur, 
çayda qışlayır və növbəti ilin yazında orada kürü tökürlər. Yaz irqindən olan 
balıqlar kürü tökmək üçün adətən yazda çaya daxil olur, elə həmin ilin yazın-
da və yayın əvvəlində kürü tökürlər. 
Bütün bunlar  nərəkimilər fəsiləsindən olan balıqların xarici xüsusiy-
yətləridir. Lakin bu balıqların müasir embrioloji, fi zioloji, biokimyəvi, genetik 
və digər üsullarla tədqiqatlar nəticəsində aşkar edilmiş bir sıra başqa maraqlı 
xüsusiyyətləri də var. 
Bitkilərin və canlıların müasir sistematikasının  əsaslarını qoymuş 
Karl Liney nərəkimilər fəsiləsindən olan balıqları suda-quruda yaşayanlar 
(Amphibia) sinfi nə aid etmişdir.
Hal-hazırda nərəkimilər fəsiləsindən olan balıqlar Balıqlar (Pisces) sinfi nə 
aid edilir. Lakin müasir biokimyəvi, morfoloji, embrioloji, fi zioloji və genetik 
məlumatlar bu balıqlarla həm qığırdaqlı, həm də sümüklü balıqlar arasında 
çoxlu fərqlərin olduğunu göstərir. Belə ki, nərəkimilər fəsiləsindən olan ba-


Q.M.Palatnikov, R.Y.Qasımov
20
lıqların sürfəsinin inkişafında onları balıqlardan kəskin şəkildə fərqləndirən
lakin suda-quruda yaşayanların inkişafına bənzədən bəzi xüsusiyyətlər 
müşahidə edilir. Bu balıqların beyin quruluşu, ümumiyyətlə, müxtəlif toxu-
maların zülal və lipid tərkibinin də özünəməxsus xüsusiyyətləri vardır.
Qeyd edilmişdir ki, bir sıra xüsusiyyətlərinə görə bu balıqlar həm qığır-
daqlı, həm də sümüklü balıqlardan kəskin şəkildə fərqlənirlər. Bundan əlavə, 
bir çox göstəricilərinə görə onların təşkili suda-quruda yaşayanlardan üstün 
olaraq sürünənlərə deyil, daha çox məməlilərə yaxındır!!!
Nərəkimilər fəsiləsindən olan balıqların genetik sistemi da təkrar-
olunmazdır. Son vaxtlarda aparılmış  tədqiqatlar göstərdi ki, nərəkimilər 
fəsiləsindən olan balıqlar poliploid canlılardır. Onların xromosom yağımı 
4n-ə (bölgə, kaluqa, qaya balığı, İran nərəsi, cökə, böyük kürəkburun və baş-
qaları), 8n-ə (rus, Sibir, Adriatik, göl nərəsi və başqaları) və 16n-ə (Saxalin və 
qısaburunlu nərələr) bərabər ola bilir. Belə ki, sonuncular Saxalin və qısabu-
runlu nərələr onurğalı canlılar arasında xromosomlarının sayına görə birinci 
yerdə dururlar – 500! Eyni zamanda, nərəkimilər fəsiləsindən olan balıqlarda 
cinsi xromosomlar yoxdur və bu balıqların cinsi diferensiasiyası epiqam for-
mada, yəni ətraf mühit faktorlarının təsiri altında baş verir. 
Son məlumatlara  əsasən hal-hazırda Yer kürəsinin su hövzələrində 
nərəkimilər fəsiləsindən olan balıqların 24 növü yaşayır. Onlardan 6 növü 
Xəzər dənizi hövzəsindədir. Bir növ – bölgə (Huso huso) bölgə sinfi nə, qalan 
beş növ isə nərələr sinfi nə aiddir. 


Nərəkimilər – dinozavrların həməsrləri
21
XƏZƏRİN NƏRƏKİMİLƏR 
FƏSİLƏSİNDƏN OLAN BALIQLARI
BÖLGƏ – HUSO HUSO (LİNNAEUS, 1758)
 Tip: Chordata
 Sinif: Osteichthyes
 
Dəstə: 
Acipenseriformes Berq, 1940
 
Fəsilə: 
Acipenseridae Bionaparte, 1832
 Cins: 
Huso Brandt, 1869
 
Çox işlənilən adları:  
rusca – beluqa; azərbaycanca – ağqulaq nərə, 
güzgü-burun; İranda – Fil mahi, Beluqa;
ingiliscə - great sturgeon
Bədəni torpedo şəkilli formadadır. Xorda qalır. Quyruq üzgəci hetero-
serkaldır. Su fışqırdan dəlikləri yaxşı inkişaf etmişdir. Qəlsəmə  pərdələri 
bir-birinə birləşmişdir. Burnu qısa, ucu iti, yüngülcə yuxarı dartılmış, üstdən 
və yanlardan yumşaqdır, sümük qalxancıqlarla örtülü deyil. Ağzı  aşağı, 
bağlı vəziyyətdə qövs şəkilli, açıq vəziyyətdə yarım dairəvidir və başın yan 
tərəfl ərinə keçmir; alt dodağı  kəsikdir. Bığlarının ucları yarpaq şəkillidir. 
Kürəyində 10-15, yan tərəfl ərində 40-51, qarnında 9-11 pulcuq var; hər 
qəlsəmə qövsündə 19-30 qəlsəmə dişcikləri var.
Növdaxili formaları: Huso huso ponticus Salnikov and Malyatskiy, 1934 – 
Qara dəniz bölgəsi yarımnövü. Huso huso maeoticus Salnikov and Malyatskiy, 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə